TÜRKİYƏLİ MÜĞƏNNİ AZƏRBAYCANLI TƏŞKİLATÇINI HƏDƏLƏYİR
Tarix: 11-04-2013, 09:15 |
Çap et
"HƏR ŞEYİ ORTAYA QOYACAM"Təşkilatçı Samir Xəttab türk müğənnisi tərəfindən təhdid edilir.
Axşam.az-ın məlumatına görə, o, bu haqda “Facebook” sosial şəbəkəsindəki profilində yazıb:
"Türkiyədəki müğənnilər məni şantaj etməyə çalışır. Bizimkilər bitdi, qaldı bunlar. Tələsmə, mən sübutla hər şeyi ortaya qoyacam”.
Samir Xəttab həmin müğənninin adını çəkməsə də, hadisənin baş vermə səbəbindən danışıb:
“O, özü mənə zəng edib yalvardı ki, Bakıda konsertini təşkil edim. Mən də danışıqlar aparıb, konserti öz üzərinə götürəcək adam tapmışam. Hətta müğənninin behini də vermişik. O insan mənimlə çox ucuz, biabırçı bir qiymətə razılaşıb. Hətta bilet almağa pulu da yoxdur. Yalvarıb ki, təyyarə üçün lazım ola məbləği də göndərim. Adını hələ ki, açıqlaya bilmərəm. Məndən çox yaxın insanlar bunu deməməyi xahiş ediblər. Amma aprelin 23-dən sonra bütün hər şeyi sübutları ilə açıq danışacam. O, məndən başqa bir neçə təşkilatçını da aldadıb. İndi məni təhdid edir ki, xəbəri mediaya yaymayım”.