"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                     Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                 

RAFİQ ƏLİYEVDƏN İNQİLAB ÇAĞIRIŞI
Tarix: 7-12-2011, 12:14 | Çap et
RAFİQ ƏLİYEVDƏN İNQİLAB ÇAĞIRIŞI

“DƏYİŞMƏSƏK, DƏYİŞƏN DÜNYA BİZİ QƏBUL ETMƏYƏCƏK”

Professor Rafiq Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsindən kənarlaşdırıldıqdan sonra özünə və «Ziyalılar forumu»na qarşı çıxışlara münasibət bildirib.

Bu barədə ilk açıqlamasını o, AzadlıqRadiosuna verib.

ƏDALƏTSİZ CƏMİYYƏT ÇÜRÜMƏYƏ MƏHKUMDUR

37-Cİ İLLƏRİN ABI-HAVASINA KÖKLƏNƏN ANTİ-TƏBLİĞAT

Mənimlə və «Ziyalılar forumu» ilə əlaqədar son zamanlarda baş vermiş olaylara münasibətimi bildirmək istərdim. Əvvəla onu qeyd edim ki, bu son bir ay müddətində gedən proseslərin başlıca səbəbi ziyalılar forumunda iştirak edən azad düşüncəli ziyalıların və bütövlükdə ictimaiyyət nümayəndələrinin fikirlərinə, təkliflərinə hakimiyyətin bəzi yüksək dairələrində tolerantlığın olmaması, hətta sərt təpki ilə qarşılanması, bayağı, ötən əsrin 37-ci illərinin abı-havasına köklənən anti-təbliğat kompaniyasının aparılmasıdır. Ötən bir ay müddətində susmağıma gəlincə, bu, görünür mənim peşə yönümümlə əlaqədardır. Elmi araşdırmalarım həmişə idarəetmə və qərar qəbuletmə nəzəriyyələri ilə əlaqəli olduğundan, mən ilk növbədə bir obyekt kimi cəmiyyətdə gedən prosesləri, onların dinamikasını müşahidə edib qavramaq istədim. Şükürlər ki, gəldiyim nəticə çox pozitiv oldu, bir çoxlarının düşündüyü kimi cəmiyyətimiz ölməyib, bir balaca öləziyibsə də (elmi dildə ətalətliliyi varsa) amma o ayaqdadır. Çoxsaylı ədəbiyyat, sənət, elm, media insanları, bütövlükdə cəmiyyət (xüsusən sosial şəbəkələr vasitəsi ilə) bunu isbat etdilər. Göstərdilər ki, cəmiyyətdə mənəvi dəyərlər, ziyalı ruhu ölməyib. Bir də onu qeyd etmək istərdim ki, həmişə olduğu kimi, bu yazımda da mənim leksikonum tərbiyəmə və intellektimə uyğun olaraq, bəzi «akademiklərin» və professorların planlaşdırılmış yazılarındakı leksikona adekvat deyil.

«ZİYALILAR FORUMU» HEÇ KİMİN «QRUP»U OLMAYAN KÖNÜLLÜ TOPLANTIDIR

Yuxarıda göstərdiyim olayların əsas səbəbi «Ziyalılar forumu»nun fəaliyyəti ilə bağlı olduğundan bu məsələnin üzərində bir qədər ətraflı dayanmaq istərdim. 3-cü ildir fəaliyyət göstərən bu forum azad fikirli adamların, həmişə həqiqətin, xalqın, dövlətçiliyin yanında olan ziyalıların, bəzi məmurların fikrindən tam fərqli olaraq heç kimin «qrup»u olmayan könüllü toplantısıdır. Onun əsas missiyası ölkədə ictimai rəyin formallaşması, ölkənin sabit və dinamik inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır. Bu forumun və onun təmsilçilərinin heç bir siyasi iddiası yoxdur. Məqsəd, qeyd etdiyim kimi əxlaqlı, mənəviyyatlı, xalqa arxalanan saf vətəndaş cəmiyyətinin bərqərar olmasına yardım etməkdir. Bunun bariz sübutu üçün elə «Ziyalılar forumu»nun müzakirə etdiyi problemlərə ekskurs etmək kifayətdir: 1) ziyalı və cəmiyyət (dünən, bu gün və sabah); 2) əxlaq və cəmiyyət; 3) milli birlik: yollar və şərtlər və s.

Düşünürəm ki, bu gün ölkəmizdə ictimai fikrə daha diqqətli münasibət olmalı, o cümlədən «Ziyalılar forumu»nda təmsil olunan azad düşüncəli ziyalıların təkliflərinə daha həssas yanaşılmalıdır.

CƏMİYYƏTİMİZ BELƏ FEODAL ÇAĞIRIŞLARI BU GÜN ARTIQ QƏBUL ETMİR

Ölkədə milli birliyə səsləyən ziyalılara təzyiq və anti-təbliğat cəmiyyəti parçalamağa yönəlmiş uğursuz bir akt oldu. Bu məsələ, bir tərəfdən elmi adı olan bəzi insanları rəzil duruma saldısa, digər - daha acınacaqlı tərəfdən isə problemin naşıcasına regional müstəviyə keçirilməsinə cəhdlər göstərilməsi ilə yadda qaldı. Əlbəttə ki, bütün bunlar uğursuz cəhdlər idi. Mənə Qarabağ, Naxçıvan, Gəncə, Sumqayıt və başqa bölgələrdən gələn yüzlərlə zənglər, ismarışlar, 120000-dən çox üzvü olan «Azərbaycan» Facebook səhifəsində və başqa sosial şəbəkələrdə açılan müzakirələr çox aydın göstərdi ki, sağlamlaşmaqda olan cəmiyyətimiz belə feodal çağırışları bu gün artıq qəbul etmir.

Cəmiyyətimizin bu gün belə sayıq qalmasında müstəqil medianın, açıq fikirli ziyalılarımızın, bütövlükdə həqiqətin yanında olan Azərbaycan insanının xidmətləri çox böyükdür. «Ziyalılar forumu»na və mənə olan təzyiqləri ümumilikdə cəmiyyətə yönəlmiş təzyiqlər kimi qəbul edən, cəmiyyəti diri saxlayan və cəmiyyətin müqavimət gücünü yaradan ölkənin bütün ictimai-siyasi zümrələrinin təmsilçilərinə, xüsusən media nümayəndələrinə, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, ictimai qurumlara, sayılıb-seçilən yazarlarımızı, şairlərimizi, sənət adamlarımızı, alimlərimizi özündə birləşdirən böyük ziyalı ordusuna, imanlı din xadimlərinə, gələcəyimiz olan ləyaqətli və çoxsaylı gənclər ordusuna dərin minnətdarlığımı bildirirəm. Bu insanlar qorxmayan, sınmayan insanlardır. Böyük Mustafa Kamal Atatürk demişdir «Aydınları korkak olan milletler ezilmeğe mahkumdur».

CƏMİYYƏTİN İSLAHATLARA SOSİAL SİFARİŞİ VAR

Sonda cəmiyyətin bütün zümrələrinə öz düşüncələrimi çatdırmaq istərdim.

Bu gün dünya qlobal miqyasda kataklizmlər məngənəsindədir, maliyyə-iqtisadi böhran, regional müharibələr, tək Şərqdə yox, Qərbdə də baş verən etiraz çıxışlarının başlanması şəraitində cəmiyyətimiz üçün dominant tələb milli birlik, bu hədəfə aparan milli barış yoludur. Düşünürəm ki, buna alternativ yoxdur. Bu hədəfə çatmaq üçün ölkənin bütün ictimai-siyasi zümrələri, iqtidarlı-müxalifətli hamı tolerant olmalıdır. Hamı bir-birini eşitmək, ictimai fikrə daha diqqətli olmaq bacarığına yiyələnməlidir, daha çox açıqlıq və şəffaflıq olmalıdır. Ziyalıların səsi eşidilməlidir, onları aşağılamaq yox, qorumaq lazımdır.

Cəmiyyətin islahatlara sosial sifarişi var. Bütövlükdə dünyanın, o cümlədən Qərbin də dəyişməyə ehtiyacı var. Biz dəyişməsək, dəyişən dünya bizi qəbul etməyəcək.

Cəmiyyətimizin bütün tərəflərində ədalət bir nömrəli atributa çevrilməlidir. Əvvəlki yazılarımda dediyim kimi onsuz da dünya ədalətə hamilədir. Ədalətsiz cəmiyyət çürüməyə məhkumdur. Gəlin hamımız ədalətli, əxlaqlı cəmiyyət və Qarabağın xilası ideyası ətrafında birləşək.

ARAYIŞ:

Professor Rafiq Əliyevə işdən çıxarılması haqda əmr bu il noyabrın 4-ü «Ziyalılar forumu»nda iştirakından əvvəl təqdim edilib. Əmrdə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndini pozması qeyd olunub.

Məcəllənin həmin bəndində deyilir ki, «işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda (72-ci maddə) əmək müqaviləsi ləğv olunur».

Rafiq Əliyev 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
10-05-2025, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
10-05-2025, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
10-05-2025, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
10-05-2025, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
10-05-2025, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
10-05-2025, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
10-05-2025, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru