Rabitə nazirliyindən MTN-ə bağlamalarda nə aparılıb? - İLGİNC
Tarix: 21-06-2017, 09:05 | Çap et
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, iyunun 20-də zərərçəkmiş Kamal Seyfullayevin iddiası üzrə epizod çərçivəsində zərərçəkmişin həyat yoldaşı İrina Seyfullayeva ifadə verib.
Ərinin harada işlədiyindən xəbərsiz şahid
Ötən iclasda ifadə vermiş və MTN işçilərini, konkret olaraq, Füzuli Əliyevi 2 milyon manat vəsaitinin mənimsənilməsində günahlandıran zərərçəkmiş Kamal Setfullayevin ifadəsini oxucularımıza təqdim etmişik. Xatırladaq ki, müdafiə tərəfi zərərçəkmişi özünə aid olmayan vəsaitlərin nağdlaşdırılmasında və bu əməliyyatlarda maklerlik etməkdə ittiham edib.
Zərərçəkmişin həyat yoldaşı, Ukraynada anadan olmuş şahid İrina Seyfullayeva bildirdi ki, 2014-cü ilin dekabr ayının sonlarında övladlarından birinin Yeni İl bayramı üçün uşaqla birlikdə Qış bağına gedib. Kamal Seyfullayev söz verib ki, axşam gəlib onları evə aparacaq. Lakin saat 8-i keçsə də, Kamal gəlməyib və sonradan zəng vuraraq bildirib ki, onu MTN-ə aparıblar.
Şahidin sözlərinə görə, bundan sonra 3 gün ərzində molla kəbini ilə birgə yaşadığı K.Seyfullayev evə gəlməyib və özünün bildirdiyinə görə, MTN-də saxlanılıb. Evə gəldikdən sonra isə ondan 2 milyon manat alındığını deyib.
İrina Seyfullayeva vəkillərin “Ərinizdə 2 milyon manat pulun ola biləcəyini bilirdiniz?” sualına “Bəli” cavabını verib. Dövlət ittihamçısının isə “Həyat yoldaşınız harada işləyirdi və hansı işlərlə məşğul idi?” sualını İrina Vladimirovna belə cavablandırıb: “Kamalın nə işlə məşğul olduğunu bilmirdim. Evləndiyimiz gündən bu barədə soruşmamağımı tapşırmışdı”.
Vəkillərin cinayət işinin materiallarına istinadən verdikləri arayışdan məlum oldu ki, Kamal Seyfullayev MTN-ə aparıldığı gündən sonra həyat yoldaşı ilə dəfələrlə telefon əlaqəsi yaradıb və “location” məlumatlarına görə, MTN-də olmayıb, zəngləri şəhərin müxtəlif nöqtələrindən edib.
“Cinayət işinin ən zəif epizodu”
Şahidin ifadəsindən sonra vəkil Adil İsmayılov çıxış edərək baxılan epizod üzrə “Bank Technique”in xəzinədarı Əli Abdullayevin şahid qismində məhkəməyə dəvət edilməsini, bankdan həmin maliyyə əməliyyatları üzrə arayışların alınmasını və MTN-də axtarış zamanı Füzuli Əliyevin iş otağından götürülmüş sənədlərin cinayət işinin materallarına əlavə edilməsini istədi.
Təqsirləndirilən Füzuli Əliyev
Vəsatətə münasibət bildirərkən təqsirləndirilən Füzuli Əliyev dedi: “Hələ istintaqın gedişi vaxtı müstəntiq mənə demişdi ki, bütün epizodlar arasında bu ən zəifidir. Çünki burada zərərçəkmişin kim olması və istintaqın necə aparılması göz qabağındadır və sübut üçün heç bir sənəd yoxdur”.
Məhkəmə vəsatətin qismən təmin edilməsi – bankın xəzinədarının şahid qismində ifadəsinin dinlənilməsi və şahidin ifadələrindən asılı olaraq, digər tələblərin yerinə yetirilməsi barədə qərarını elan etdi.
Zərər çəkməmiş zərərçəkmiş
Zərərçəkmiş Vidadi Həsənov ifadəsində bildirdi ki, Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb və ondan təqsirləndirilənləri tanıyıb-tanımaması soruşulub. Təqsirləndirilənlərdən heç birini tanımadığını deyən zərərçəkmiş qeyd edib ki, heç kimdən şikayəti və tələbi yoxdur, zərər çəkməyib.
“Yaxşı olardı ki, desinlər, adımı kim verib MTN-ə ki, mənim telefonumu dinləyiblər. Bilim ki, dostum kimdir, düşmənim kim”, - V.Həsənov deyib. Bununla da, onun ifadəsi başa çatıb.
Teymur Quliyevin ailəsini gəzdirmiş “Jaguar” avtomobili kimindir?
Şahid qismində ifadə verən “R.İ.S.K.” Elm-İstehsalat Şirkətinin Direktorlar Şurasının həmsədri Anar Əligülov bildirdi ki, sabiq MTN generalı Teymur Quliyevlə dostdur və şirkətə məxsus olan avtomobilləri sürücüsü ilə birlikdə zərurət yarandığı zaman təqsirləndirilən T.Quliyevin ailəsinə xidmət etmək üçün yollayırmış.
Təqsirləndirilən Teymur Quliyev
Şahid həmin avtomobillərin bir neçə ədəd olduğunu, o cümlədən “Jaguar” markalı maşının sürücü Eynulla Kərimi ilə göndərilməsi faktlarını təsdiqləyib.
MTN əməkdaşlarını haradan tanıması ilə bağlı sualı cavablandırarkən şahid qeyd edib ki, rəhbərlik etdiyi şirkət ölkənin bir çox nazirlikləri ilə sıx əməkdaşlıq edir və bunda qəribə heç nə görmür.
Vidadi Zeynalovun MTN-ə göndərdiyi bağlamalarda nə olub?
Prosesdə şahid qismində ifadə vermiş Ramil Əliyev bildirib ki, uzun illər ərzində MTN generalı, təqsirləndirilən Sübahir Qurbanovun xidməti sürücüsü olub. Şahidin sözlərinə görə, S.Qurbanovun tapşırığı ilə dəfələrlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə gedərək həmin nazirliyin aparat rəhbəri Vidadi Zeynalovla görüşüb və ondan bağlamalar alıb.
Dövlət ittihamçısının və vəkillərin suallarına cavab olaraq şahid qeyd edib ki, bağlamalarda nə olduğunu heç vaxt görməyib və hər dəfə onları olduğu kimi Sübahir Qurbanovun otağına qoyaraq çıxıb.
Digər şahid Eynulla Kərimi isə “R.İ.S.K.” şirkətində sürücü işlədiyini, arabir rəhbərinin tapşırığı ilə Teymur Quliyevin ailəsinə xidmət etdiyini deyib. Şahidin sözlərinə görə, bir neçə dəfə rabitə nazirliyinə gedərək, Vidadi Zeynalovla görüşüb və ondan Teymur Quliyevə çatdırmaq üçün bağlama alıb. Belə hallardan birində bağlamanın avtomobildə açıldığını və içərisindən qələm düşdüyünü deyib.
Daha sonra məhkəmədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mühafizə xidmətinin əməkdaşları ifadə verib və məhkəmənin işinə real kömək edə biləcək faktlar göstərə bilməyiblər.
500 manat maaş, 1000 manat “zərf”
Şahid qismində çıxış edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun köməkçisi Səlim Həşimov bildirib ki, onun əsas vəzifəsi aparat rəhbərinə çay vermək, telefon zənglərini qəbul etmək və digər texniki məsələlərin həlli olub.
Şahid qeyd edib ki, işinə görə 500 manat maaş və aylıq 1000 manat da əlavə “zərf”də pul alıb. Onun bildirdiyinə görə, Vidadi Zeynalovun zərflərdə təqdim etdiyi pulları hər ay şöbə müdirləri yaxınlaşaraq ondan alıblar, lakin kimə konkret olaraq nə qədər pul veriıldiyini bilməyib.
MTN-dən sürücülərin hər ay maaşlar verildikdən 2-3 gün sonra Vidadi Zeynalovun qəbuluna gəldiyini bildirən S.Həşimov əlavə etdi ki, onların aparat rəhbərindən nəsə alıb-almadığından xəbəri yoxdur. O ki qaldı MTN-dən general Sübahir Qurbanovun və nazirliyin kuratoru olan general Teymur Quliyevin quruma gəlib-getməsinə, şahid bunu heç zaman görmədiyini deyib.
Növbəti məhkəmə iclası cümə axşamı, iyunun 22-də keçiriləcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
|