SƏMƏD SƏMƏDOV SƏS DAVASINA ÇIXIB
Tarix: 31-01-2013, 11:02 |
Çap et
YƏQİN DÜNYA YENİDƏN "DAĞILACAQ"Xalq artisti "SOY" teleşirkətinin rəhbəri ilə bağlı danışıb.
Azərbaycanın xalq artisti Səməd Səmədov "SOY" teleşirkətinin baş təşkilatçısı Oktay Əliyevi “ağ yuyub, qara sərdi”.
SİA-ya açıqlama verən Səməd Səmədov ona iradlarını bildirdi: “Bir dəfə sorğu keçirdirdilər.
"SOY" teleşirkətinin baş təşkilatçısı Oktay Əliyevdən soruşdular ki, xalq artisti Səməd Səmədovun səsi necədir? Oktay Əliyevdən heç gözləmədiyim savadsız cavab gəldi. O barmaqları ilə göstərərək səs tembrimin aşağı olduğunu bildirdi. Amma dünya şöhrətli müğənnilər var ki, onlar hər zaman aşağı səs tembri ilə ifa ediblər. Mənim fikrimcə, zilə qalxmaq lazım deyil. Əsas odur ki, musiqinin sözlərini tamaşaçıya çatdırasan. Onu da nəzərinizə çatdırım ki, dövlətimiz mənə xalq artisti adı verib. Eyni zamanda da canlı karifey İlhamə Quliyeva səsimi çox bəyənir”.