Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                 

BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
Tarix: 9-04-2013, 09:24 | Çap et
BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
PARKLAR BU GÜN ZİBİLXANAYA ÇEVRİLİB

Son günlər havalar xoş keçdiyindən Bakının park və bağlarında gəzintiyə çıxanların sayı artır. Buna paralel olaraq, paytaxtdakı park və bağlarda abadlıq işləri, yaşıllıqlara qulluq sahəsində də canlanma müşahidə olunur. Başqa sözlə, yay mövsümünün başlanması ilə Bakının park və bağlarında, yolqırağı ərazilərdəki yaşıllıq zolaqlarına diqqət xeyli artıb.
Görəsən, bu canlanma Bakının bütün park və bağlarında müşahidə olunurmu? Son bir neçə ildə paytaxtda yenicə salınmış və tikintisinə böyük məbləğdə dövlət vəsaitlərinin xərcləndiyi istirahət parkları yay mövsümünə hazırdırmı?
Bu sahədəki gerçək vəziyyəti öyrənmək üçün Bakının mərkəzi ərazilərində yerləşən bir neçə istirahət parkına baş çəkdik. Nəsimi rayonundakı «Koroğlu parkı»nda bir fəhlə heykəli su ilə yuyaraq təmizəyir, digəri ətrafdakı yaşıl çəmənliyi suvarırdı. Parkda gəzintiyə gələnlərin sayı az idi. Həmsöhbət olduğumuz ziyarətçilər deyirlər ki, əvvəllər bu parkda ətrafa kölgəlik salan hündür və qollu-budaqlı ağaclar vardı. Amma ötən il burada xalq qəhrəmanı Koroğlunun Qırat üzərində heykəli qoyulan zaman ağacların bir hissəsi kökündən çıxarılıb. Oturacaqlar Günəş şüalarının düşdüyü yerlərdə qurulub. Ona görə də bu parkda ya səhərlər, ya da axşam Günəş batdıqdan sonra istirahət etmək mümkündür.
Parkda suvarılma işləri aparan Bakı Şəhər Yaşıllaşdırma Departamentinin fəhlələri də ziyarətçilərin iradlarını qəbul edirlər. Onlar problemin hələ bir neçə il davamlana biləcəyini vurğulayırlar. Çünki «Koroğlu parkı»nda əkilmiş körpə tinglərin boy atıb şaxələnməsi, kölgəlik salması yalnız bir neçə ilə başa gələcək.

«Məmmədyar bağı»nın adı var, özü yox…

Elə həmin ərazi ilə həmsərhəd olan «Məmmədyar bağı»nda doğranmış ağaclara, ətrafa atılmış daş-çınqıla, yolunmuş yaşıl otlara və digər tullantılara rast gəldik. Baxımsızlıqdan ərazidəki ağaclardan bəziləri tamam qurumuş, bir qisminin isə qol-budağı kortəbii doğranaraq ətrafa atılmışdı. Oradakı bəzi ağaclar və otlar kortəbii böyümüşdü. Burada bir neçə il öncəyə qədər fəaliyyət göstərmiş məşhur «Vışka» kinoteatrının binasının kirəmit hissələri yararsız hala düşüb. Onun divarlarındakı suvaqlar və mərmər üzlük daşlar uçub-dağılıb. Vaxtilə kinoteatr binasının kassa və administratorun kabinetlərinə açılan pəncərələrin çərçivələri də sökülüb. Ətrafı işıqlandırmaq üçün binanın hər tərəfinə düzülmüş elektrik fənərləri sındırılıb, onların elektrik xətləri isə kəsilərək doğranıb. «Vışka»nın girişindəki daş və mərmər pilləkənin sütunlarının üzlük daşları da tamam dağılıb. Bağdakı oturacaqlardan bəziləri sındırılıb, bəziləri isə yağış, qar və küləyin təsirindən yararsız hala düşüb.
Bağdakı «Timsah-ilan» abidəsinin ətrafında salınmış fəvvarədə vaxtilə fəaliyyət göstərən fontan kompleksindən yalnız biri salamat qalıb. Lakin həmin qurğu işləmədiyindən pas atıb. Bu, azmış kimi, yaxınlıqdakı su kəmərinə birləşdirilmiş plastik borudan fəvvarənin hovuzuna su axır. Hovuzun içərisi isə natəmizdir, burada hətta məişət tullantılarına da rast gəlmək olur. Fəvvarəni əhatələyən beton sədlərin bir neçə yerindəki üzlük daşları da dağılıb.
Burada qara mərməri dağıdıldığından istismara yararsız süni çeşməyə də rast gəldik. Çeşmənin arxa tərəfində kortəbii inkişaf edən çəmənlik, oraya qoyulmuş zibildaşıyan maşın və ekskavator, kənardan daşınaraq gətirilmiş torpaq topası da vardı.

“Yuyunmağa su tapmırıq”

«Məmmədyar bağı»nda gəzintiyə çıxmış ağsaqqallarla həmsöhbət olduq. Arif Məmmədov adlı sakin deyir ki, asudə vaxtını səmərəli keçirmək üçün bu istirahət parkındakı çayxanaya tez-tez gəlir. Amma buradakı antisanitariya, zibillik, «Timsah-ilan» fəvvarəsinin üfunət qoxuyan mənzərəsi onun əhvalını xeyli korlayır: “Yaşlı adamam, uzaqdakı parklara gedə bilmirəm. Yaxınlıqdakı binada yaşayan və mənim kimi yaşlı adamların əksəriyyəti buraya gəlir. Gərək aidiyyəti qurumlar bu barədə ciddi düşünsünlər, mənim kimi ağsaqqalların xoş istirahətlərinin qeydinə qalsınlar».
Zəngilan rayonundan məcburi köçkün Mustafa dayı isə asudə vaxtını səmərəli keçirmək üçün Bakının nisbətən abad parklarına gedir: «Bu günədək demək olar ki, paytaxtın bütün istirahət mərkəzlərində olmuşam. Amma hələ də özümə münasib bir park və bağ tapmamışam ki, istirahətimi xoş keçirmək üçün daim ora gedim. Məni ən çox narahat edən odur ki, yayın qızmar günlərində park və bağlarda əl-üzümüzü yumağa su tapmırıq. Süni bulaqlar, yaxud çeşmələr yoxdur. Olanları da ya işləmir. Buradakı süni bulaq da dağılıb».

Baxımsız qalan bağlar

Bakı Şəhər Yaşıllaşdırma Departamentinin Rəşxan adlı ağsaqqal əməkdaşı isə qeyd edir ki, bir müddət əvvəl «Məmmədyar bağı»nın əsaslı təmiri nəzərdə tutulmuşdu. Amma «Koroğlu parkı» plana salındığından əsaslı təmir təxirə salınıb. Sakinlərin iradlarını səmimi qəbul edən həmsöhbətimiz nəzarətsizlik və baxımsızlıq üzündən təkcə «Məmmədyar bağı»nın deyil, bəzi park və bağların da xaraba qaldığını deyir: «Son zamanlar həmin istirahət mərkəzləri bizim departamentin balansına verilib. Amma baxımsız qalan parların əsaslı təmiri üçün kifayət qədər maliyyə vəsaiti lazımdır».
Parklarda bulaqların olmamasına gəlincə, Rəşxan dayı bu məsələdə günahı park və bağların yenidənqurulması ilə məşğul olan təşkilatları qınayır. Onun sözlərinə görə, bəzi istirahət mərkəzlərinin layihəsində bu məsələyə yer ayrılmır. Hətta bəzi yerlərdə belə çeşmə və bulaqlar olsa da, fəaliyyət göstərmir.
«Elmlər Akademiyası bağı»nda da yabanı otlar və ağacların qol-budaqları kortəbii boy atıb. Amma son günlər bura da da yabanı otların biçilməsinə, yaşıllıqların suvarılmasına, ağaclara qulluq göstərməyə başlayıblar. Bakı Şəhər Yaşıllaşdırma Departamentinin aqronomu Vaqif Abutalıbov «Elmlər Akademiyası bağı»nda mövsümə hazırlıq tədbirlərinə hələ ötən ayın əvvəlindən başlandığını deyir: «Kənardan baxanlar elə bilirlər ki, abadlaşdırma və yaşıllaşdırılma işlərinin icrası gecikib. Amma hər şey qrafik üzrə gedir. Bağdakı fəvvarə də işlək vəziyyətə gətirilib. Burada təzə lalələr və süsənlər əkilib. Yaxın zamanlarda «Elmlər Akademiyası bağı» öz simasını tamamilə dəyişəcək».

Təbriz Vəfalı

BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru