Sabunçu RİH başçısı Prezidentin tapşırıqlarını unudub? – ARAŞDIRMA
Tarix: 13-01-2017, 08:30 | Çap et
Bu günlərdə ölkə mətbuatında Sabunçu rayonu Kürdəxanı qəsəbəsində Vaqif və Yasəmən Zülfüqarovlara aid bağın RİH nümayəndələri tərəfindən sökülməsi barədə məlumat yayıldı. Vətəndaşların sözlərinə görə, 2013-ci ildə Kürdəxanı qəsəbəsinin bələdiyyəsi onlara istifadəyə 50 sot torpaq sahəsi verib. “Kürdəxanı bələdiyyəsi tərəfindən bizə bu torpaq sahəsinə qeydiyyat vərəqi verilib. Biz bu sahədə gözəl bağ saldıq. Lakin 2017-ci il yanvarın 5-də sahəyə soyadını bilmədiyim, Rafiq adlı Sabunçu rayon icra hakimiyyəti başçısının nümayəndəsi gəlib. Rafiq bildirdi ki, torpaqlarımızın bir hissəsi yolun genişləndirilməsi üçün müsadirə olunacaq”, – deyə bizə Zülfiqarovlar bildirdilər. Onların sözlərinə görə, icra hakimiyyətinin nümayəndələri bir bəyanatla kifayətlənməyiblər. “Həmin gün onlar bizim bağın bir hissəsini məhv etdilər. Bizim əkdiyimiz əncir ağaclarını kökündən çıxartdılar. Biz bələdiyyəyə bütün vergiləri vaxtlı-vaxtında ödəyirik. İcra hakimiyyəti hansı əsasla bizə Kürdəxanı bələdiyyəsi tərəfindən verilən torpağı müsadirə edir?”, – deyə Vaqif və Yasəmən Zülfiqarovlar maraqlandılar. Biz bu sualı Kürdəxanı bələdiyyəsinin vergi şöbəsinin müdiri Ağəli Mənsimova verdik. “Bu torpaqlar bizim bələdiyyənin inzibati ərazisində yerləşir”, – Ağəli Mənsimov deyib. “İcra hakimiyyətinin sizin bələdiyyə tərəfindən başqa şəxslərə istifadə üçün verilən torpağı müsadirə etmək hüququ var?”, – jurnalistimiz soruşdu. “Hər şey rayon icra hakimiyyətinin hakimiyyətindədir”, – deyə Ağəli Mənsimov bildirib. “Bu torpaq bələdiyyəyə məxsus deyil. Kürdəxanı qəsəbə bələdiyyəsi tərəfindən Yasəmən və Vaqif Zülfiqarovlara torpaq istifadəsinə verilmiş sənəd qanunsuzdur”, – deyə Sabunçu rayon icra hakimiyyətinin qəsəbəki nümayəndəsi Rafiq (Təəssüf ki, o bizə öz soyadını açıqlamayıb-red.) bildirib (legion.az).
Legion.az bu istiqamətdə araşdırmasını davam etdirərək, Vaqif Zülfüqarovla əlaqə saxladı. “Həmin bağda mənim uşaqlığım keçib, hələ 1957-ci ildə atama verilmişdi. Sonradan biz öyrəndik ki, bu torpaqlara bələdiyyədən sərəncam verilir və mənlə həyat yoldaşımın adına bələdiyyədən sərəncam aldıq. Hər birimizin adına 0,25 ha torpaq sahəsidir. Hər şey qanunidir və vaxtlı-vaxtında vergiləri də veririk. Lakin üç gün əvvəl qonşu xəbər verdi ki, sənin bağının hasarını sökürlər. Gedib gördüm ki, bizə aid bağın 0,12 ha-lıq hissəsi dağıdılıb. Sabunçu rayonun icra başçısı Adil Vəliyev də ordaydı. Ondan nə baş verdiyini soruşduqda, mənimlə kobud danışdı və dedi ki, guya mənim torpaq sahəm qanunsuzdur və bu ərazi yol layihəsinə düşür, mənə də heç bir kompensasiya verilməyəcək. Mən etiraz etdikdə Adil Vəliyev məni hədələdi və dedi ki, “elə etmə, sənin bütün bağını şumlatdırım”. İndi bilmirəm, necə olacaq. Mətbuatın bu məsələni obyektiv araşdıracağına, ölkə rəhbərliyinin də laqeyd qalmayacağına ümid edirəm”, - deyə V.Zülfüqarov bildirdi. “Sizə hər hansı məhkəmə qərarı və ya digər sənəd təqdim olundumu?”, - deyə soruşduq. “Xeyr, nə Adil Vəliyev, nə də digər RİH işçiləri mənə hər hansı qərar və ya sənəd göstərmədilər”, - deyə V.Zülfüqarov cavab verdi.
“Sizə kompensasiya verilməyəcəyini dediniz. Bəs qonşulardan kompensasiya alan varmı?”, - deyə soruşduq. “Bəli, bəzi qonşular alıblar, amma məbləği açıqlamırlar”, - deyə V.Zülfüqarov cavab verdi. Biz Sabunçu RİH başçısının köməkçisi Müslüm Mahmudova zəng etdik. “Orda dövlət sifarişi ilə yol layihəsi icra olunur. Bələdiyyə sərəncamıyla götürülmüş torpaqlarda hər hansı tikinti aparmaq qanunsuzdur. Mən bu haqda ətraflı danışa bilmərəm. Siz qəsəbə icra nümayəndəliyi ilə əlaqə saxlayın”, - deyə M.Mahmudov bildirdi. Kürdəxanı icra nümayəndəliyinin rəhbəri Rafiq Rzayevi isə yerində tapmadıq. Lakin Kürdəxanı qəsəbə bələdiyyəsinin torpaq mütəxəssisi Məmməd müəllim bildirdi ki, Kürdəxanıda bələdiyyə sərəncamı vətəndaşlara qanuni əsaslarla verilib. “Orda yol çəkilməsi və söküntü işləri ilə icra hakimiyyəti məşğul olur. Ona görə də, kompensasiya məsələsi barədə mən heç nə danışa bilmərəm”, - deyə bələdiyyə nümayəndəsi qeyd etdi. “Amma başqa vətəndaşların kompensasiya aldığı barədə məlumatınız varmı?”, - deyə soruşduq. “Bəli, bundan əvvəl bir çox torpaq sahibi kompensasiya alıb”, - deyə Məmməd müəllim cavab verdi. “Onların arasında bələdiyyə sərəncamı əsasında torpaq alanlar da var?”, - deyə soruşduq. “Bildiyimə görə, var. Təxminən, 85 nəfərin dövlətdən təzminat aldığını eşitmişəm”, - deyə Kürdəxanı bələdiyyə nümayəndəsi cavab verdi. Hüquqşünas-ekspert Aqil Qəhrəmanov hesab edir ki, Sabunçu RİH nümayəndələri hətta icarəyə götürülmüş torpaq sahəsində hər hansı söküntü işlərini məhkəmə qərarı olmadan apara bilməzlər. “Cənab Prezidentin sərəncamları, Milli Məclisin qanunları və Nazirlər Kabinetinin qərarları var... Bu prosesin necə tənzimlənməsi hamıya məlumdur. Lakin bəzən məmurlar tələm-tələsik və kobud şəkildə Prezidentin tapşırıqlarını, habelə qanunları pozurlar. Hər hansı dövlət sifarişli layihənin icrası zamanı vətəndaşlara təzminat ödənilməlidir. Bunun üçün dövlət də pul ayırır. Əgər vətəndaşın bağı sökülübsə, deməli, müəyyən məbləğdə təzminat da var”, - deyə A.Qəhrəmanov vurğulayıb. Vəkil Osman Kazımov da Legion.az-a bildirdi ki, Vaqif Zülfüqarovun torpaq sahəsinin “qanunsuz” olub-olmamasını ancaq məhkəmə müəyyən edə bilər. “Sabunçu RİH məhkəmə qərarı olmadan vətəndaşın bağ sahəsində heç bir söküntü işi aparmamalıydı. Vətəndaşlar da öz növbələrində RİH-i məhkəməyə verə bilərlər” , - deyə Osman Kazımov qeyd etdi. Ümid edirik ki, Sabunçu RİH-in rəhbərliyi araşdırmamız nəticəsində ortaya çıxan bu və digər suallara aydınlıq gətirəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|