"Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                 

"BİZ İNDİ HOLLİVUDLA YARIŞA BİLMƏRİK"
Tarix: 25-02-2013, 09:05 | Çap et
"BİZ İNDİ HOLLİVUDLA YARIŞA BİLMƏRİK"
"BUNUN ÜÇÜN VAXT LAZIMDIR"

Son illər Azərbaycanda müxtəlif seriallar çəkilsə də, nədənsə, vətənpərvərlik mövzusuna çox az yer ayrılır. Deyəsən, çəkilişlərinə yeni başlanmış "Bir ovuc torpaq" serialının yaradıcı kollektivi bu boşluğu doldurmaqda israrlıdır. Serialda ölüm ayağında olan köçkün atanın keşməkeşli həyatını Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru Şahmar Qəribli canlandırır. Aktyorla söhbətimizin əsas mövzu da serialın süjet xətti və qarşıda dayanan vəzifələrlə bağlı oldu:
- "Bir ovuc torpaq" serialı 12 seriyadan ibarət olacaq. Serial Qarabağdan, məcburi köçkünlərin həyatından bəhs edir. Filmdə həmçinin namus, türmə məsələsi də önə çəkilib. Uzun müddət həbsxanada yatan bir adam məhbəsdən çıxdıqdan sonra öz həmkəndlilərinin təəssübünü çəkməyə başlayır. O, bir növ kənddə düzən yaratmaq istəyir. İstəmir ki, kimsə bir-birini təhqir etsin, bir-birinin başının üstündən hansısa iş tutsun. Mənim bu serailda oynadığım rol isə çox ağır obrazdır. Hər dəfə çəkiliş aparılanda çox üzülürəm. Çünki oynadığım obraz psixoloji cəhətdən adamı əzir. Atanın nişanlı qızını oğurlayıb ləkələyir, sonra geri qaytarırlar. Bu hadisə atanı sarsıdır. O, uzun müddət şokda olur. Serialda çox ağır səhnələr var.
- Əsərin ssenari müəllifi kimdir?
- Ssenari müəllifi Sirac Mustafayevdir. "Bir ovuc torpaq" kino estetikası baxımından fərqli bir filmdir. Bu filmdə ataya münasibət tamam başqadır. Bu saat mən elə bir yaşdayam ki, sanballı obraz oynamaq istəyirəm. İstəyirəm ki, oynadığım obraz tamaşaçıların yadında qalsın. Mənim sanballı rollar oynayan vaxtımdır. Amma aktyor var ki, bunun fərqinə varmır. Təki səhnə, rol və pul olsun. Mən rol xatirinə səhnəyə çıxmaram. Bu filmdə çox gözəl kollektiv bir araya gəlib. Rasim Balayevdən tutmuş ən xırda aktyora kimi hamı öz işinin öhdəsindən gəlməyi bacarır.
- Yəqin ki, "Bir ovuc torpaq" adı təsadüfən seçilməyib...
- Serialın adı əsərin ideya xəttinə uyğundur. Torpağından didərgin düşmüş insan ölüm ayağındadır. Bunu bilən həkim onun ailə üzvlərinə deyir ki hazırlığınızı görün, bu adam bir neçə saat sonra öləcək. Amma xəstə nə qədər edirsə, ölə bilmir. Bunu görənlər onun özünü necə hiss etdiyini soruşurlar. Deyir ki, bir ovuc torpaq olsaydı gözümün üstünə qoyub ölərdim. Bunu onun 6-cı sinifdə oxuyan nəvəsi eşidir və Qarabağa gedir. Uşaq Qarabağın torpağından bir ovuc gətirib babasına verir. Burda çox böyük məna baxın. Müəllif demək istəyir ki, bu millətin balaca bir uşağı da qeyrətlidir. O, babasının sonuncu arzusunu yerinə yetirmək üçün ölümün gözünə dik baxaraq Qarabağa gedir...
- Bu serail tamaşaçıya nə verəcək?
- Bu barədə ancaq rejissor danışa bilər. Mən öz roluma cavabdehəm. O ki qaldı roluma, övladının başına gələn faciə atanın infarkt keçirməsinə səbəb olur. Amma hələ bilinmir ki, ata sağ qalacaq, yoxsa öləcək.
Ata olmaq, bu adı daşımaq çətindir. Bəzi övladlar var ki, onlar bu gün valideynin üzünə qayıdır. Yaxud övlad atanı öldürür, qatil olur. Qurani-Kərimdə deyilir ki, sevin ki, sizi sevsinlər. Sən övladını sevməsən, o, səni sevməyəcək. Yer kürəsində nə varsa, məhəbbətin üstündə qurulub. Amma məhəbbət qarşılıqlı olmalıdır.
- Müxtəlif mövzularda teleseriallar çəkilir. Filmlərin çəkiliş mexanizmini həyata keçirən cihazlar, texnika Sizi qane edirmi?
- Moskva birdən tikilməyib. Biz müəyyən mərhələlərdən keçdikdən sonra böyük miqyaslı layihələrə imza ata bilərik. Əlbəttə, bu mərhələdə səhvlərimiz də olacaq. Amma yavaş-yavaş serial çəkməyi öyrənəcəyik.
Bizdən əvvəl bu mərhələni Türkiyə keçib. Türklər artıq normal seriallar çəkə bilirlər. Türkiyə bu yolu 80 ilə qət edib. Azərbaycana da müəyyən vaxt lazımdır. Burada vacib bir məqam da odur ki, serial çəkmək üçün yaxşı mütəxəssislər, kameranın qarşısına keçən istedadlı kadrlar olmalıdır.
Kino kollektiv bir sənətdir. Kino 30 nəfərin zəhməti nəticəsində ortaya çıxır. Hindistan bir ildə 1200 film çəkir. Hollivudda da bu qədər film çəkilmir. Amma Hollivud filmləri daha baxımlı olur. Onların filmlərinin keyfiyyəti tamam başqadır. Onlar bu uğuru müasir texnikanın hesabına əldə edirlər. Biz indi Hallivudla yarışa bilmərik. Hollivuda çatmaq mümkün deyil, bunun üçün vaxt lazımdır.
Bizim bu sənətdə öyrənəcəyimiz çox şey var. Hələ mən texnikadan danışmıram. Elə texnika var ki, o hələ Azərbaycana gətirilməyib, adını eşitsək də, özünü görməmişik. Söhbət kino sənətinə aid texnikadan gedir.
- Azərbaycanda yaxşı aktyorların olmaması ilə bağlı ittihamlar son vaxtlar tez-tez səsləndirilir. Aktyorları hətta qəssaba bənzədənlər də oldu. Siz bu ittihamlarla razısınız?
- Bunu deyənlər böyük səhvə yol verirlər. Oynadığım bütün roları bir-bir sadalasaq, "yola verdiyim" rol tapılmayacaq. Deyin görək, mən hansı rolu yola vermişəm? Oynadığım bütün rolların hamısına cavabdehəm. Həmişə çalışmışam ki, öz vəzifəmi normal yerinə yetirim, hansısa rola görə kiminsə qarşısında üzüqara qalmayım. Deməsinlər ki, filan aktyor filan rolu başdansovdu oynayıb. Mən istəsəm də, bunu edə bilmərəm. Brincisi, mən Ədil İsgəndərovun tələbəsi olmuşam. İkincisi, Moskvada Feysevdən dərs almışam. Ədil İsgəndərov da, Feysev də heç bir rolu yola verməyib. Tələbə müəllimdən çox şey öyrənməlidir.
36 ildir ki, bu sənətdəyəm. İstər kinoda, istər teatrda, istərsə də çəkildiyim filmlərdə, tamaşalarda heç bir aktyora deməmişəm ki, gəl bunu başdansovdu edək. "Yola vermək"- pis sözdür. Bu söz istedadlı adama yaraşmır. Bunu ancaq istedadsız adam deyə bilir. Sənətinə vicdanla yanaşan adam heç vaxt deməz ki, gəl filan rolu yola verək.
- Etiraf edək ki, belə insanlar da az deyil...
- Bütün sahələrdə olduğu kimi teatrda, kinoda da istedadsızlar var. Hər bir sənətə yaradıcı yanaşmaq lazımdır. Bizə quru ssenari verirlər. Biz ona yaradıcı yanaşmasaq, obrazımı oyunumla yaşamasam, ağlamasam, iztirab çəkməsəm, artıq ona baxılmayacaq. Tamaşaçı nə gözləyir? Deyir ki, bu ata ağlayacaq, əxlaqına toxunublar. Ata özündə güc tapmır ki, qisasını alsın. Onun bir yolu qalıb, ağlasın, heç olmasa, ürəyini boşaltsın. Yox, bu olmayacaqsa, deməli, mən bu rolu doğrudan da yola verirəm.
- Ağır zəhmət bahasına istehsal olunan filmlərin nümayişinə maneçilik törədilir. Ssenaristlər isə bu məsələdə Mədəniyyət və Turizm Ќazirliyini ittiham edirlər...
- Dünyada kinoya biznes sahəsi kimi yanaşırlar. Biznesdə isə tələb və təklif amili əsas rol oynayır. Mən təklif edirəm ki, kinoteatrlar yenidən qurulsun. Bizim çəkib təhvil verdiyimiz filmlər maya dəyərini çıxarmalıdır. Əldə olunan pul isə yeni filmlərin istehsalına sərf olunmalıdır. Pul olmalıdır ki, başqa film çəkə biləsən. Əgər bir film üçün 5 manat xərcləmişiksə, ən azı 15 manat qazanc əldə etməliyik. Bunun yolu budur.
Bəs Amerika niyə öndədir? Bu ölkədə kinodan külli miqdarda pul gəlir. Pul həm də ilk növbədə bahalı aktyor və rejissor deməkdir. Bunun da nəticəsində film daha yaxşı alınır. Amma təkcə filmlə iş bitmir, kinoteatrlar işləməli və istehsal olunan kinolar nümayiş etdirilməlidir. Filmlərin yayımına mane olurlar. Rayonlarda kino nümayişi üçün klublar yoxdur. Bu problemi həll etmək nə mənim, nə də bir başqasının ixtiyarında deyil. Bunun üçün dövlət proqramı olmalıdır. Yəqin ki, bu məsələ nə vaxtsa dövlət proqramında öz əksisni tapacaq. Hər bir ölkənin mədəniyyəti onun vətəndaşı ilə bərabər inkişaf etməlidir. Bu gün istehsal olunan filmlər 20 ildən sonra çəkilməyəcək. 20 ildən sonra daha mükəmməl filmlər istehsal edəcəyik. Aktyorlar daha sürətli işləməyə alışacaqlar.
Biz Tahir İmanovla "Bir kəndin sevinci" filmini çəkirik. 13 gündə 18 seriya çəkdik. Yəni, reysə düşmək, onu bacarmaq lazımdır. Başqa yol yoxdur. Serial tez çəkilməli, aktyor isə ona hazır olmalıdır. İlk dəfə olaraq, biz Azərbaycanda sürətli serial çəkdik.
- Texnikanın olmadığı bir şəraitdə Azərbaycan kinosu necə inkişaf edəcək?
- Əsas odur ki, münasibətlər düzgün qurulub. Dövlət hesabına da olsa, ildə 3-5 film çəkilir. Amma kino dövlət hesabına çəkilməməlidir. Ayrı-ayrı iş adamları bu sahəyə pul qoyub, pul götürməlidir. Azərbaycan cəmiyyətini maraqlandıran mövzular ekranlaşdırılmalıdır.
- Amma nə iş adamları, nə də məmurlar bu sahəyə sərmayə qoymaq istəyir...
- Elə etmək lazımdır ki, onlarda həvəs yaransın. Dünyada bunun öz mexanizmləri var. Yəni, biz sahibkarları həvəsləndirməliyik ki, onlar bu işə həvəslə pul buraxsınlar. Pul verən şəxsin marağı olmalıdır. Xarici ölkələrdə bir filmə 170 milyon dollar pul xərcləyən iş adamları var. Deməli, qazanırlar ki, pul da xərcləyirlər. Dövlət kinoya nə vaxta kimi bul buraxacaq? Bəyəm dövlətin başqa problemi yoxdur? Dövlət kino üçün çox pul xərcləyə bilməz. Düzdür, indi təzə-təzə başladığı üçün bunu edəcək. Amma bir neçə il keçəcək, görəcək ki, xərclədiyini çıxara bilmir, daha pul verməyəcək. Ayrı-ayrı adamlar kinoya pul, sərmayə qoyub, sahibkarlarda maraq oyatmalıdır. Kino biznes sahəsi kimi fəaliyyət göstərməlidir. Əks təqdirdə, kino inkişaf etməyəcək.
Aktyor, ssenarist güclü qonorar almalıdır. Rejissorun bütün fikri bir filmdə olmalıdır ki, ürəklə işləsin. Amma etiraf edək ki, dövlət bu pulu ödəyə bilməyəcək. Bizi əhatə edən hər bir problem dövlətə aiddir. Bu gün dövlət 3 filmin çəkilişi üçün pul ayırır. Nədir ki, əlində olan mütəxəssisləri çıxıb getməsin. Müasir kinomuzun ən böyük problemi pirotexnikanın olmamasıdır. Pirotexnika almaq çətindir. Bunun özü bir başqa sənətdir. İşıqçı tapmaq çətindir. Burda söhbət ay işığını qurandan, kinonu biləndən gedir. Bizim kameraların qarşısına isə bacarıqsız kadrlar çıxırlar.
\ reytinqinfo.az \








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru