ALMANİYA "NABUKKO"DAN İMTİNA ETDİ
Tarix: 15-04-2013, 09:50 |
Çap et
BERLİN LAYİHƏDƏKİ PAYINI SATIBAlmaniyanın RWE konserni “Nabukko” konsorsiumundakı payını satıb.
Bu barədə bu gün mənzil qərargahı Essendə yerləşən konsernin nümayəndəsi bəyanat verib.
Onun sözlərinə görə, RWE-nin payını martın əvvəlində Avstriyanın OMV neft-qaz korporasiyası alıb.
Anlaşmanın maliyyə detalları haqda məlumat verilmir.
Qeyd edək ki, “Nabukko” layihəsində OMV ilə yanaşı Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyənin şirkətləri yer alır.