RƏQSANƏDƏN TOY QİYMƏTİNƏ ETİRAZ
Tarix: 12-03-2013, 09:05 |
Çap et
4 MİN MANATA YOX, 10 MİN MANATAMüğənni Rəqsanə mətbuatda çıxan toy qiyməti haqda fikirlərini bildirib.
Axşam.az-ın məlumatına görə, sənətçi Bakıda yarım saatlıq çıxış üçün üç min manat qonorar aldığını deyib:
“Bütöv toyu isə ansamblla birlikdə on min manata oxuyuram. Moskvadakılar toy çıxışımın qiymətini bilirlər. Dəyərli musiqiçilərlə çalışıram.Qiymət mövzusunda yalnış informasiya yazılanda, bəzi insanlar bunu sübut kimi təqdim edirlər. Bu səbəbdən dəqiq rəqəmi açıqlamağı vacib bildim”.
DİA.AZ bildirir ki, dünən mətbuatda Rəqsanənin 4 min manata bütöv toyu oxuması haqda xəbər yayılmışdı. Və görünür aşağı qiymətin elan olunması müğənnini əsəbiləşdirib. Çünki eyni şəkildə toyda Faiq Ağayev 14 min manata oxuyur.