HƏQİQƏTPUR YAP-ÇI DEPUTATI DİVARA DİRƏYİB
Tarix: 14-03-2013, 09:48 | Çap et
SİYAVUŞ NOVRUZOV ARTIQ NƏ QƏDƏR SƏHV ETDİYİNİN TAM FƏRQİNDƏDİR
DİA.AZ: - Neçə müddətdir ki, iranlı parlamentari ilə Siyavuş Novruzov arasında mətbu polemika yaşanmaqdadır. Əslində burada suçun YAP-çı deputatda olduğu gün kimi aydındır. Ən azından o səbəbə görə ki, bu gün hər kəs fars nökərlərinin həyasızlığından, həyasızcasına tarixi faktları təhrif etməsindən xəbərdardır və bu gün hansısa tarixi məsələdə, məsələn, Azərbaycanın İran olmadığını sübuta yetirilməsində hansısa İran nökərinə ayaq uydurmaq imkansızdır. Çünki başdan-başa cəfəngiyyata qarşı heç bir dəlil səmərə verməz. Hər halda, cəfəngiyyatın fakt vasitəsilə inkarı qeyri-mümkün olub. Ona görə ki, başdan-ayağa cəfəngiyyatı söyləyən elə ilk başdan hansı dərəcədə həyasızlıq nümayiş etdirəcəyini bəlli edir və onun hansısa formada inkarının qəbuledilməz olacağı şübhəsizdir.
DİA.AZ bildirir ki, buna görə də iranlı deputat Həqiqətpura baş qoşan Siyavuş Novruzov kimisi - zaman-zaman müxalifətə qarşı ittizhamları bir-birinin ardından düzmə qabiliyyətini nümayiş etdirmiş bir şəxs belə bu gün Həqiqətpurun qarşısında aciz görünür. Və buna görədir ki, Həqiqətpur hələ də danışır…
DİA.AZ olaraq bu fars nökərinin növbəti sayıqlamasını olduğu kimi diqqətinizə təqdim edirik:
«Aran İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Doktor Mənsur Həqiqətpur Azərbaycan Respublikası Parlamentinin hakim Yeni Azərbaycan Partiyasından olan deputatı Siyavuş Novruzova məktubunda onun son fikirlərinə cavab vermiş və Azərbaycan Respublikasının dövlət televiziyası vasitəsilə Qarabağ xainlərinin adlarını açıqlamağa hazır olduğunu bildirmişdir.
Doktor Həqiqətpurun məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:
Allahın adı ilə
Cənab Siyavuş Novruzxan
Salam
Ümidvaram mənimlə debata girdiyinizə peşman olmamısınız. Hər halda, məntiqli bir debat qaydalarına görə, ya iddialarınızı sübuta yetirməli, ya da razılaşdığınızı bildirməlisiniz. Tövsiyə edirəm ki, aşkar xüsusiyyətiniz kimi görünən əsəbilikdən çəkinəsiniz. Çünki əsəbiləşərək Badkubənin möhtərəm parlament üzvünə yaraşmayan sözlər yazmanız mümkündür.
Novruzxan! Yadınızdan çıxmasın ki, novruz gününə Araz çayının kənarında görüş təyin etmişik; razılaşmışıq ki, qardaşyana elmi söhbətlər edək. Həmin gün təzə paltar geyinməyi unutma. Yəqin ki, novruzun adət-ənənələrini bilirsən. Yeri gəlmişkən, novruz gününü təyin edə bildinmi? Bu, sizin miladi təqviminizdə çətin ola bilər. Hər halda, Novruzxan, əgər bunu tapa bilməsən, de kömək edim.
Novruzxan, axırıncı məktubunda yazmısan ki, mən sənin sözlərinə cavab verməmişəm. Əziz qardaşım, sən kobudluqdan və ədəbsizlikdən başqa nə yazmışdın ki. Mən sənə onlarla elmi mövzu ünvanlayıb dedim ki, öz ana dilinizdə və əlifbanızda debata və yazışmaya hazıram. Əgər öz ana diliniz və əlifbanız da sizə çətin gəlirsə, buna da kömək edə bilərəm.
Allah sizin əlifbanızı əlinizdən alanların günahından keçməsin! Onlar sizin mədəniyyətinizə böyük zərbə vurdular. Təəccüb edirəm ki, siz bu zərbəni aydınlıq və Qərbə inteqrasiya kimi qəbul edirsiniz. Özlərinin çürümüş mədəni irslərini gözümüzə soxan kommunistlər və sonra qərblilər sizin mədəniyyət və sivilizasiyanızı qarət etmiş, əlifbanızı almış, təqviminizi dəyişmişlər, siz isə Qərbə inteqrasiya edən aydınlar zümrəsinə qoşulduğunuzdan dolayı sevinirsiniz.
Bu gün Qərb sivilizasiya adı altında sizin əlinizlə müsəlman qadınların namusunu ələ salır, bizim Azərbaycan Respublikasındakı müsəlman ana-bacılarımızın başından hicabı götürür, siz isə bu faciənin adını mədəni inkişaf qoyursunuz.
Novruzxan! Bu gün əlinizdə olan imkanlara görə sabah Böyük Allahın qarşısında cavab verəcəksiniz; təbii ki, məada və qiyamət gününə inanırsınızsa. Yeri gəlmişkən, təklif edirəm bunu da müzakirə mövzularına əlavə edək, çünki məada etiqad zəifləsə, günah və xətalar baş alıb gedər.
Novruzxan! Əgər yadınızdadırsa, debatlar üçün mənim kimi siz də münasib bildiyiniz elmi, mədəni, tarixi və siyasi mövzular göndərməli idiniz, ancaq indiyədək göndərməmisiniz. Ümumiyyətlə mövzu seçimində azadsanmı? Yoxsa digərlərindən icazə almalısan? Bilirsənmi bunu niyə soruşuram? Çünki siz qabaqkı yazışmalarda davamlı formada sözünüzü dəyişmiş, bu budaqdan o budağa hoppanmış, sonda böhtan və iftira yağdırmısız. Novruzxan, yadından çıxmasın, mənim ağam Əli ibn Əbu Talib buyurur ki, qurtuluş doğruluqdadır. Mən də sənin şər və yalandan uzaq durmanı istəyirəm.
Cənab Novruzxan! Qarabağ və ermənilərə yardım haqda danışmısan. Əgər sənə bir ünvan versəm, Badkubənin parlament deputatı kimi onu araşdırarsanmı? Məmmədrəfi Məmmədovu tanıyırsanmı? İndiyədək Azərbaycan Nazirlər kabinetinin üzvü olan cənab dayı sənə Qarabağ haqda danışmayıb? Cənab Novruzxan! Sizin dövlət televiziyanız bizdə olan bəzi filmlərin yayımınz icazə verərmi? Siz bir deputat kimi dövlət qurumlarından və ölkənizin ordusundan Qarabağ həqiqətlərinə dair bəzi filmləri ala bilərsinizmi?
Cənab Novruzxan! Qalada, Üçtəpədə və digər bölgələrdə yerləşən təlim qarnizonlarının döyüşçülərindən bizim ünvanımız və xidmətlərimiz haqda soruşa bilərsən. Ağdərə və digər döyüş zonalarının yerli əhalisindən də bizim barəmizdə məlumat ala bilərsən. Əgər dövlət rəsmiləri sizə həqiqətləri deməsələr, əmin olun ki, vəfalı və düşüncəli azərilər bir çox həqiqətləri söyləyərlər; təbii ki, siz və sizin təhlükəsizlik orqanlarınız bundan ötrü xalqı incitməsə.
Əgər Azərbaycan dövlət televiziyasından mənim üçün vaxt ala bilsən, İslam torpaqları olan Qarabağa xəyanət edənlərin adlarını açıqlaya bilərəm.
Novruzxan! Bilirsənmi sizin hansı məmurlarınız Xankəndidən, Xocalıdan, Gəncədən və digər yerlərdən qaçıb bir dəqiqə müqavimət göstərmədilər? Əgər Heydər Əliyev sağ olsaydı, sizə həqiqəti söyləyərdi. Mən sizin halınıza acıyıram; ya həqiqəti bilmirsiniz, ya da deyirlər ki, bilməyin.
Siz möhtərəm deputat Qarabağ uğrunda gedən hansı döyüşdə iştirak etmisiniz? Bu barədə bizə bir qədər danışa bilərsən?
Neçə nazir, deputat, yaxud hər hansı məmur – özləri, ya övladları Qarabağda vuruşub, şəhid olub və ya yaralanıb? Tarixin mühakiməsindən ötrü rəqəm deyə bilərsənmi?
Doğrusu, Novruzxan, Badkubə parlamentinin siz möhtərəm deputatları indiyədək Qarabağın azadlığı istiqamətində hansı qanunları qəbul etmisiniz?
Cənab Novruzxan! Əgər Qarabağ döyüşlərində iştirak etməmisənsə, parlamentdə Qarabağın azadlığı üçün bir iş görməmisənsə, səndə cihad və mübarizə yolu ilə Qarabağı azad etmək iradəsi yoxdursa, tövsiyə edirəm bu haqda söhbəti uyğun iradəyə malik olan və bəziləri dini etiqadlarını müdafiə etdiklərinə görə hazırda həbsxanalarda olan kişilərin öhdəsinə buraxasan.
Novruzxan! Bir milyon qaçqın nə haldadır? Bu qaçqınlar üçün proqramınız olmuşmu?
Novruzxan! Əgər cürətin və sədaqətin varsa, Qarabağ haqda geniş diskussiyaya və fikir mübadiləsinə hazırıq. Amma indiyədək Qarabağın azadlığı üçün bir iş görməmisənsə, lütfən sakit ol.
Cənab Novruzxan! Son cavabında İranın Ermənistanla siyasi əlaqələrindən danışmısan. Yəqin bilirsən ki, bu əlaqələr qonşuluq həddində və Tehran-Bakı əlaqələrindən çox azdır. Türkiyə-Ermənistan əlaqələrinin kəsilməsindən danışmısan, halbuki Türkiyə özünün Ermənistanla ixtilaflarına görə bu əlaqəni kəsib, Azərbaycana görə yox. Və bu da çox çəkməyəcək. Türkiyə hökumətinin Qərbin xeyrinə dəyişməkdə olan son siyasətlərindən dolayı, Ermənistan və Türkiyə əlaqələrinin genişlənməsini mütləq görəcəksiniz. Həm də yəqin ki, Türkiyənin Ermənistanla geniş iqtisadi əlaqələrindən xəbərdarsınız.
Yeri gəlmişkən, siz nə üçün müsəlmanların düşməni olan İsraillə strateji əlaqələr yaratmış, İslam dünyasının düşmənlərinin sizin evinizdə sakin olmasına və İslam dünyası əleyhinə sizin evinizdən təxribatlar aparmasına icazə vermisiniz? Gələcəkdə bu xəyanətkar əməllərinizin altını mütləq cəkəcəksiniz və Fələstinin müsəlman övladları işğal olunmuş torpaqları azad edəndə üzüqaralıq kömürə qalacaq.
İran-İraq müharibəsindən də danışmısınız. Əgər hətta kiçik bir məqalə göndərib bu mövzuda öz elmi səlahiyyətini sübut etsən, müstəqil mövzu kimi bu barədə sizinlə debata hazıram. Biz müharibə başlamadıq, 8 il müdafiə olunduq. Bildiyin kimi, İslamda müharibə ilə müdafiənin hökmləri fərqlidir. Yeri gəlmişkən, tövsiyə edirəm ki, tarixi yaddaşını gücləndirəsən. Bizim müqəddəs müdafiəmiz 8 il sürmüşdür, 10 il yox. Öz əməkdaşlarına de sənə düzgün informasiya versinlər.
Novruzxan! Qəribə iddia etmisən; guya İraqın İrana qarşı müharibəsində bir milyon azəri İran tərəfdən, bir milyon azəri də İraq tərəfdən öldürülmüşdür.
Azərilərin İraqda nə işi var?! İranın müqəddəs cihadında isə bütün milliyyətlər – azəri, kürd, ərəb, bəluc, lor və digərləri iştirak etmiş, mərdliklə vuruşmuşlar. Əlbəttə, qeyrətli insanlar olan azərilər başlarında fədakar və ləyaqətli komandirlərin durduğuna görə müqəddəs müdafiədə daha böyük rol oynamışlar. Amma əfsuslar olsun ki, Azərbaycan Respublikasındakı azərilərin torpaqlarının 20 faizi illərdir işğal altındadır. Sizcə bu fərqin səbəbi nədir? İranla Azərbaycan azəriləri fərqlidirlər? Bəlkə problem başqa yerdədir? Əminəm ki, fərq onların siyasi və mədəni hakimlərinin iradəsindədir.
Novruzxan! Demisən ki, novruz bayramının İslama dəxli yoxdur. Sən "İslamda novruz" mövzusunda araşdırma apara bilərsən? Bilirsiniz ki, İslam təlimlərində bu gözəl ənənə üzərində təkid olunmuş və novruz mübarək bir gün kimi tanınmışdır? Doğrudan, Novruzxan, sən nə hicri qəməri təqvimini bilirsən, nə hicri şəmsi təqvimini, nə də İslam ədəbiyyatından istifadə edə bilirsən, necə İslamdan danışırsan?
Novruzxan! Deyirsən ki, novruz türklərin bayramıdır. Əgər buna elmi-tarixi dəlillər göstərə bilsən, çox məmnun olaram. Doğrudan, əgər istəsən, bunu da müzakirə mövzularına sala bilərik. Yeri gəlmişkən, türklərə məxsus bayramları sadalaya bilərsənmi?
Dediyin son məsələ barədə xatırlatmalıyam ki, əlifba haqda məlumatını artırman lazımdır. Çünki dünyada üç qədim əlifbanın mövcudluğunu deyəndə alim, müəllim və tələbələrin çoxu sənə güləcəklər. Və bu, bir Badkubə parlamentarisi üçün ayıbdır.
Novruzxan! Novruz günü Arazın kənarında görüşmək ümidi ilə!
Novruzxan! Doğru danış, çünki qurtuluş doğruluqdadır.
İran İslam Şurası Məclisinin deputatı Mənsur Həqiqətpur»
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|