ELŞAD XOSE YADINA DA DÜŞMÜR
Tarix: 1-02-2013, 11:57 |
Çap et
OKSANA KİMİN ÜÇÜN DARIXIRArtıq iki aydır Hindistanda olan rəqqasə Oksana Bakı üçün çox darıxıb.
O, axşam.az saytına açıqlamasında ən çox valideynlərini özlədiyini bildirib:
“Burada işlərim çox yaxşı gedir. Hələ dörd ay da burada qalacağam. Hər gün maraqlı işlər görür, məşhur simalarla görüşürəm. Ən böyük arzum Şahruk Xanı görməkdir. Bu yaxınlarda arzuma çatacağam”.
Vizasının bitməsi səbəbindən yaz aylarında vətənə qayıdacaq Oksana yenidən Hindistana geri dönəcək. Belə ki, rəqqasə orada filmə çəkilmək üçün təklif alıb. Əgər təklif ürəyincə olsa, o, hələ bir il də vətəndən uzaqda qalmalı olacaq.