İSLAMÇILAR HÖKUMƏTDƏN UZAQLAŞDIRILDI
Tarix: 7-02-2013, 10:33 |
Çap et
TUNİSİN BAŞ NAZİRİ QƏRAR VERDİTunisin baş naziri Həmadi Cebeyli fevralın 6-sı axşam saatlarında hökuməti istefaya göndərib. O, yeni parlament seçkisinə qədər partiyasız şəxslərdən müvəqqəti hökumət formalaşdırılacağını bəyan edib.
Qərar müxalif sosialistlərin lideri Şükri Beleydanın fevralın 6-da öldürülməsinə kəskin etirazlar fonunda qəbul olunub. Buraxılan hökumət üç islamçı partiyanın koalisiyası idi.
2011-ci il yanvarın 14-də Tunis prezidenti Zeynalabdin Ben Əli 23 il hakimiyyətdən sonra devrilib. Həmin ilin oktyabr ayında Tunisdə keçid parlamentinə seçki keçirilib. Bu seçkidə 40 faizə yaxın səs toplamış islamçı Ən-Nahda (Dirçəliş) Partiyasının baş katibi Həmadi Cebeyl o zamandan baş nazir postunu tutur.
Tunis prezidenti Münsif Mərzuki də islamçı qüvvələri təmsil edir.