ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                 

İcra başçısının həbs olunan qardaşı oğlu azadlıq sorağında - İDDİA
Tarix: 24-04-2017, 08:27 | Çap et
İcra başçısının həbs olunan qardaşı oğlu azadlıq sorağında
Ötən ilin sonlarında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin qardaşı oğlunun həbs olunması haqda mediada xəbər yayılmışdı. Bu barədə vəkil Adəm Məmmədov özünün facebook səhifəsində yazaraq bildirmişdi ki, Yalçın Abdullayev dələduzluq ittihamı ilə həbs edilib.
Həmin məlumatı cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Sentyabr ayında hüquqlarını müdafiə etdiyim M.Saitqızı, Əziz Əliyev, Əyyub Hüseynov və digər şəxsləri aldadaraq, iki milyonluq əmlakların ələ keçirilməsi faktı barədə açıqlama vermişdim. Hazırda həmin fırıldaqçı qrupun başında duran Yalçın Sabir oğlu Abdullayev haqqında kifayət qədər faktlara əsaslanmış və özünün birbaşa iştirakı ilə törədilmiş elə bir fırıldaqçı əməliyyat var ki, mən bir an belə düşünmədən müvafiq təhqiqat və istintaq orqanlarına müraciət etmək məcburiyyətində qaldım.
Yalçın Abdullayev Rauf Kərimov adlı bir iş adamı ilə “dostluğa” çevrilən yoldaşlıq münasibəti qurur. 2013-cü ilin əvvəllərində Rauf Kərimovdan 300 min ABŞ dolları məbləğində nisyə avtomobillər götürür. Rauf Kərimov artıq dostluq münasibətlərinin yarandığına inandığı Yalçın Abdullayevə Nərimanov rayonu ərazisində yerləşən “Kral Mebel”i səmərili şərtlərlə uzun müddətə icarəyə verir. Təsadüf elə gətirir ki, Rauf Kərimov kredit götürdüyü bankla yaranmış problemi ilə əlaqədar həmin dövrdə həbs edilir. Bundan istifadə edən Yalçın Abdullayev, el dili ilə desək, faiz “şotçikini” işə salıb və müxtəlif formada təhdidlər edərək, sonda 2 milyon 880 min ABŞ dollarlıq daşınmaz əmlakları ələ keçirir”.
Vəkilin sözlərinə görə, təxminən 2 ay bundan qabaq digər epizodlarla əlaqədar məsələ qaldırdıqdan sonra Yalçın Abdullayevin əmisi oğlu Yunis Abdullayev də Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən dələduzluq maddəsi ilə həbs olunub.
Bu xəbər yayıldıqdan sonra Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlanları – Yunis Abdullayevin həbs olunması, Yalçın Abdullayevin isə dələduzluqda ittiham edilərək barəsində cinayət işi açılması xəbərinə qarşı tərəfdən də reaksiya göstərilmişdi. Belə ki, o zaman Yalçın Abdullayev “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, bu işdə əslində zərərçəkən onun özüdür: “Yazılıb ki, guya mən istintaq altındayam, bu da mən, canlı olaraq burdayam. Mənim haqqımda heç bir cinayət işi yoxdur, heç kimin də haqqını yeməmişəm. Yunis Abdullayev mənim əmimoğludur, onun bu işlərə heç bir aidiyyəti yoxdur. Özü də həbs olunmayıb, hazırda evindədir. Əmim Vaqif Abdullayevin mənə nə aidiyyəti var? 25 ildir bizneslə məşğulam, bu illər ərzində cəmi bir VÖEN-im olub. Əslində, hadisə belə olub. 2014-cü ildə Xəyyam Balayevlə iş qurmaq üçün bankdan 965 min dollar kredit götürüb, ona vermişəm. O da xalası oğlu Eyyub Hüseynovun və qardaşı İlqarın şirkətini işlədərək onlara faiz verib. Bir müddət sonra öyrəndim ki, Xəyyam dələduzdur, verdiyim pulu tələb etdim, o da aprelin 30-na kimi məndən vaxt istədi. Sonra təklif etdi ki, xalasıoğlu Eyyubun, onun sevgilisi Mahirənin və tanışı Əziz Əliyevin əmlaklarını mənə olan borcu müqabilində adıma keçirsinlər, razılaşdım. Bu adamların hər birinə zəng edib soruşdum ki, Xəyyam belə bir fikir deyib. Onlar da dedilər ki, biz də razıyıq, “Xəyyama hər şey qurbandı”. Bundan sonra hər biri notariusa gələrək, imza atdılar və 410 min dollar dəyərində mənzilləri mənə verdilər. Mahirə isə 300 min dollar nağd verməyi öz öhdəsinə götürdü, sonra isə pulu ödəmədən ölkədən qaçdı. Hazırda “İnterpol” xətti ilə axtarışdadır, onun barəsində cinayət işi açılıb və Nərimanov Rayon Polis İdarəsində bununla bağlı istintaq aparılır. Sonradan bəlli oldu ki, pulları ölkədən çıxarıb Dubaya köçürüblər. Hazırda onların mənə 550 min dollar borcu var. Borcun etirafına dair də müqavilə imzalayıblar. Bizlə işlədiyi dövrdə Xəyyamın Mahirə ilə davamlı olaraq ölkəni tərk etdikləri, yəni Dubaya, Türkiyəyə səfər etmələri Dövlət Sərhəd Xidməti tərəfindən təsdiqlənib”.
Y.Abdullayev “MTN qruplaşması”nın qurbanı olduğunu, Mahirə Süleymanovanın sifarişi ilə Anti-terror Mərkəzinin keçmiş rəisi Elçin Quliyev tərəfindən təhdid olunduğunu deyib: “Mahirə Elçinlə əlbir olmuşdu. 2015-cü ilin oktyabrın 8-də məni MTN-ə aparıb 11 saat saxladılar. “İŞİD”çisən, təriqət üzvüsən deyərək təhdid edib, tələblər irəli sürdülər. Elçin Quliyev məndən tələb etdi ki, Mahirənin borc müqabilində mənə verdiyi 2 mənzili və maşını geri qaytarım. Mən evlərin sənədlərini Mahirənin özünə verdim, Elçin Quliyevin şifahi göstərişi əsasında maşını Binəqədi rayon məhkəməsinin icraçısı Səbuhiyə təhvil verdim. Orada rəhmətlik İlqar Əliyev mənə dedi ki, Mahirə Elçinə yaxın adamdır. Mən Elçin Quliyevə qarşı açılan cinayət işində də zərərçəkmiş şəxs kimi tanınmışam. Hazırda Baş Prokurorluqda araşdırma aparılır”.
İş adamı Yalçın Abdullayev “Kral Mebel”lə bağlı epizod üzrə olan iddiaya da aydınlıq gətirib: “Həmin mağazanı Rauf Kərimov mənə müqavilə əsasında icarəyə verib, hər ay da pulunu ödəmişik, qəbzlərimiz da var. Biz həmin mağazanı işlədəndə Adəm Məmmədov mənim vəkilim olub. İndi isə qarşı tərəfin vəkilidir. O mağaza da sonradan Rauf Kərimov tərəfindən başqa bir holdinqə satıldı. Avtomobillər məsələsi isə yazılanın tamam başqa cür olub. Biz Raufdan yox, Rauf bizdən 300 minlik maşın götürüb, pulunu hələ də ödəməyib. Bizə atılan böhtanla, guya, həbs olunmağımızla və vəzifəli şəxslərin adından Adəm Məmmədovun yaydığı məlumatla bağlı hüquq çərçivəsində addım atacağıq”. Y.Abdullayev mənzillərin alqı-satqısı və borcun etirafına dair müqavilələri təqdim edib.
Üzərindən aylar keçən bu olaya yenidən qayıtmağımıza səbəb etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan məlumatlarla bağlıdır. Belə ki, bizi bilgiləndirən mənbənin iddiasına görə icra başçısının qardaşı oğlunun hansısa yolla azadlığa çıxarılmasına hazırlıq görülür. Bu isə prosesdə zərərçəkən tərəfləri ciddi narahat edir…
Mövzunu diqqətdə saxlayacağıq.

İcra başçısının həbs olunan qardaşı oğlu azadlıq sorağında
İcra başçısının həbs olunan qardaşı oğlu azadlıq sorağında
İcra başçısının həbs olunan qardaşı oğlu azadlıq sorağında
İcra başçısının həbs olunan qardaşı oğlu azadlıq sorağında
İcra başçısının həbs olunan qardaşı oğlu azadlıq sorağında









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru