Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                 

"DÖVLƏTİN VERDİYİ PULA ANCAQ GİC-GİC SERİAL ÇƏKMƏK OLAR"
Tarix: 2-04-2013, 10:22 | Çap et
"DÖVLƏTİN VERDİYİ PULA ANCAQ GİC-GİC SERİAL ÇƏKMƏK OLAR"
TANINMIŞ REJİSSOR SƏRT DANIŞDI

ANS rəhbərliyinin "Şah İsmayıl Xətai" adlı yeni serialın çəkilişinə başlayacaqlarına dair açıqlama verməsi əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovun narazılığına səbəb olub. Bu ideyanın ona məxsus olduğunu deyən tanınmış kinorejissor ANS-i onun layihəsini mənimsəməkdə ittiham edib. Amma deyəsən, tərəflər sonda razılığa gələ biliblər. Şeyx Əbdül Mahmudbəyov qəzetimizə müsahibəsində ANS-lə danışıqlar apardığını təsdiqləyib:
- "Şah İsmayıl Xətai" serialı ilə bağlı Vahid Ќaxış və Mirşahinlə üç dəfə görüşümüşük. Mən ömrümün 33 ilini Şah İsmayıl Xətaiyə həsr etmişəm. Xətaiyə görə 33 ildir əzab çəkirəm. Xətaiyə olan sevgim üzündən döyülmüşəm, söyülmüşəm, işsiz qalmışam, amma mövqeyimi dəyişməmişəm. Bu işin içində məndən başqa ikinci bir adam yoxdur. Oqtay Əfəndiyev qocalıb, Mahmud İsmayılov ölüb, Ziya Bünyadovu isə öldürüblər. Azərbaycanda bir nəfər də olsun Xətaişünas qalmayıb.
İran da bu mövzuya çox maraq göstərir. Bu, elə-belə maraq deyil. Ona görə də biz çalışmalıyıq ki, nə şiş yansın, nə kabab.
Hazırda serialla bağlı iki ssenari mövcuddur. Onların birinin üstündə vaxtiylə mən işləmişəm. Danışıqlara da həmin ssenari ilə gedirəm. Düzdür, aradan xeyli vaxt keçib, bunu nəzərə alıb həmin ssenarinin üstündə müəyyən dəyişiklik etmişəm.
- ANS-in bu mövzuya maraq göstərməsi nə ilə bağlıdır?
- ANS-in Xətai mövzusuna marağı "Möhtəşəm yüz il" serialından sonra yaranıb. Türk serialında bizim dövlətçiliyə, Şah İsmayıl Xətaiyə təhqiramiz münasibət göstərildi. Vahid müəllim deyir ki, bu ideya onun ağlına həmin vaxt gəlib. Mən də dedim ki, bu ideya mənimdir. Əgər bu mövzuda serial çəkilsə, mən də bu işin içində olmalıyam. Bundan sonra Mirşahin müəllim məni dəvət etdi, görüşüb söhbətləşdik. Bu ideya ilə bağlı məndə çoxlu fakt var. Heç kəsə məlum olmayan faktları bir-bir ortaya qoydum. Tarixi mövzuda hər adam film çəkə bilməz. Folklor, etnoqrafiya elə sahələrdir ki, həvəskarları qətiyyən yaxın buraxmaq olmaz. Bu işi yüksək peşəkarlara, mənəviyyatı, əxlaqı uca olan insanlara etibar etmək olar. Şah İsmayıl Xətai Bakı şəhəri deyil ki, Hacıbalaya etibar edəsən. Bu adam harda 5 metr boş torpaq sahəsi gördü, oranı ələ keçirir. Həmin ərazidə ya göydələn, ya da ticarət köşkləri tikirlər.
Nə isə, ANS-də apardığımız müzakirələr faydalı oldu. İnşallah, bu günlərdə filmin çəkilişinə start verəcəyik. Filmlə bağlı ilk səfərimiz İran İslam Respublikasına olacaq.
- Niyə məhz İrana?
- Çəkiliş İrandan başlamalıdır. Çünki "Çaldıran" savaşı indiki İran ərazisində baş verib. İrana ANS şirkətlər qrupunun prezidenti Vahid Naxışla birlikdə gedəcəyik. Orada danışıq aparacağıq. Ssenaridə tüfəng, qılınc, qalxan, kütləvi döyüş səhnələri var ki, bunlar əvvəlcədən əldə olunmalıdır. Mən İranı yaxşı tanıyıram. Ərdəbili, İsfahanı gəzib, çəkiliş aparacağımız məkanları müəyyənləşdirəcəyik.
- Tarixi filmlər həddən artıq maliyyə vəsaiti tələb edir. Bu serial üçün təxminən nə qədər vəsait xərclənəcək?
- Maliyyə ikinci sırada dayanır. Birinci mərhələdə ssenari yazılır və qəbul olunur. Rejissor ssenarini istehsalata buraxandan sonra film üçün nə qədər maliyyə vəsaiti xərclənəcəyi məlum olacaq. "Şah İsmayıl Xətai" üçün nə qədər maliyyənin xərclənəcəyi serialın smeta dəyəri hesablanandan sonra bilinəcək.
- Yəqin ki, "Şah İsmayıl Xətai" serialı dövlət vəsaiti hesabına çəkiləcək...
- Xeyr, film ANS-in öz vəsaiti hesabına "Bakı studiyası"nda çəkiləcək. Maliyyə problemini ANS-in rəhbərliyi həll edəcək. Arzuma o vaxt çatacam ki, serial hazır olacaq və mən "prokat"a götürdüyüm kostyumla tamaşaçı qarşısına çıxacam. Tamaşaçı da kənardan bizə "əla" deyib əl çalacaq.
- Şeyx Əbdül Mahmudbəyov bu qədər kasıblayıb ki, "prokat" paltara möhtac qalıb?
- Biz kasıb adamlarıq. Məmur deyilik ki, rüşvət alaq. Fırıldaqçılığı da bacarmırıq ki, qarşımıza çıxan adamları aldadaq. Mən maaşla dolanıram. Amma buna görə nə utanıram, nə də kiminsə yanında xəcalət çəkirəm. Mənim geyimimin 90 faizini dost-tanış alır. Hələ paltar alan adamların boynuna minnət də qoyuram...
- Kino mütəxəssisləri yeni çəkilən serialları sərt tənqid edirlər. Qorxmursunuz ki, "Şah İsmayıl Xətai" də tənqidə tuş gələr?
- Bu gün Azərbaycan ictimaiyyətini çaşdıran məhz həmin seriallardır. Onlar serial deyil, televerilişlərdir. Kim kamera qarşısına çıxırsa, özündən hoqqa çıxarır. Mən istəyirəm kinonu, ələlxüsus da "Şah İsmayıl Xətai"ni həmin televerilişlərlə qarışdırmayaq. Burada söhbət peşəkarlıqdan, inzibati təşkilatçılıqdan və texnoloji çəkiliş mədəniyyətindən gedir. Bütün gücümüzü səfərbər etməliyik ki, bu serial Azərbaycanın klassik filmləri kimi əzəmətli olsun.
- Serailda əcnəbi aktyorlar yer alacaq?
- Çox güman ki, əcnəbi aktyorların da potensialından istifadə olunacaq. Bu ideyanın uğurlu alınması üçün nə lazımdırsa, edəcəyik. Serailda Şah İsmayılın yetişdiyi ictimai mühit, fəaliyyəti və dövlətçiliyin güclənməsində göstərdiyi xidmətlər əsas süjet xəttini təşkil edəcək.
Şah İsmayıl serialda 3 yaş dövründə təqdim olunacaq. Onun uşaqlıq, gənclik və həyatının sonrakı dövrü lentə alınacaq. Məşhur italiya rəssamı Xətainin naturadan portretini çəkib. Həmin portret artıq əlimizdədir, bu, serial üçün çox mühüm vasitədir. Həmin portretdə göstərilir ki, Şah İsmayılın çox iri, nəhəng, ala gözləri olub. Gözləri işıq saçırmış, saçının rəngi isə qızılı imiş. Rəssam bu əlamətdən məharətlə istifadə edib. Həmin əlamətlər bizə əsas verir ki, biz onun üç yaş dövrünü rahatca müəyyənləşdirək.
- Bəs baş rolun ifaçısı kim olacaq?
- Hələ konkret namizəd yoxdur. Aktyorlar hazırlıq dövründə müəyyənləşəcək. Serialın rejissoru cavan, enerjili bir adam olmalıdır. Elə Vahid müəllimin özü də bu işi bacara bilər. Peşəkar kimi nə kömək lazımdırsa, mən edəcəyəm. Əlimizdə olan ssenari insandan güc, səbir tələb edir. Serialda kütləvi döyüş səhnələri, dekorasiyalar olacaq.
- Sizcə, son illər çəkilən serialların zəif olmasının səbəbi nədir?
- Beş il əvvəl Məkkədə olanda əlimi müqəddəs qara daşın üstünə qoydum və tövbə elədim. Dedim ki, Şeyx Əbdül olaraq, mən bir daha siyasətə qarışmayacam. Siyasət mənlik deyil.
- Bu, siyasət deyil, kinodur...
- Kinonun özü də bir siyasətdir. Söhbət seriala ayrılan maliyyə vəsaitindən gedirsə, pul, var-dövlət işin yalnız bir tərəfidir. Əgər dövlət bu pulu peşəkar, qabiliyyəti olan insanlara verməsə, belə də davam edəcək. Yəni, heç nə düzəlməyəcək. Təsəvvür edin ki, narkoman bir insanın müalicəsi üçün pul xərcləyirsən. İstəyirsən lap evini sat, yenə o, narkomanlığından əl çəkməyəcək. Hazırda dövlətin seriallara ayırdığı pul da belədir, göz görə-görə havaya sovrulur. Ən qəribəsi isə odur ki, ayrılan maliyyə vəsaiti 6-7 studiya arasında bölünür. Hərəsinə 200-300 min manat verirlər. Ona görə də kino çəkməyə nə maraq var, nə də həvəs qalıb.
Azərbaycanın çox güclü aktyor məktəbi var. Amma onlar bu sənətdə öz yerlərini tapa bilmədikləri üçün məhv olub gedirlər. Hamı film çəkmək istəyir. Ќeyləyək ki, dövlətin verdiyi pulla hazırda nümayiş olunan gic-gic seriallardan başqa heç nə çəkmək mümkün deyil.
Cavan, istedadlı uşaqlar özlərini təsdiq etmək istəyirlər. Onların maddi-texniki bazası, maliyyə vəsaiti yüksək olsa, inanıram ki, ortaya normal filmlər qoya bilərlər. Hamısı da olmasa, aralarında istedadlı, bu addımı ata biləcək gənclər var.
50 ildir ki, kino sahəsindəyəm. Cavanlıqda aktyor olmuşam, Azərbaycanın ən yaxşı filmlərində rol almışam. Aktyorlarla rəhbərlik arasında maliyyə məsələsində həmişə problem olub. Bu sahədə az-çox rəhmətlik Ədil İsgəndərov yaxşı nümunə göstərdi. Maliyyə məsələsi aktyorun ən yaralı yeridir. Mən əlaqədar təşkilatlara müraciət etdim ki, bu məsələyə yenidən baxsınlar. Bu gün dünyanın tələbi başqadır, aktyor da yaşamalıdır. Nə qədər böyük rejissor olsan da, tamaşaçı ilə sən yox, aktyor üz-üzə qalır.
- Aktyor bir filmdən nə qədər qonorar ala bilir?
- Bu, müqavilədən asılıdır. Müqavilədə aktyorun böyüyü, kiçiyi, məşhuru, tanınanı nəzərə alınır. Bu, sovet dövründə belə nizamlanmışdı. 20 gün çəkiliş vardısa, 10 gün də məşq olurdu. Akyor 30 gün çəkdiyi zəhmətin haqqını alırdı. İndi isə maliyyə fərdi qaydada ödənilir. Mən istərdim ki, konkret bir tarif olsun, aktyor da öz işini bilsin. Dəxli yoxdur, qocadır və ya cavandır, hər kəs çəkdiyi zəhmətin bəhrəsini görməlidir. Çox təəssüf ki, bu məsələdə ortaq məxrəc əldə etmək mümkün olmayıb.
- Sizcə, kino sahəsinə ayrılan maliyyə vəsaiti Kinostudiyaya verilməlidir, yoxsa studiyalara və televiziyalara?
- Kinostudiya nə üçündür? Kino işləri ilə Kinostudiya məşğul olur. Çox yaxşı olar ki, bu iş müştərək həyata keçirilsin. Kinostudiyanın tarixi, ənənəsi, çəkiliş mədəniyyəti, pavilyonu, laboratoriyası, dekorasiyaları və sexləri var. Bəzi telekanal rəhbərləri isə deyir ki, burada bizik, Bağdadda kor xəlifə. Amma hər halda, çörəyi çörəkçiyə vermək daha yaxşı olar. Mən belə düşünürəm. Çünki Kinostudiyada azdan-çoxdan peşəkarlar qalıb. Müstəqillik olduğu üçün hər kəs sərbəst hərəkət edir. Amma bir həqiqət var ki, onu heç kim dilinə gətirmir.
- Nədir o həqiqət?
- Tədris prosesində ciddi problemlər var. Hesab edirəm ki, Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində tədris məsələsinə yenidən baxılmalıdır. Biri Tibb Universitetinə sənəd verir, qəbul ola bilməyəndə, onu oxumaq üçün Mədəniyyət və İncəsənət Universitetinə göndərirlər. Deyirsən, ay qızım, sənin burada nə işin? Deyir ki, balım aşağı olduğu üçün məcburam burda oxuyum. \ reytinq \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru