MÜĞƏNNİMİZİ ÖLÜMLƏ HƏDƏLƏDİLƏR
Tarix: 21-01-2013, 09:40 |
Çap et
NURA SURİ ÖLÜM TƏHDİDİ ALDIMüğənni Nura Suri "Facebook" sosial şəbəkəsindəki profilində maraqlı status paylaşıb.
Axşam.az-ın məlumatına görə, Surinin pərəstişkarı onu sosial şəbəkədə təhdid etməyə başlayıb.
Müğənni pərəstişkarının ismarıcını olduğu kimi "Facebook"da yerləşdirib.
“Gic adamlar çoxdur. Sonra qınayırıq ki, müəllim şagirdləri döyür, zabit əsgərləri... İnboxa gələn mesaja baxın:
Aristokrat Mirzayev: "Nura men seni sevirem. Anla bunu seni sevirem. Hetta seni öldürə bilərəm, imkanlarım böyük menim. Mene cavab yaz”.