İRAN MƏTBUATI İQRAR ƏLİYEVİ GÖZÜMÜZƏ SOXUR
Tarix: 23-04-2013, 08:47 | Çap et
SOVET TARİXÇİSİNİN TARİXİ KEÇMİŞİMİZƏ VURDUĞU YARA İNDİ DƏ SIZLAYIR
DİA.AZ: - Yeniyetməliyi sovet quruluşunun dağılma ərəfəsinə düşənlər yaxşı xatırlayar ki, həmin illərdə orta və ali məktəblərdə tarix dərslərində az-çox savadı və məlumatı olan müəllimlər fərdi olaraq İqrar Əliyevin məhsulu olan «tarixi biliklərdən» imtina edər, şagird və tələbələrə əsl gerçək tarixi tədris edərdilər. Çünki sırf olaraq sovet ideologiyasının tələblərinə uyğun şəkildə tarixi keçmişimizi «arayaraq» qələmə alan İqrar Əliyevin yazdıqlarından belə bir təəssürat yaranırdı ki, sanki yer üzündə Azərbaycan türkü adında millət olmayıb və bu millət hansısa etnosların qarışığının nəticəsidir.
Əslində Azərbaycan türkünə bu şərəfsiz keçmişi sırımağa çalışanların özləri buna layiq idilər ki, bu məsələ də hər zaman yenidən tarixi keçmişimizi qələmə alan tarixçilərimizin, alimlərimizin qarşısında bir nömrəli hədəf kimi dayanmalıdır. Amma maləsəf, ömürünü belə Azərbaycan Tarix İnstitutunun rəhbəri olaraq başa vuran İqrar Əliyevin həmin yazdığı böhtanlardan imtina olunmadığından, onun tariximizə caladığı cızma-qaralar günü bu gün də TARİXİ İNFORMASİYA kimi gələcəyimizi təqib etməkdə, ləkələməkdədir.
DİA.AZ bildirir ki, bu da təbii ki, düşmənlərimiz üçün bir fürsət əhəmiyyətini daşımaqdadır. Elə buna görə də hər addımında Azərbaycan türkünü təhqir etməyi hədəfləyən İran adlanan məkandakı fars-molla rejimi indi də üstümüzə İqrar Əliyevin sovet dövründə tariximizə vurduğu yaraların qaysağını qopartmaqla gəlir, yenidən bizi təhqir etməkdədir.
Hər halda, tarixçilərimiz məhz bu amili nəzərə alaraq əsl həqiqətlərin daha da ictimailəşməsi və kütləviləşməsi üçün konkret addımları atmaq zorundadırlar. Çünki keçmişini bilməyənlərin gələcəyinin şübhə altına düşməsi faktdır. Və biz də şübhəli gələcəkdən qurtula bilməyimiz və həmçinin özünüdərk istiqamətində ciddi addımları ata bilməyimiz üçün Azərbaycan türkünün gerçək tarixinin indiki və gələcək nəsillərə çatdırılması yönündə ciddi işləri həyata keçirmək zorundayıq.
Hələliksə ortalıqda İqrar Əliyev kimilərinin vurduğu ləkələr var və bu ləkələr bu gün bir çamur kimi üzərimizə atılır. DİA.AZ olaraq fars-molla rejiminin antiAzərbaycan ruhlu əsas ruporu olan «AranNews» portalında yer almış bir məqaləni olduğu kimi diqqətinizə təqdim edirik. Hər halda, bu faktdan məsələnin nə yerdə olduğunu təxmin etmiş olacaqsınız:
«Professor İqrar Əliyev Azərbaycan Respublikasının tarixşünas və dilçi alimlərindəndir. O, dəyərli təhqiqatları və yüksək elmi dərəcələri ilə keçmiş sovet ölkələri, İran və Türkiyə kimi ölkələrdə məşhurdur. “Tarix Aturpatakan” kitabı professor İqrar Əliyevin dəyərli və elmi əsərlərindəndir. Kitab 7 hissədən ibarətdir və Aturpatakan tarixindən bədii mövzuları açıqlayır. Kitabın qısa bir hissəsində belə yazılır:
Məşhur alimlərdən bəziləri bu fikirdədirlər ki, Cənubi Azərbaycan ərazilərində bu günləri və orta əsrlərdə yayılmış İran ləhcələri qədim zamanlardan mövcud olmuş dillərdən qalmışdır. Hazırda İranın şimal-qərbindən və mərkəzində mövcud olan ləhcələr bu ərazilərdə bir ortaq dilin olmasınından xəbər verir. Olduqca əhəmiyyətlidir ki, orta əsrlərdə Azərbaycanda İran dilləri qrupu ilə rastlaşırıq və bu ərazilərin bu günkü iranlı dilləri də İranın şimal-qərb dilləri qrupuna aiddir və bir-birinə yaxın xüsusiyyətləri vardır. Bu əsasla demək olar ki, sözü gedən dillər mad dili və ya mad ləhcəsindən qalmadır.
Əslində Azərbaycan ərazisində işlənmiş ləhcələr bunu göstərir ki, onlar nə orta əsrlərdə, nə də sonralar başqa yerdən bura gəlməyib, bəlkə burada olublar.
Burada yeri vardır ki, “Azərbaycan” sözünün mənası barədə də danışaq. Çünki son zamanlar elmi və ictimai ədəbiyyatda bu adı Aturpatakanın dairəsindən ayırmağa çalışırlar. Bu da bizim torpaqlarımızda yaşayan nəsillərin düşüncəsini korlamaq və bizim Aturpatakanla olan mənəvi və qan bağlılığımızı qırmaq deməkdir.
Bu söz bizim ölkəmizin bir çox tarixi məsələlərini izah edir və hər bir tarixçinin özünə hörmət qoyaraq vəzifəsini yerinə yetirməsini və yalnız tarixi həqiqətləri söyləməsini vacib edir.
Azərbaycan adı son zamanlara kimi nəzər müxtəlifliyi olmayan adlar cərgəsində idi. Lakin son on ildə Azərbaycan Respublikasında bu ada yeni məna vermək məqsədilə çoxlu səylər edilib. Bu yeni fikir mütəxəssislər tərəfindən yox, elmdən çox uzaq və tarixdən xəbərsiz şəxslər tərəfindən ifadə edilir. Belə şəxslər qeyri-elmi işlərə əl atır və belə fikirləşirlər ki, raallıqdan uzaq sözlərlə elmi məsələləri həll etmək mümkündür! Onlar məsələni çox sadə tutmuş və kökü axtarmanın təhlilindən vaz keçərək, dilçiliyi öyrənmədən var qüvvələri ilə çalışırlar ki, türklərin mövcudluğunu bizim ərazilərimizdə qədimləşdirsinlər. Onlar hətta, öz təhlillərində Azərbaycan adını işlədirlər.
Bu yolda öz güclərini sərf edənlər diqqət etmirlər ki, adın mənası bir millətin tarixini müəyyən etmək üçün əsas istinadlardan olsa da digər sənəd və əlamətlər olmadan təkcə bir ada əsaslanıb istinad etmək mümkün deyil və elm dairəsindən uzaqdır. Həmçinin bir xalqın dilin tapılmasına yeni məna vermək olmaz. Sadəlövhlüklə güman etmək olmaz ki, oxşar adlar tarixdə eyni olublar.
Baxmayaraq ki, Azərbaycan adının kökünün türkcə olmasını yazanların heç bir dəlil və əsasları yoxdur, dilçilik və tarixşünaslıq baxımından da bu əsassız sözlərə cavab verməyə dəyməz. Lakin təəssüf olsun ki, bu “ideya” ciddi, elmi və ictimai ədəbiyyat kitablarında yer almışdır. Bu səbəb məni məcbur etmişdir ki, miladdan qabaq 4-3 cü yüzilliklərdə meydana çıxmış, hətta qədim və orta əsrlərdə əks olunan Azərbaycan anlayışı barədə elmi nöqtə-nəzərləri açıqlamağa çalışım.
Aturpatakanın mənasından əlavə dili də iranlı olmuşdur. Zərdüşt dinin dili və təqribən bütün ictimai, iqtisadi, səyahəti və mədəni terminləri hamısı iranlı olub və buna Sasanilər dövrünün durumu dəlalət edir.
Qədim dövrlərdə meydana çıxan Aturpatakan xalqı orta madlar dilində danışan hazırkı Azərbaycanın əhalisi deyil. Onlar məntəqənin yerli tayfaların uyğunlaşması nəticəsində meydana gələn yeni millət idi».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
|