Tovuzun dizi nədən büküldü... - Başçıya ittiham var
Tarix: 25-03-2017, 08:44 | Çap et
İcra başçısının «ailə konserni» Tovuzdakı bütün maliyyə mənbələrini öz nəzarəti altında saxlayır
Bir rayonda iki ən önəmli vəzifənin yaxın qohumlara aid olması qanunla qadağan olunsa da, Tofiq Zeynalov və Mahir Həsənov cütlüyü Tovuzda tam bir «ailə konserni» yaradıblar.
Azərbaycanda elə rayonlar var ki, həmin rayonları bir mənalı olaraq «ailə podratı» adlandırmaq olar. Yəni bir icra başçısı rayondakı bütün vəzifələri öz qohum əqrabası arasında bölüşdürür və rayon tam olaraq bir klanın şəxsi malı kimi idarə olunur. Xüsusən də, icra başçısı yerli olduqda həmin rayonda bütün vəzifələr icra başçısının qohumları arasında bölüşdürülür. Amma məsələ tək vəzifələrin bölüşdürülməsi ilə bitmir. Bir qayda olaraq həmin rayonlarda dövlət büdcəsindən ayrılan vəsaitlər mənimsənilir. Üstəlik həmin rayonlarda sosial ədalətsizlik və istismar ən üst səviyyədə inkişaf edir.
Qeyd edək ki, qohumların monopoliyası altında olan rayonlar Azərbaycanda onlarladır. Bu gün həmin rayonlardan biri olan Tovuz rayonu barədə danışacağıq. AzMedia.info xəbər verir ki, bundan əvvəl də Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun özünün birinci müavini Mahir Həsənovla quda olduğunu yazmışdıq. Bir rayonda iki ən önəmli vəzifənin yaxın qohumlara aid olması qanunla qadağan olunsa da, Tofiq Zeynalov və Mahir Həsənov cütlüyü Tovuzda tam bir «ailə konserni» yaradıblar.
AzMedia.info məlumatlanıdran mənbənin sözlərinə görə rayondakı irili-xırdalı bütün vəzifələr bu iki şəxsin yaxın qohumları arasında bölüşdürülüb. Ən əsası isə bu «ailə konserni» Tovuzdakı bütün maliyyə mənbələrini öz nəzarətləri altında saxlayırlar. İlk olaraq onu qeyd edək ki, hər bir rayonda aparıcı qurumlardan biri olan Maliyyə İdarəsinə Tovuzda icra başçısının yaxın qohumu Mübariz Salmanov rəhbərlik edir. Ötən yazımızda qeyd etmişdik ki, Tovuz rayon Icra Hakimiyyətinin basçısı Tofiq Zeynalovla birinci muavini və həmçinin qudası Mahir Həsənovun şərikli şirkəti olan "Qovlar Təmir Tikinti” MMC son iki ildə 20 milyon manatlıq tenderin qalibi olub. Həmin vəsaitin hara və necə xərclənməsi haqqında isə heç bir şəffaflıq yoxdur və təbii ki, əlaqədar qurumlar bu barədə araşdırmalar aparırarlarsa, o zaman tükürpədici vəziyyətlə üzləşmələri qaçınılmaz olar. 20 milyon mant vəsaitin 3 il müddətində heç kimin tanımadığı "Qovlar Təmir Tikinti” MMC-nin köçürülməsində təbii ki, Mübariz Salmanovun böyük rolu olub. Və bu vəsaitin necə xərclənməsi ilə bağlı məsuliyyət daşıyan şəxslərdən biri də məhz Mübariz Salmanovdur.
Ancaq təkcə məsələ bunula bitmir. Daxil olan məlumatda bildirilir ki, son 3 ildə Tovuzda bağçaların təminatı və təmiri üçün ayrılan bütün vəsaitlər mənimsənilib. Yalnız cüzi şəkildə ərzaq üçün vəsait ayrılır. Bu isə ümumi vəsaitin ancaq 10 faizi edir. Bağçaların vəziyyəti isə doğurdan acınacaqlıdır. Xüsusi ilə də kənd bağçaları. Burda faktiki olaraq antisanitariya hökm sürür. Amma sənədlərə baxılarsa, bağçaların təminatı və təmiri ən yüksək səviyyədədir. Bütün bu rəzalətin baş verməsinin səbəbkarı isə Tofiq Zeynalovla yaxın qohumu, Maliyyə İdarəsinin müdiri Mübariz Salmanovdur.
Mənbə qeyd edir ki, Mübariz Salmanov Tofiq Zeynalovun göstərişi ilə ildə ən azı iki dəfə maliyyə idarəsindən Tovuz kənd icra nümayəndələrinə müxtəlif avadanlıqların alınması adı altında vəsaitlər ayırır. Ayrılan vəsaitlərin 30 faizi nəğd şəkildə icra başçısının adından kəsilir, yerdə qalan 70 faizin 30 faizi isə Mahir Həsənovla Mübariz Salmanov tərəfindən götürülür. Xatırladaq ki, rayonda Tovuz və Qovlar şəhərləri və 102 kənd var. Rayonda 43 inzibati ərazi dairəsi və 41 bələdiyyə mövcuddur. Bu kəndlərdəki bələdiyyə sədrlərinin, icra nümayəndələrinin əksəriyyətinin də, ya Tofiq Zeynalovun, ya da birinci müavin Mahir Həsənovun qohumu olduğu bildirilir. Yəni faktiki olaraq icra başçısının rəhbərliyi ilə bir neçə nəslin nümayəndəsi Tovuza ayrılan bütün maliyyə vəsaitlərini mənimsəyir və nəticədə dövlət büdcəsinə hər il külli-miqdarda ziyan vururlar. Xatırladaq ki, ölkə prezidenti cənab İlham Əliyev son çıxışlarında dəfələrlə məmurlara xəbərdarlıq edib. Dövlət başçısı dəfələdrlə dövlət büdcəsinin məməurlar tərəfindən talanmasını qeyd edib. Bir müddət əvvəl Beynəlxalq Bankla əlaqədar yaranan qalmaqal da vəziyyətin nə qədər dramatik olduğunu və prezidentin nə qədər haqlı olduğunu ortaya qoydu. Hazırda əvvəl Beynəlxalq Bankla əlaqədar yaranan qalmaqalla bağlı istintaq işləri aparılsa da, bəzi məmurlar bundan ibrət dərsi götürmür və talançılıqlarını davam etdirirlər. Ən əsası isə qohumların «ağalıq» etdikləri rayonlarda istimar və sosial ədalətsizlik son həddə çatıb ki, bu da əhalinin hakimiyyətə olan etibar və inamını faktiki olaraq sarsıdır. Və bu şəraiti yaradanlar, yəni əhalini hakimiyyətdən narazı salanlar heç bir şeyə baxmadan xalqı istimar edən və dövlət büdcəsini ata malları kimi talayan məmurlardır. Bu məmurların qarşısı alınmalıdır ki, Azərbaycan xalqı da istimardan qurtulsun və təməlli sabit inkişafa sahib olsun.
Qeyd edək ki, oxucularımız Tofiq Zeynalovun digər yaxın qohumu Suvarma Sistemləri İdarəsi müdiri Namiq Əliyevin talançı və istismarçı fəaliyyəti ilə tanış olacaqlar. Həmçinin Tovuzda əhalinin ağınacaqlı vəziyyəti ilə bağlı faktlarla tanış olacaqsınız. Bizi izləməkdə davam edin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
|