Yollardakı reklamlar: pullar kimin cibinə gedir... - “İcra hakimiyyətləri korrupsiyanın başında oturub”
Tarix: 10-06-2017, 10:09 | Çap et
Yəqin ki, piyada və ya sürücü olan hər kəs yol kənarında yerləşən reklam lövhələrini görür. Hər halda reklam işi ilə məşğul olmayan sıradan bir insan üçün də maraqlıdır ki, həmin lövhələrə reklam yerləşdirmək üçün hara müraciət etmək lazımdır. Yaxud reklamlar hansı müddətdə və hansı məbləğ qarşılığında qoyulur. “İcra hakimiyyətləri korrupsiyanın başında oturub” Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev Modern.az saytına bu haqda ətraflı məlumat verib. O bildirib ki, açıq məkanda reklam yerləşdirmək üçün müvafiq icra orqanlarına müraciət etməli və bunun qarşılığında texniki şərtlər pasportu almaq lazımdır: “Bütün respublika üçün icra hakimiyyəti orqanları fəaliyyət göstərir. Lakin biz Bakı Şəhər İcra Hakimiyyətindən başqa orqan olmadığını qəbullanmışıq. Bu, belə deyil. İcra hakimiyyətinin səlahiyyəti açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportunu verməyə çatır. Reklam haqqında qanunda qeyd edilib ki, yol kənarında, yolların kəsişdiyi yerdə reklam qoymaq olmaz. Çünki bu, sürücü və piyada arasında narahatlıq doğurur. Buna yollara nəzarət edən dövlət yol polis idarəsi baxmalıdır. Eyni zamanda icra orqanları reklam yerləşdirmək istəyənlərə mütləq texniki şərtlər pasportu verməlidir. Amma icra orqanları belə etmir. Köhnə qayda ilə fəaliyyət göstərirlər və təzə qaydadan xəbərləri yoxdur. Sadəcə pul yığmaqla məşğuldurlar. Hətta fikrimcə, onlar korrupsiyanın başında oturub. Heç bir sənəd vermədən pul alırlar. Reklamdan nə qədər pul yığılması barədə statistikada heç bir məlumat yoxdur. Pullar hara ötürülür, bilinmir. Qanunun 26-cı maddəsinin 2-ci bəndində də yazılıb ki, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Həmin texniki şərtlərdə reklamın yol kənarından nə qədər aralı olması barədə məlumat əks olunmalıdır. Bəlkə ordan bir kabel və ya telefon xətti keçir, bax bunlar yoxlanılmalıdır. Bu, bütün icra orqanlarına aiddir. Tək səlahiyyət Bakı Şəhər İcra Hakimiyyətinin reklam idarəsinə verilməyib. Qanun bütün respublika üzrə verilib və Nazirlər Kabinetinin təqdim etdiyi işləmlərdir. Qanuna riayət etsələr, hər şey qaydasında olar. Eyni zamanda ictimai təşkilatlar, həmçinin Reklamçılar İttifaqı olaraq biz də buna nəzarət etməliyik. Qanunun 36-cı maddəsində qeyd edilib ki, reklam fəaliyyəti sahəsində özünütənzimləmə üçün birliklər, şuralar, assosiasiyalar, ittifaqlar və digər qeyri-hökumət təşkilatları yaradıla bilər. Bizim səlahiyyətimiz var, amma nəzarət edə bilmirik. Deməli Milli Məclisdə 36-cı maddə dəyişsə, o zaman icra orqanları üzərində nəzarəti gücləndirərik”. “İndi şəhəri şəkil qalereyasına döndəriblər” H.Atakişiyev reklamın qoyulma müddəti və məbləğindən də söz açıb. O bildirib ki, bu cür reklamları yerləşdirmək üçün qiyməti Tarif Şurası müəyyən edir: “Reklamların qoyulma müddəti müqavilə əsasında müəyyən edilir. Pulu ödəyirsən və müddəti özün təyin edə bilirsən. Lakin Tarif Şurası 2015-ci ildə çıxan qanun əsasında hələki bir qiymət müəyyən etməyib. Buna görə də özbaşınalıq var. İcra orqanları havadan qiymət atır, bir müştəriyə başqa, digərinə başqa qiymət oxuyur. Amma o dövlət orqanıdırsa, Tarif Şurasının qiymətləri ilə işləməlidir. İcra orqanları ictimai təşkilat deyil ki, özünün şurası olsun və qərar çıxarsın. Məsələn, reklam qoyulacaq yer neçə kvadrat metrdirsə, Tarif Şurası buna əsasən qiymət müəyyənləşdirməli və uyğun olaraq maksimum və ya minimum məbləği göstərməlidir. Reklam istehsalçı və istehlakçı arasında münasibət yaradır, ona məlumat verir. Reklam şəkil deyil ki, şəhərə yapışdıraq. İndi şəhəri şəkil qaleriyasına döndəriblər. Belə olmaz. Açıq məkanlarda reklamın yerləşdirilməsi dövlətin müəyyən etdiyi tariflə tənzimlənməlidir, reklamçının qiyməti ilə yox. Reklam agentliyi yeri alıb başqasına satanda üstünə 5-10 manat qoyub qazanc əldə edə bilər. Bu onun öz işidir. Amma bu gün icra orqanı Tarif Şurasının verdiyi qiymət əsasında bunu tənzimləməlidir”. Azərbaycanda reklamdan bir milyardın üstündə gəlir götürmək olar O əlavə edib ki, reklam qiyməti məsələsinə Tarif Şurası tərəfindən heç baxılmır və baxılmaq istənilmir. “Yəni bazarda bir xaos yaradıblar, adını da qoyublar “reklam işi”. Məsələn, bizim hesablamalara görə bu gün Azərbaycanda bir milyardın üstündə reklamdan gəlir götürmək və büdcəyə əlavə etmək olar. Amma gedin icra orqanlarında soruşun ki, ildə nə qədər büdcəyə pul verirsiniz? Deyəcəklər ki, 1 milyon 200 min manat. Bu məbləğ nədir ki?! Bəs onun qalanları hara gedir?. Heç kim bunları yoxlamır. Yoxlanılsa, hələ çox şey müəyyən etmək olar. Qanunun heç iki faizi yerinə yetirilmir. O zaman qanun nə üçündür? Əgər bu həyata keçirilməyəcəksə, Milli Məclis niyə bu qədər vaxt sərf edib bunun üzərində işləyir? Bakı Şəhər İcra hakimiyyəti özünü elə aparır ki, guya bütün respublikada reklam işinə bunlar baxır. Halbuki, İsmayıllı, Quba və ya Gəncənin də öz icra orqanları var. Hərə öz hüdudları çərçivəsində o tarifləri götürüb işləməlidir. Lakin onlar sırf özlərinin təşkil etdikləri reklam şirkətləri ilə işləyir və hər şeyi öz aralarında həll edirlər. Bununla da kənardan başqa bir adam ora girə bilmir. Nə şəhərdən reklam yeri ala bilirlər, nə də fəaliyyət göstərə bilirlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
|