“Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                 

Beyləqanda təhsilin başına kimi gətirirsən gətir... - Düzələn deyil
Tarix: 12-07-2017, 09:41 | Çap et
Beyləqanda təhsilin başına kimi gətirirsən gətir...
Son aylar əksər media qurumlarında Beyləqan təhsilində yaşanan çoxsaylı qanunsuzluqlardan, baş alıb gedən həngamələrdən və s. bəhs olunur ki, bu da adı çəkilən rayonun təhsilinə verilən qiyməti müəyyən etməyə tam əsaslar verir. Çünki, bəzi KİV nümayəndələrinin dərc etdikləri araşdırma yazılardan da aydın olur ki, Xuraman xanım Rüstəmova şöbə müdiri təyin olunduqdan sonra, sanki Beyləqan təhsili “ölüm təhlükəsi” ilə üz-üzə qaldı. Düzdür, bəzi media nümayəndələri yaşananları ictimailəşdirdi, qol qoyulan qanunsuzluqları, haqsızlıqları hər kəsin diqqətinə çatdırırdı, amma aidiyyəti qurumlar ilk vaxtlar hansısa addımlarını atmadılar. Belə olan halda hər kəsi o məqam düşündürürdü ki, görəsən buna səbəb olan amillər hansılardır? Amma, çox kemədi ki, əksəriyyətin gözlədikləri özünü doğrultdu və rəhbərlik komissiya təşkil edərək Beyləqana göndərdi ki, mediada sadalanan faktlarla bağlı lazımi araşdırmalar aparılsın.
Ümumiyyətlə, xanım şöbə müdirinin atdığı addımlarla bağlı dövrü mətbuatda bu günə kimi çoxsaylı tənqidi açıqlamalar işıq üzü görüb. Məsələn, onun Beyləqan RİH-nin başçısı Vaqif Abdullayevin adından rüşvət toplatdırması, rayon təhsilinin daha da inkişaf etdirilməsi məqsədilə lazımi addımlarını atmaması, daşıdığı vəzifəsi ilə kimlərəsə acıq gəlməsi və s. bu tip xəbərlərdəndir.
Əldə etdiyimiz məlumatlardan bəlli olur ki, Xuraman xanım 2016-cı ilin iyunun ayında Beyləqan rayon Təhsil şöbəsinə müdir təyin olunub və o, müdirliyinin təxminən altı ayı ərzində təqribən 34 müəllimi Təhsil Nazirliyinin irəli sürdüyü prosedurlardan keçmədən, rayonun ayrı-ayrı təhsil müəssisələrində işlə təmin edir. Atdığı belə bir addımının qarşılığında isə, hər zaman maddi maraqlarını öndə tutub. Bəzi sakinlərin iddialarına görə, şöbə müdiri ilk vaxtlar müqavilə əsasında işləyənləri, yaşı 65 keçən müəllimləri işdən çıxartmaq hədəsi ilə təhdid etdi, az sonra isə onlarla “dil tapmağı” da bacardı. Hər kəsi daha çox təəccüb qoyan hal o oldu ki, Xuraman xanım Rüstəmova müqavilə əsasında işləyən 300 nəfər müəllimlə təqribən 700-1000 manat “şirinliyin” qarşılığında yenidən müqavilə bağladı və onların hər birinə fəaliyyətlərini davam etdirmək imkanı da yaratdı.
Bəli, bu günə kimi xanım müdirə ilə bağlı kifayət qədər ciddi ittihamlar səslənsə də, nə onun özü, nə də ki, digər qurumlar sadalanan ittihamlara cavab vermirdilər. Deyəsən bir müddət bundan əvvəl nazirlik tərəfindən şöbədə aparılan yoxlamalar, heç də Beyləqan təhsilinin diqqətdən kənarda qalmadığını, lazım gəldilkdə xanım Rüstəmovanın ciddi şəkildə cəzalandırılacağına, sanki ehyam da oldu.
Ümumiyyətlə, bəzi sakinlərinin iddialarına görə Xuraman xanım Rüstəmova təhsil şöbəsinə müdir təyin olunduqdan sonra, rayonda fəaliyyət göstərən təhsil müəssisələrində olduqca acınacaqlı durum yarandı. Yəni, Beyləqanda təhsilin vəziyyəti lazımi səviyyədə deyil və bunu hər kəs də yaxşı bilir. Məsələn, bəzi sakinlər bildirirlər ki, şöbə müdiri yarıtmaz idarəçiliyi ilə elə bir ab-hava yaradıb ki, məktəblərin bir çoxunda normal dərs keçilmirdi və şagirdlərin tam əksəriyyətinin tədris prosesinə marağı yox idi. Məktəb müəllimlərindən bəziləri repititorluq fəaliyyəti ilə məşğul olduqlarından, onlar dərsliklərin tədrisinə o qədər də önəm vermirdilər. Atdıqları addımlarının qarşılığında onlar direktorlara hər ay “görüm-baxım” etdiklərindən, təhsil ocaqlarının rəhbərləri müəllimlərə dərsə gəlməmək imkanı yaradırlar.
Beyləqanın ucqar kəndlərində vəziyyət daha dözülməz olduğundan, sakinlərin iddialarına görə, bəzi kəndlərdəki təhsil ocaqlarının fəaliyyəti yalnız sənədlər üzərində mövcuddur. Xanım şöbə müdiri də, qeyd olunan məktəblər vasitəsilə müəyyən maraqlarını təmin etməyi bacarır. Yəni, büdcədən həmin təhsil müəssisələrində dəslərin tədrisinə, müəyyən təmir-bərpa işlərinin həyata keçirilməsinə müəyyən məbləğdə vəsaitlər ayrılsa da, həmin vəsaitlər müəyyən adlar adı altında mənimsənilir. Bir sözlə, büdcədən ayrılan külli miqdarda vəsaitlər əksər hallarda təyinatı üzrə deyil, digər məqsədlər üçün istifadə olunur. Belə bir səbəblər üzündəndir ki, builki qəbul imtahanlarında rayondan olan abituriyentlərin zəif nəticə əldə etdikləri də bildirilir. Verilən məlumatlarda o da vurğulanır ki, son illər ali məktəblərə qəbul olan beyləqanlı şagirdlərin sayı olduqca azalıb və bunun da başlıca səbəbi, adı çəkilən rayonun təhsil sisteminin düzgün idarə olunmamasıdır. Artıq hər kəs o qənaətdədir ki, Xuraman xanım Rüstəmova daşıdığı vəzifəsindən uzaqlaşdırılmayana qədər, Beyləqanın təhsilində vəziyyət düzələn deyil.
Sakinlərin iddialarına görə xanım şöbə müdiri də, digər vəzifə sahibləri kimi RİH-nin başçısı ilə bu və ya digər formada bağlı olan vəzifə sahibidir ki, bu gün o da, “kor atı minib köndələn çapır”. Əgər aidiyyəti qurumlar tərəfindən günü bu gün təhsil şöbəsinin fəaliyyəti araşdırılarsa, o halda dəhşətli faktlar da ortaya çıxar.
Hər kəsə bəllidir ki, dövrü mətbuatda indiyə kimi Xuraman xanımın yarıtmaz idarəçiliyi ilə bağlı silsilə tənqidi açıqlamalar dərc olunub. “Gündəm Xəbər”in əldə etdiyi səhih məlumatlara görə, xanım şöbə müdirinin vəzifədə qalmasına əsas səbəb, məhz onun TN-dəki himayədarından dəstək alması və icra başçısı tərəfindən müdafiə olunmasıdır. Hətta, bəzi media orqanlarında belə bir açıqlamalar da dərc olunub ki, Beyləqan təhsilinə ayrılan vəsaitlərin çoxu xanım şöbə müdiri ilə icra başçısı arasında mənimsənildiyindən, rayon rəhbərliyi daim onu müdafiəçisi rolunda çıxışlar edir. Faciə odur ki, Beyləqanda təhsilin səviyyəsinin respublika üzrə ən aşağı göstəricilərə malik olması haqda da iddialar var.
Mövzu diqqətimizdədir. Araşdırmamız davam edəcək.
\\gundemxeber.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru