Əbülfəs Qarayevin Xaçmazdakı adamından xəbəri varmı? - İTTİHAM VAR
Tarix: 27-01-2017, 09:02 | Çap et
Xaçmaz Mədəniyyət Evinin direktoru Zöhrab Məmmədov vətəndaşlardan pul alaraq, onları “işə götürmək” adı ilə aldatmaqda ittiham olunur. Həmin rayonun sakini Nəcməddin Hətəm oğlu Bəşarətov və onun bacısı Gülnaz Hətəm qızı Koroğluyeva Z.Məmmədovun onları “işə götürmək” adıyla 2015-ci ilin iyul-avqust aylarında hər birindən 1500 manat aldığını, bir müddət sonra isə müxtəlif “oyun”larla aldatdığını deyirlər. Bu barədə LEGİON-a məlumat verən G.Koroğluyevanın digər qardaşı və nümayəndəsi Vüsal Bəşarətov bildirib ki, ilk olaraq Xaçmaz Mədəniyyət Evində 1500 manata “sürücü vəzifəsinə işə düzələn” Nəcməddin Bəşarətov ilk ay cəmi jurnala qol çəkərək cəmi 100 manat maaş alıb. “Zöhrab Məmmədov qardaşıma demişdi ki, heç işə gəlmə, hər ay gəlib maaş alarsan. Qardaşım 1-ci ay 100 manat maaş alıb və inanıb ki, normal qaydada işə düzəlib. Bundan sonra, bacım Gülnaz Koroğluyeva da iş üçün müraciət edib və Zöhrab Məmmədov “kompyuterdə oturub işləyəcəksən” deyərək, ondan 1200 manat pul alıb. Daha sonra isə daha 300 manat istəyərək, “sənin işin düzəlir, 300 manat da ver, heç işə gəlmə deyib”. Gülnaz Koroğluyeva cəmi iki ay, hər ay 100 manat olmaqla jurnala qol çəkərək maaş alıb. Daha sonra, Zöhrab Məmmədov ona Beynəlxalq Banka aid maaş kartı verib, hər ay maaşı kartdan çıxaracağını bildirib. Lakin cəmi 1 dəfə o karta 55 manat pul yatırılıb. Qardaşım isə 1-ci aydan başqa ondan 5 manat bir, 20 manat bir olmaqla bir neçə dəfə pul ala bilib. 2016-cı ilin yanvarında qardaşımın boşanma ilə bağlı məhkəmə işi olanda Zöhrab Məmmədovdan arayış istəyib, ancaq arayışı uzun mübahisələrdən sonra ala bilib. Arayışda isə yazılıb ki, guya Nəcməddin orda nəzarətçi işləyib. O vaxtdan bəri, Zöhrab Məmmədov bizdən qaçır və nə pulu qaytarır, nə də işə götürmə və ya çıxarılma ilə bağlı əmrin surətini göstərmir”, - deyə V.Bəşarətov bildirdi. Nəcməddin Bəşarətov isə LEGİON-a bildirdi ki, məsələ ilə bağlı Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri Nazim Ağayevə də şikayət edib: “Dörd-beş ay əvvəl onunla görüşüb məsələni bildirdim. Dedi ki, mütləq bu problemi həll edəcək və Fərid adlı məsləhətçiyə məndən ərizə almağı tapşırdı. O vaxtdan bəri, heç bir xəbər yoxdur. Mən artıq Nazim müəllimə də inanmıram, çox güman ki, Zöhrab Məmmədovun əməllərindən onun da xəbəri var. Zöhrab Məmmədov ondan xəbərsiz belə bir fırıldaq edə bilməzdi. Tək biz deyilik, çox insanın başına belə oyun açıblar”.Xaçmaz Mədəniyyət Evinin direktoru Zöhrab Məmmədov LEGİON-a açıqlamasında bildirdi ki, nə Gülnaz Koroğluyevadan, nə də Nəcməddin Bəşarətovdan pul almayıb: “Mən onlardan pul almamışam, sadəcə ixtisara düşüblər deyə, ona görə belə edirlər. Mən nə edə bilərəm, ixtisarlar oldu, onlar da ixtisara düşdülər”. “Zöhrab müəllim, onların işdən çıxarılmasıyla bağlı hər hansı əmr və ya qərar varmı?”, - deyə soruşduq. “Var, amma dəqiq bilmirəm. Baxaram, yarım saata, bir saata sizə məlumat verərəm. Bu mülki məhkəmədir, işdən çıxarılmağa görə, məhkəməyə getsinlər”, - deyə Z.Məmmədov bildirdi. Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri Nazim Ağayev isə məsələyə belə reaksiya verdi: “Kül təpənizə... Kül təpənizə... Elə “maşennik”ə də pul vermək olar?... Zöhraba deyin yanıma gəlsin... Müəllim, Zöhrab Məmmədov işə götürən deyil, elə bir səlahiyyətin sahibi deyil, niyə ona pul verirlər? Vətəndaşların özündədir günah ki, aparıb ona pul veriblər”. “Nazim müəllim, biz konkret iddia irəli sürmürük. Sadəcə, onlar belə deyirlər... Nəcməddin Bəşarətov sizə müraciət etdiyini deyib, özünüz araşdırmısınızmı bu məsələni? Sadəcə bunu bilmək maraqlı olardı”, - deyə qeyd etdik. “Mənə o qədər insan müraciət edir ki, yadımda deyil... Onlara deyin, mənə yaxınlaşsınlar, görüm nə məsələdir”, - deyə N.Ağayev bizimlə sağollaşdı. Zöhrab Məmmədovun “mülki məsələ” sözlərini LEGİON-a şərh edən hüquqşünas-ekspert Aqil Qəhrəmanov bildirdi ki, burda mülki məsələdən söz gedə bilməz. “Ortada cinayət əməli barədə iddialar var. Korrupsiya, vəzifə səlahiyyətlərini aşma, etibardan sui-istifadə halları kimi ittihamlar var. Əgər işəgötürmə barədə əmr olmayıbsa, Zöhrab Məmmədov barəsində dələduzluq əməli ilə bağlı da cinayət işi açıla bilər. Vətəndaşlar məhkəməyə yox, prokurorluq orqanlarına müraciət etməlidirlər. Hesab edirəm ki, hüquq mühafizə orqanları bu məsələyə reaksiya verməlidirlər”, - deyə A.Qəhrəmanov vurğuladı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|