"3 BACI"DAN BİRİNİN 41 YAŞI VAR...
Tarix: 13-03-2013, 09:42 |
Çap et
TANINMIŞ AKTRİSA, TELEAPARICI SİRRLƏRİNİ AÇDI“Dilarə bacı” təxəllüsü ilə tamaşaçılara yaxşı tanış olan tanınmış aktrisa və teleaparıcı Dilarə Əliyeva cazibədar olduğunu fotokameramız qarşısında bir daha isbatlayıb.
Çəkilişi tamamladıqdan sonra o, oxucularımız üçün marağa səbəb olacaq etiraflar da edib: “Nə yaşım, nə də çəkimlə bağlı komplekslər yaşamıram. 41 yaşın içindəyəm, 63 kilo çəkidəyəm.
Maraqlıdırsa, boyumu da söyləyə bilərəm, 171 sm. Məndən hansısa sirrlərimi açmağımı istəyirdiniz, bunlardan başqa nə söyləyə bilərdim ki?
Xoşbəxt qadın, qayğıkeş ana kimi Allah-Təala məni daima sevindirir. Bu sevincimdən bütün xanımlara pay arzulayıram”.