“QƏFLƏTƏN "PARLAMAQ" VƏ SONRA "SÖNMƏK" İSTƏMİRƏM”
Tarix: 30-11-2011, 10:37 |
Çap et
AZƏRBAYCANLI ULDUZ ASTA GEDİR, USTA GEDİR
Xalq artisti Aygün Kazımova ATV-nin "10-lar" verilişinə açıqlamasında Türkiyədə publika önünə nadir hallarda çıxdığını bildirib.
Day.Az saytının verdiyi məlumata görə, qardaş ölkənin şou-biznesində parlamağa çalışan xalq artisti deyib:
"Proses ləng gedir. Çünki qəflətən "parlamaq" və bir müddət sonra "sönmək" istəmirəm. Hələ ki, mahnı seçimilə məşğuluq".
A.Kazımova bildirib ki, "patronu onun kiminləsə duet oxumalı olduğu qərarına gəlib": "Mahnı mənim səviyyəmə uyğun olmalıdır. Hələlik mənə haradasa görünməyə icazə vermirlər. Bu, qəflətən olmalıdır".