NAZPƏRİ DOSTƏLİYEVA HƏBS OLUNA BİLƏR
Tarix: 9-04-2013, 09:59 |
Çap et
İLHAMƏ QULİYEVANIN İDDİASI TƏMİN OLUNARSAXalq artistləri İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasındakı qalmaqal səngimək bilmir.
Axşam.az-ın məlumatına görə, hər iki tərəf biri-birini məhkəməyə verəcəyini iddia edib.
İlhamə xanımın mətbuat katibi Faiq Ələkbərli “Facebook” səhifəsində aprelin 9-da cinayət işinə başlanılacağını yazıb:
“Aprelin 9-da, səhər saat 10:00-da Yasamal rayon Məhkəməsində İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı xüsusi ittihamla şikayəti ilə əlaqədar cinayət işinə baxılacaq”.