Seçkidən sonra hansı sahələrdə dəyişiklik gözlənilir? - GƏLİŞMƏ
Tarix: 14-04-2018, 11:30 | Çap et
Azərbaycanda prezident seçkiləri başa çatdı. Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri elan edib, namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş, indiki prezident İlham Əliyevin qalib gəlib. İlkin nəticələrə görə o, seçkilərdə iştirak edən digər namizədlərin hamısını böyük fərqlə geridə qoyub. Beləliklə, İlham Əliyev növbəti 7 ildə də ölkə başçısı səlahiyyətlərini icra edəcək.
Oktyabr ayında keçirilməsi planlaşdırılan seçkilərin vaxtının aprelin 11-nə təyin edilməsinə, yəni, növbədənkənar sistemə keçirilməsinə gəlincə, bu gözlənilməz dəyişikliyin bir sıra məsələlərlə əlaqədar olduğu hələ xeyli əvvəldən məlum idi. Əsas məsələlərdən biri Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi üzrə gedən danışıqlarda vaxt itkisinə yol verməmək idisə, digər səbəb ölkədə aparılması planlaşdırılan kompleks islahatlarla (iqtisadi, siyasi, struktur və s.) bağlı olduğu deyilirdi. Hələ seçkilərdən bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyev Rusiyanın “TASS” agentliyinə müsahibəsində də bundan danışdı. Prezident müsahibədə seçiləcəyi halda, islahatların davam etdiriləcəyini bildirdi: “Mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil”.
Rusiya nümunəsi
Başqa sözlə, prezident ciddi islahat anonsunu verib, bunun siyasi və iqtisadi sistemdə ciddi dəyişikliyə gətirib çıxaracağı gözləniləndir. Ölkə miqyasında işsizlik və yoxsulluq göstəricilərinin son 3 ildəki artımını nəzərə alsaq, kompleks islahatların keçirilməsi məqsədəuyğun hesab edilməlidir. Üstəgəl, nəzərə alsaq ki, tədricən özünü göstərməyə başlayan total sosial-iqtisadi böhrana görə hazırkı hökumətdə təmsil olunan bir sıra oliqarxlar və məmurlar ittiham edilir, bu baxımdan, ciddi addımların atılması hakimiyyətin öz nüfuzunu saxlamaq üçün də vacib olmalıdır. Şübhəsiz ki, struktur, yaxud, siyasi islahatlar aparmadan iqtisadi sektorda davamlı inkişafa nail olmaq mümkün deyil. Çünki ilk növbədə ölkənin strateji iqtisadi sektorlarını monopoliyasında saxlayan oliqarxlar sistemdən uzaqlaşdırılmalıdırlar. Həmin oliqarx - məmurların mövcud sosial-iqtisadi problemlərin çəkisinin artmasında böyük rolları var. Bu kimi dövlət adamlarının, yaxud məmurların Rusiya iqtisadiyyatını hansı vəziyyətə gətirdikləri göz qabağındadır. Son 7 ildə geosiyasi arenada özünə qarşı ciddi formada baş ağrısına çevrilmiş rəqib kimi qabağa çıxan Rusiyanı çökdürmək istəyən Qərb ilk növbədə daxili iqtisadiyyatda hər birinin milyardlarla dollar dəyərində qeyri-qanuni sərmayələri olan oliqarxları hədəfə alıb və sanksiyalar tətbiq edir. Məqsədə də böyük ölçüdə nail olunub və Vladimir Putinin başçılıq etdiyi komanda ciddi daxili və xarici təhlükə qarşısındadır.
Təhlükədən sığortalanmaq
Belə bir təcrübənin Qərblə münasibətləri o qədər də isti olmayan rəsmi Bakıya tətbiq ediləcəyi də ehtimallar arasında idi. Hələ iki il əvvəl ABŞ Konqresində Azərbaycana qarşı sanksiyalar da gündəmə gəlmişdi. Bu da o ehtimalı gücləndirir ki, yenidən formalaşdırılacaq hakimiyyət həm də Qərblə münasibətlərini qaydasına salıb, buradan ediləcək təzyiqləri azaltmaq üçün struktur islahatlarının üzərində ciddi dayanacaq. Əlbəttə, bu addımların ölkənin iqtisadi inkişafı, yaxud, qeyri-neft sektorunun inkişafı qarşısındakı maneələri aradan qaldıracağını da demək olar. Artıq 2016-cı ildən başlayaraq, ölkə rəhbərliyi monpolist oliqarxların bir neçə nəfərini yola salıb, bu addımların davamlı olacağına şübhə yoxdur. Yeni rəhbərlik ən az bunu xarici təhdidlərin qarşısını almaq üçün edəcək.
Keçmiş Milli Təhlükəsizlik və Rabitə nazirlikləri ətrafında gedən proseslər də göstərdi ki, oliqarxlar ölkə üçün ciddi təhlükə mənbəyinə çevriliblər. Bu baxımdan, “böyük təmizləmə”dən sonra ölkə başçısının daha çevik, mobil və peşəkar hökumət modelinə üstünlük verəcəyi gözləniləndir ki, bu islahatlar da Nazirlər Kabinetindən icra hakimiyyəti struktrurlarınadək bütün idarəedici bölmələri əhatə edə bilər. Son illərdə sistem daxilindəki oliqarx-məmurlarla yanaşı, icra başçılarının da cəmiyyətlə hakimiyyət arasında uçurum yaratdığını nəzərə alsaq, ölkə başçısının bu sahəyə daha çox diqqət ayıracağını da əvvəldən demək olar. Paralel olaraq, idarəedici sistem daxilində Qərb, yaxud Rusiyanın “5-ci kolon”u funksiyalarını yerinə yetirməkdə ittiham edilən yüksək rütbəli şəxslərin də daxili və xarici təhlükəsizliyin təmin edilməsi strategiyası daxilində postlarından məhrum ediləcəyi gözləntisi də bura daxildir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|