NİZAMƏDDİN QULİYEVİN «XAÇ ATASI» KİMDİR?
Tarix: 17-04-2013, 09:03 | Çap et
UKRAYNADA İŞ ADAMINI QƏTLƏ YETİRƏN QULAM ƏLƏKBƏROV HAQQINDA ŞOK
DİA.AZ: - Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev az qala bu gün kriminal bir fiqura çevrilib. Ətrafında müxtəlif oyunların cərəyan etdiyi bu adamın hələ də meydan sulaması və hətta suçsuz birisi kimi Mətbuat Şurasına onun barəsində yazan KİV-lərdən şikayətdə bulunması müşahidə olunanda oğrunun doğru bağrı yaran bağırtısını xatırlamamaq olmur.
Qeyd edək ki, Nizaməddin Quliyevin adı buna qədər əgər rəhbəri olduğu rayondakı özbaşınalıqlarla, oğlu Ramal Quliyevin Mingəçevirdə 500 min manatı xırıd etməsilə, borclu olduğu sahibkarlardan birini şərləyərək tutdurması ilə və müxtəlif ittihamlarla diqqətə gəlirdisə, bir neçə gün əvvəl Goranboyun icra başçısının yeni kimliyi də məlum oldu. Söhbət bu adamın adının bəlli bir kriminal şəbəkə ilə qoşa çəkilməsindən və hətta Nizaməddin Quliyevin həmin şəbəkənin himayəsi altında olmasından gedir.
DİA.AZ olaraq Mətbuat Şurası vasitəsilə öz mövqeyinin ifadəsi davasını döyən və realda mətbuatdan qaçaraq, bir-iki nüfuzlu «mətbuat adamı»nın əli ilə yazılan həqiqətləri ört-basdır etməyi düşünən Nizaməddin Quliyevin bir neçə gün əvvəl Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Donetsk vilayət şöbəsinin sədri, tanınmış iş adamı İqbal Mahmudovun qətlində adı keçən şəxslərlə hansı əlaqələrinin olması yönündə müəyyən araşdırmalar apardıq və ortaya ilginc faktlar çıxdı.
Xatırladaq ki, burada söhbət İqbal Mahmudovun 3 milyon dollarlıq borca görə qətlinə sifariş verən Qulam Ələkbərovdan gedir. Qeyd edək ki, bir zamanlar Goranboyda mərhum prezident Heydər Əliyevə qarşı təşkil olunan qiyamda iştirakçı olan Qulam Ələkbərov eyni zamanda Nizaməddin Quliyevin «xaç atası» sayılır və onu bütün qara işlərdən məhz bu adam hifz etməkdədir.
Qulam Ələkbərovun özünə gəlincə isə onun kimliyi ilə bağlı ilginc faktlar mövcuddur.Nəqliyyat Nazirliyinin elan etdiyi tenderlərdə ənənəvi qaliblərindən olan “Sanur Holding”in sahiblərindən biri də Qulam Ələkbərov adlı şəxsdir. Bu şəxs həm də bir mənzili bir neçə nəfərə satmaqla vətəndaşları aldadan “AQ Inşaatçı Servis” MMC-nin sahibidir. Tikinti şirkətinin adındakı “Q” hərfi də onun adını simvolizə edir.
“AQ Inşaatçı Servis”in vətəndaşları aldatması üzə çıxanda yerli mətbuat Ziya Məmmədova çox yaxın olan bu şəxs barədə ilginc faktlar dərc etmişdi. Xatırladaq ki, Qulam Ələkbərov vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. Işdən çıxarıldıqdan sonra paytaxtın “Gənclik” metrostansiyasının yaxınlığında “Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Ziya Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib.
Qulam Ələkbərov barəsində ilginc faktlardan biri də onun vaxtilə dövlət çevrilişinə görə istintaqa cəlb olunmasıdır. Goranboy rayonundan olan Qulam Ələkbərovun keçmiş briqada komandiri Rasim Əkbərovla isti münasibətləri olub. Briqada komandiri Heydər Əliyevə qarşı çıxandan sonra həbs olunarkən Qulam Ələkbərov da bu iş üzrə istintaqa cəlb olunub. Lakin o, məsuliyyətə cəlb edilməyib.
Goranboyun hazırkı icra başçısı Nizaməddin Quliyevin bu vəzifəyə gətirilməsində, həmçinin keçmiş deputat Gültəkin Hacıbəylinin 2010-cu ilin parlament seçkilərindən sonra mandatsız qalmasında Qulam Ələkbərovun böyük rolu olduğu bildirilir.
İndi isə Ukraynada qətlə yetirilən İqbal Mahmudovun qatillərinə qarşı 11 aprel tarixində keçirilən məhkəmə istintaqı ilə bağlı Ukrayna Azərbaycanlıları Konqresinin yaydığı məlumatdan bir hissəni diqqətinizə təqdim edirik: “Şahidlərdən biri Kərimov Məhyəddin təqsirləndirilən Zahid Əhmədovun dostu imiş və İqbalın qətli ilə bağlı ona qarşı cinayət işini qaldırmışdılar. Lakin sonradan bu işə xitam vermişdilər. O məhkəməyə bildirib ki, atəş açılması nəticəsində yaralanan biznesmeni Zahid Əhmədov, İqbalın cangüdəni, müavini Məhəmməd Əhmədov və Makeyevka şəhərindən olan bir azərbaycanlı ilə maşına qoyub, xəstəxanaya aparıblar. Orada da Mahyəddin Kərimov söz-söhbətlər eşidib ki, guya İqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan və Ukraynada biznesə malik olan Qulam Ələkbərov adlı bir şəxs sifariş edib. İqbalın sürücü isə istintaqa verdiyi ifadədə isə bildirib ki, qətlin baş verdiyi Makeyevkada yerləşən “Kaspiy” restoranına yaxınlaşanda başa düşüb ki, İqbal Mahmudov orada keçirilən Qələbə Günü ilə bağlı tədbirə deyil, məsələləri aydınlaşdırmağa gəlib. Çünki İqbal bu cür tədbirlərə özünü yox, müavinlərini göndərirdi və bu tədbirdə iştirakı ümumiyyətlə planlaşdırmamışdı. Bu cür fikirləşməyə daha bir səbəbi ondan ibarətdir ki, restoranda toplaşan qonaqların əksəriyyəti Konqresin üzvləri deyildilər və İqbalın siyasi baxışlarını dəstəkləmirdilər”.
Bir sözlə, Qulam Ələkbərov konkret olaraq bir mafiya babası qiyafəsilə bu gün Azərbaycanın təkcə iqtisadi yox, həm də siyasi çevrəsinə nüfuz etməkdədir. Onun siyasətdəki şah əsərinin isə Nizaməddin Quliyev olduğu bir faktdır.
DİA.AZ bildirir ki, bu istiqamətdə də ciddi araşdırmalarımız var və Nizaməddin Quliyev-Qulam Ələkbərov məhrəmliyi ilə bağlı daha geniş informasiyaları yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin. O zaman biləcəksiniz ki, Qulam Ələkbərova güvənən Nizaməddin Quliyev kimləri hədələtdirib, kimləri həbs etdirib və kimlərə hansı təzyiqləri etdirib…
Qarşı tərəfin də hər hansı bir izahatı olarsa, dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|