MİSİR MƏRDANOVUN "QIZIL KİTABI"I VƏ...
Tarix: 4-02-2013, 13:07 | Çap et
NAZİRLİYİN KİTAB SİYASƏTİNƏ DAHA BİR ƏLAVƏ“Azadlıq” qəzetinin dünənki sayında kitabxanalara alınan kitablarla bağlı Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi tenderlər barədə naşir Şahbaz Xuduoğlunun maraqlı yazısı dərc olunub. Yazıda bir məqam diqqətimi çox çəkdi. Sən demə, müəllifi Misir Mərdanov olan və “Təhsil” nəşriyyatında çap edilmiş 5 cildlik “Azərbaycan təhsil tarixi” kitabı da keçirilən tender kampaniyasının predmeti olubmuş. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi kitabın hər cildinin bir nüsxəsini “Təhsil” nəşriyyatından 65 manata alaraq respublika kitabxanalarına paylayıbmış... Yazıdan belə çıxır ki, Mədəniyyət və Turizm Nazirliyi hər komplekt üçün nəşriyyatın hesabına 325 manat köçürüb. Hər cildin tirajının 3000 nüsxə olduğunu nəzərə alsaq, bu hesabla, görün “Azərbaycan təhsil tarixi”nin ticarətindən “Təhsil” nəşriyyatının xəzinəsinə nə qədər mədaxil olar: nə az, nə çox, düz 975000 manat. Halbuki mütəxəssislərin hesablamalarına görə, bu qədər tirajın qarşılığında hər cildin bir nüsxəsi 10 manatdan (65 manat yox!) baha başa gələ bilməz. Onda suallar yaranır: Kitabın nəyi və harası Mədəniyyət və Turizm Nazirliyinə xoş gəlib ki, onu od qiymətinə alıb? Bəlkə onun içərisində əlahiddə nəsə var? Bəlkə hərfləri qızıldandır? Diqqətlə baxanda görürsən ki, həftəbecər şeydir, bir təhsil eksperti demişkən: “... ilk baxışdan adamda elə təsəvvür yaranır ki, tədqiqatçılar, müəllimlər, tələbələr üçün nəzərdə tutulmuş bu kitablar ciddi araşdırma əsərləridir. Bir az vizual vərəqlədikdən sonra görürsən ki, onlar montaj təfəkkürü ilə yazılıb. Daha doğrusu, cənab nazirimiz (Misir Mərdanov nəzərdə tutulur – N.İ.), heç bir prinsip və sistem gözləmədən, onların içərisinə nə gəldi doldurub. Prinsipsizlik və sistemsizlik hətta o həddə çatıb ki, o, hər şeyi unudaraq “müstəsna” hal kimi “təhsil tarixinə” öz uşaqlıq illərilə bağlı xatirələrini də daxil edib”… Vəziyyəti ki, belə görürəm, Mərdanov boş durmayacaq, bu seriyadan cildlərini davam etdirəcək. Yaşca məndən böyük olsa da, cənab nazirə bir tövsiyəm var: Yaxşı olar ki, o, növbəti cild(lər)in adını “Təhsil tariximizin Mərdanov kəsimi” qoysun və bura son 10-12 ildə rəhbərliyi ilə təhsilimizdə gedən “həşəmətli” proseslər və “islahatlar” haqqında materialları daxil etsin. Bölmələrin adını da deyə bilərəm: “Əvəzolunmaz Mərdanov”; “Mərdanovun məzmunsuz təhsili”; “Təhsilimizdə kurikulum hoqqabazlığı”; “Təhsilimizin üzqarası – dərsliklər”; “Dərsliklər kralı – Mərdanov”; “Dağı(dı)lmış bağça və peşə təhsili”; “Mərdanov dönəmində rüşvət və korrupsiya”; “Misir Mərdanov və onun komandası”; “Repetitorluğun çiçəklənmə dövrü” və s. Hesab edirəm ki, bu bölmələri yazmaq üçün toz basmış arxivlərə getməyə ehtiyac yoxdur. Lazım gələrsə, materialların əldə olunmasında mən də sayın nazirimizə yardımçı ola bilərəm. Amma çox istərdim ki, o, növbəti cildə APA-nın TQDK-ya istinadən üç gün öncə yaydığı bir məlumatı da daxil etsin: “2012-ci ilin buraxılış imtahanları zamanı müəyyənləşib ki, XI sinif şagirdləri arasında 8, IX sinif şagirdləri arasında isə 122 nəfər oxumaq-yazmağı bacarmırmış. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Bu cür faktların bir çox imtahan rəhbərlərinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların əslində daha çox olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində IX və hətta XI sinfə qədər gəlib çatması bizim üçün müəmmalı olaraq qalır... Çox təəssüfləndirici haldır ki, yazı işləri yoxlanılan şagirdlərin bir çoxu, yəni IX siniflər üzrə şagirdlərin 45 faizi, XI siniflər üzrə 47,8 faizi ya ümumiyyətlə yazı işini yerinə yetirməkdən imtina edib, ya da yazı işindən qeyri-kafi qiymət alıb. Yazı işini yerinə yetirənlərin çox cüzi bir hissəsi, IX siniflər üzrə 1,2 faiz, XI siniflər üzrə 1,6 faiz yazı işindən “əla” qiymət alıb. Bu fakt ümumilikdə şagirdlərdə söz ehtiyatının çox kasad və öz fikrini ifadə etmək qabiliyyətinin çox aşağı səviyyədə olduğunu göstərir”. Yazıb-oxumağı bacarmamaqdan söz düşmüşkən, bildiyimiz kimi, ötən əsrin 24-cü ilində ölkəmizdə savadsızlığın ləğvi haqqında qərar (dekret) qəbul olunub. Bu qərar ölkə vətəndaşlarının hər birinin yazmaq və oxumaq bacarığının olmasını nəzərdə tuturdu. Belə getsə, Mərdanovun “xidməti” sayəsində, deyəsən, bu tarixi yenidən yaşamalı olacağıq…
Nadir İSRAFİLOV - təhsil eksperti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|