Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                 

SERİAL BİZNESİNİ KİM İNHİSARA ALIB?
Tarix: 8-04-2013, 09:28 | Çap et
SERİAL BİZNESİNİ KİM İNHİSARA ALIB?
"BİZƏ QƏPİK-QURUŞ VERİRLƏR"

Prezident İlham Əliyev milli televiziya filmlərinin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə Milli Televiziya və Radio Şurasına 6 milyon manat vəsait ayırıb. Filmlərin inkişafı ilə bağlı ayrılan maliyyə vəsaitinin xərclənmə qaydaları isə çox vaxt narazılıq yaradır. Üstəlik, dublyaj edilən filmlərin səviyyəsi də qənaətbəxş deyil. Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov "Reytinq"ə müsahibəsində bu sahədəki mövcud problemlərdən danışıb:
- Yerli seriallar kimi dublyajın da səviyyəsi çox aşağıdır. Bu sahədə də ögey-doğmalıq hökm sürür. Azərbaycanda vaxtiylə dublyaj sənəti inkişaf etmişdi. Amma sənətin digər sahələrində olduğu kimi, son illər dublyajda da durğunluq yaranıb.
Uzun illərdən sonra "Həzrəti-Yusif" serialı ekrana çıxdı. Bir dəstə peşəkar aktyor yığışıb həmin filmi səsləndirdik və təmtəraqla xalqa təqdim etdik. 45 seriyanın hər biri tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Həmin ərəfədə mənə zəng edən tamaşaçıların sayı-hesabı yox idi. Bu serial Azərbaycan teleməkanında bomba kimi partladı. Hətta elə olurdu ki, serial nümayiş olunan vaxt bəzi tamaşaçılar qabağımı kəsib, çoxlu suallar verirdilər. Bu gözəl filmə görə hamı bizə minnətdarlıq edirdi.
- "Həzrəti-Yusif" serialından sonra dini mövzuda olan filmlərin dublyajına dəvət aldınızmı?
- Kiçik mətnlərin səsləndirilməsində iştirak etmişəm. Həmçinin, "İmam Əli" filminin dublyajında da rol almışam. Dini filmlər tamaşaçıların ən çox maraq göstərdiyi mövzudur. Tamaşaçılar arasında bu mövzuya tələbat çox böyükdür. "Muxtarnamə"dən bir epizodun səsləndirilməsində iştirak etdim, efirə çıxan kimi zəng-zəngə calandı. Baxdım ki, tamaşaçının yadında qalan səsdir. Yaqub peyğəmbər obrazı səsimi elə ofsunladı ki, özüm də o sehrin içinə düşdüm. Filmi insanlara sevdirən, dublyajın səviyyəsini yüksəldən əsas amil səsdir.
- Dublyajda əsas vasitə kimi nə götürülür?
- İlk növbədə səs, sonra peşəkarlıq. Gərək aktyorun səsi onun səsləndirdiyi obrazın əlaməti ilə üst-üstə düşsün. Məsələn, baxırsan ki, cavan bir uşaqdır, amma onu böyük adam səsləndirir, yaxud da böyük adam əvəzinə kadr arxasından balaca adamın səsi gəlir. Bu dublyaj deyil, biabırçılıqdır.
Böyük bir film, yaxud da teleserail yayımlanır. Amma baxırsan ki, bu boyda film 5-6 nəfər aktyorun ifasında səslənir. Bu faktdır, aktyor bunu bilir, amma dinmir. Elə də dublyaj olar?
Hər bir aktyor zəhmətinin müqabilində qonorar almalıdır. Studiya rəhbəri aktyorun zəhmətinin haqqını verməyəndə, o da məcbur olub "xaltura"ya keçir. Buna görə də hər yoldan keçən özünü dublyaj aktyoru kimi aparır. Deyirlər ki, bunu belə de, onu da elə. Vəssalam. Küçədən tutduqları adama aktyorluq öyrədirlər.
- Son illər dublyaj olunan filmlərin səviyyəsi Sizi qane edirmi?
- Dublyaj olunan filmlərə baxanda adam dəhşətə gəlir. Elə bil ki, tərcümədir. Çox vaxt dialoqlar mənasız sözlərdən təşkil olunur. Bizim vaxtımızda dublyajla yalnız Kinostudiyada məşğul olurdular. Dublijor kimdir? Roldakı aktyorun əvəzedicisi! Aktyor filmdə necə yaşayıbsa, mən də dublyajda onun obrazını, əzablarını, sevincini elə hiss etməliyəm, tamaşaçıya çatdırmalıyam. Dublyaj budur. Bu gün efirlərin təqdim etdiyi dublyaj yox, səsləndirmədir.
"Həzrəti-Yusif" niyə sevildi? Çünki bu serialın rejissoru Emil Abbasovun dini savadı vardı. Emil Abbasov aktyorları dini nöqteyi-nəzərdən savadlandırırdı. Biz Yaqub peyğəmbər obrazının üstündə çox dayandıq. Dedim ki, çətindir, mən bu rolu səsləndirə bilmərəm. Təklif etdim ki, Rasim Balayevə müraciət olunsun. Getdi və bir müddət sonra yenidən qayıtdı ki, alınmır, bu rolu sən səsləndirməlisən. Mən də razılaşdım. Ќə isə, bir-iki səhnəni səsləndirdim. Gördüm ki, səsim də obrazın yerində oturdu. Hamı bu filmin sehrindən danışsa da, onun hansı şəraitdə yazıldığından heç kimin xəbəri yoxdur. Bu film çox ağır şəraitdə yazılıb. O studiyadan bura, bu studiyadan ora köçür, qapılarda qalırdıq. Beləcə, bir də baxdıq ki, serial artıq yazılıb. Sonra film ekranlara çıxanda bu zəhmət gözə görünmədi. Film uşaqdan böyüyə kimi hamını ovsunladı.
Serial yayımlananda kəndə getmişdim. Tərslikdən işıq söndü, baxdım ki, qonşular əl-ayağa düşüb. Transformator axtarırlar ki, seriala baxsınlar. Çox adam ağlayırdı ki, biz bu filmə harada baxaq? Adam vardı, bir seriya başa çatan kimi mənə zəng edirdi ki, növbəti seriyada nə olacaq? Tamaşaçılarda dublyaja qarşı belə həvəs vardı.
- Bəlkə bu serial dini mövzuda olduğu üçün sevildi?
- Bizim milli ruhumuz var. Biz müsəlmanıq. Filmin süjet xətti aydın idi. Film adamı ruhlandırırdı. Bəşəri mövzu olduğu üçün yaşından, cinsindən asılı olmayaraq, bütün tamaşaçılar bu filmə maraq göstərirdilər. Belə filmlərin yayılmasına heç vaxt qadağa qoyula bilməz. Deməli, bu filmlərin insanlara xeyri dəyir. Axı, mən insanam, şüurum, hissim var. Bu film həm də peşəkar səviyyədə çəkilmişdi.
Bütün televiziyalar serial çəkir. Amma acınacaqlısı odur ki, onların heç biri sevilmir, özünə tamaşaçı auditoriyası toplaya bilmir. Heç vaxt da toplaya bilməyəcək. Çünki hamı özü üçün işləyir. Serial çəkilişi ilə təsadüfi adamlar məşğul olurlar. Qadının yerinə kişi, kişinin yerinə uşaq çəkirlər. Serialların heç birində səs yerinə oturmur. Aktyor lazımdır ki, o seriallarda çəkilsin. Baxırsan, həmin seriallarda bir-iki tanınmış aktyor ola, ya olmaya. Orada kimi tanıyırsınız? Hamısı yoldan keçən adamlardı. Aktyorluq başqa bir sənətdir, qeyri-adi peşədir. Allah bu bacarığı o insanlara verib ki, onlar bu sənətin peşəkarıdır. Aktyorlar seçilmiş adamlardır. Amma həmin seriallarda çəkilən aktyorları görəndə adam dəhşətə gəlir. Az qalır ki, baş götürüb bu sənətdən gedək. Belə getsə, Azərbaycanda peşəkar aktyor qalmayacaq. Teatr hara gedirsə, dublyaj və serial da onun arxasınca gedir. Boş-boşuna oturur, ona-buna baxır, xırda-para işlərlə məşğul oluruq. Bəzi adamlar yeni serialların çəkilişini inhisara alıblar. Bizim kimi aktyorlara isə qəpik-quruş verirlər. Etiraz edəndə, deyirlər ki, xoş getdin.
- "Pərvanələrin rəqsi" teleserialının rejissoru Rövşən İsak deyir ki, bəzi aktyorlar obrazın yükünü daşıya bilmədikləri üçün onları digərləri ilə əvəzlədik...
- Bəyəm rejissor görmürdü ki, seriala kimi çəkir? Orda elə adamlar vardı ki, mən onları ilk dəfə həmin serialda görmüşəm. Obrazın yükünü daşıya bilməyən aktyorun serialda nə işi var? Rol bölgüsü rejissorun estetikasıdır. Sağ olsunlar, nə yaxşı ki, o 3-4 aktyor vardı, serialın üzünü ağ etdilər.
Seriala aktyora və mövzuya görə baxırlar. Aktyor zəif olsa da, rejissor onu elə hazırlamalıdır ki, zəifliyi hiss olunmasın. Amma aktyor öz işinin öhdəsindən gələndə, rejissor daha ürəkli olur.
- Şekspir deyib ki, teatr həyatın güzgüsüdür. Amma indi deyirlər ki, teatr hakimiyyətin güzgüsüdür...
- Teatr hakimiyyətin deyil, həyatın güzgüsüdür.
- Həmin güzgüdə Azərbaycan cəmiyyəti real əks olunur?
- Yox, biz bunu görə bilmirik. Teatr dövlətin və cəmiyyətin barometridir. Bütün millətlərin öz teatrı olmalıdır. Öz teatrı olmayan millət formalaşa bilmir. Teatr bir sənət məbəddir.
- Amma məbədgah adlanan teatr bu gün dedi-qodu, çaxnaşma məkanına çevrilib.
- Onu kim deyir? Bu, yalandır. Hər sahədə nöqsan ola bilər. Amma gəlin biz buna rəssam gözü ilə baxaq. Teatr həyatın güzgüsü olduğu üçün, ona yaradıcı gözlə baxılır. Burda bədii mətn, rejissor işi, musiqi vəhdəti var. Bunlar adama necə təsir edir? Səhnənin özü var, qəfildən ayılırsan ki, sən teatrdasan. Elə bil həyatın özünə baxırsan. Yaradıcı adam bütünlüklə azaddır. Aktyorlar azaddır.
- Amma reallıq belə deyil. Pərdənin arxasında hansı tamaşanın "oynanıldığını" biz də görürük...
- Azadlıq nədir? Teatr kollektiv bir sənətdir. Biz rejissorlardan asılıyıq. Teatr böyük bir ideyaya xidmət edir.
- Amma rejissorun özü də teatrın direktorundan asılıdır...
- Hamı rəhbərlikdən asılıdır. Rejissor aktyorun sabahını görməlidir. Dünən nə oynayıb, bu gün nə oynayacaq deyə götür-qoy etməlidir.
Böyük rollarımız var, hansı ki, bu gün onları səhnəyə gətirə bilən aktyor yoxdur. Yeni aktyor nəsli yetişir. Aktyorun oyunu tamaşaçıya təsir etməlidir. Tamaşaçı ağlamalıdır və aktyor da bunu görməlidir.
Bir dəfə teatrda tamaşa nümayiş olunacaqdı. Yanımda teatrı sevməyən bir adam vardı. Ona dedim ki, gəl gedək teatra. O da dedi ki, teatra getmirəm, ordan xoşum gəlmir. Ќə isə, bunu bir təhər teatra apardım. Həmin tamaşada Mövsüm Sənani oynayırdı. Uşaqlar səs salırdı, elə ki, Mövsüm Sənani səhnəyə çıxdı, sanki aləm sehirləndi. Baxdım ki yanımdakı dostum ağzını açıb baxır. Dedim ki, nə olub? Qayıtdı ki, nə yaxşı sən məni teatra gətirdin. Axıracan baxdı, ağladı və sonda dedi ki, həmişə teatra gedəcək. Teatr budur. Yoxsa, şit hərəkətlərlə tamaşaçının rəğbətini qazanmaq olmaz. Bu, teatr deyil, gün keçirməkdir.
- İllərini teatrda keçirən aktyorlar son vaxtlar bu məbəddən qovulur...
- Kim qovulur? Heç kim qovulmayıb. İşdən çıxanlar deyir ki, məni qovublar. Çünki burdakı gərgin işə dözə bilmirlər. Amma dözənlər qalır. Bir vaxtlar teatrlardan yaşa görə aktyorlar çıxarıldı. Amma yeganə teatr "Azdrama" oldu ki, burda yaşa görə heç kim işdən çıxarılmadı. Direktor dedi ki, mənə tövsiyə olunub, baxacam, lazım olsa, bəzi adamları çıxaracam. Amma heç kimi çıxarmadı.
- Amma mərhum sənətkar Səməndər Rzayevin oğlu elə bu yaxınlarda "Azdrama"dan qovuldu...
- Bu, fərdi münasibətlər üzündən baş verən məsələdir. O, həm də xəstədir. Xəstə olsa da, biz Rəşid Səməndəri yola verirdik. Hərdən əsəbi olurdu. Amma hər halda baş verənləri heç kim istəməzdi. Dedik ki, teatrdan bir az aralansın, bəlkə özünə gələr, sonra qayıdar. Yəni əsas olan onun sağlamlığıdır. Teatrdan heç kimi məcbur çıxarmırlar. Rəşidin xasiyyəti kollektivə uymurdu.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru