BEN LADENİN DƏ EVİ PLANA DÜŞDÜ
Tarix: 6-02-2013, 10:43 |
Çap et
ONUN YERİNDƏ ƏYLƏNCƏ MƏRKƏZİ TİKİLİR“Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladenin öldürüldüyü evin yerində müasir əyləncə mərkəzi tikiləcək.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Abbotabad şəhərindəki Üsamə Bin Laden və ailəsinin 2011-ci ilin mayına qədər yaşadığı evin yerində 5 il ərzində tikiləcək əyləncə mərkəzində attraksion parkı, zoopark, mini-qolf və paraşüt idmanı üçün idman meydançası də olacaq.
Əyləncə mərkəzinin tikintisinə 50 milyon dollar xərclənməsi nəzərdə tutulub. Abbotabad şəhərinin rəhbərliyi bununla şəhərin mənfi imicinin dəyişməsinə nail olmağa çalışır.