Həkimləri Təkmilləşdirmə İnstitutunda nə baş verir? - ölkənin ali rəhbərliyinə ŞİKAYƏT
Tarix: 13-01-2020, 09:21 | Çap et
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya
MÜRACİƏT
Möhtərəm Prezident! Hörmətli Birinci Vitse-Prezident!
İşlədiyim Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda şəxsimə qarşı qərəzli münasibətlə, orada baş verən özbaşınalıq və qanunsuzluqlarla əlaqədar Sizə müraciət edirəm.
Mən uzun illərdir məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayonundakı 2 saylı Tibb Kollecinin yataqxanasında məskunlaşmışam. Bu yaxınlarda isə Sizin biz məcburi köçkünlərə göstərdiyiniz davamlı qayğı sayəsində Bakı şəhəri, Qaradağ rayonu Qobu Park-2 yaşayış massivindəki ev 18, mənzil 37-yə köçmüşük. Bütün sahələr üzrə həyata keçirdiyiniz islahatları çox bəyənir, təqdir edir və dəstəkləyirik. Amma təəssüf edirəm ki, işinə məsuliyyətsiz yanaşan, qanundankənar əməllərlə məşğul olan, mövqeyindən sui-istifadə edən, vətəndaşları incidən bəzi vəzifə sahibləri hələ də var.
Belə ki, mən bir neçə ildir, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda qarderobçu kimi işləyirdim. Amma bu yaxınlarda heç bir səbəb olmadan məni işdən çıxararaq həmin institutun yataqxanasına xadimə kimi göndəriblər. Ancaq xəstəliyim – hərəkət məhdudiyyətim buna imkan vermir. Digər tərəfdən məni əmrlə yalnız bir aylığa göndərdiklərinə baxmayaraq, artıq üc aydır ki, xadimə kimi işləyirəm və hələ də geri qaytarılmamışam. İnstitutun Təsərrüfat işləri üzrə müdiri İkram Həsənov verdiyi qərarla bağlı heç bir səbəb göstərmir. Səbəb mənim özümə də bəlli deyil. Daha doğrusu, nə qədər fikirləşirəmsə hansısa nöqsana yol verdiyimi xatırlaya bilmirəm. Xatırlaya bildiyim yeganə səbəb isə bölgələrdən kursa gələn həkimlərlə və digər qanunsuzluqlarla bağlı ola bilər. Belə ki, nöqsanlarına görə işdən çıxarılan keçmiş mühafizəçi, hazırda isə institutda xadimə kimi çalışan Rasimə Əliyeva hələ mühafizəçi işlədiyi vaxtlarda məndən, kursa gələn həkimlərdən üst geyiminə (həkim xalatı) görə pul alıb ona verməyimi tələb edirdi. Mən isə institutun adına ləkə gəlməsini istəmədiyimdən hər dəfə bu tələbi rədd edirdim. Təsərrüfat işləri üzrə müdir müavini Maral Bayramlı isə kursa gələn həkimlərin qarderobda əmanət kimi (nə və kim üçün gətirdikləri mənə bəlli deyildi) qoyduqları bağlamanı götürüb aparırdı. Mən də etiraz edəndə ki, bunu mənə tapşırıblar, gəlib götürəcəklər, onda “buraların sahibi mənəm, xeyir ola, kursa gələnlər bağlamanı niyə başqa həkimlərə verməlidirlər” – deyə əsəblərini mənim üzərimə tökürdü. Yəni bununla mənə aydın oldu ki, söhbət hər hansı şəkildə rüşvətdən gedə bilər. Digər tərəfdən, R.Əliyeva xəstələri İnstitutda qəbul etmək üçün rektorun icazəsinin olmadığını xatırladıb, həm həkimlərdən, həm də xəstələrdən rüşvət alır. Müalicə üçün institutun qara pərdə çəkilmiş yeməkxanasından istifadə olunur.
İnstitutun adına alınmış avadanlıqlar, xalça, mebel, yuyucu vasitələr və digər avadanlıqlar İkram Həsənov-Maral Bayramlı cütlüyü tərəfindən mənimsənilir. İllərlə üzlərini görmədiyimiz (yalnız yoxlama olandan olana çağırıb gətirirlər) “işçilərin” maaş kartları da həmin cütlükdə olur. Belə ki, adına maaş kartı açılan həmin saxta “işçilərin” yerinə başqalarını işlədərək, az əmək haqqı verir, çox hissəsini isə özləri mənimsəyirlər. Ən dəhşətlisi də odur ki, institut əxlaqsızlıq yuvasına çevrilib. Mənim işdən kənarlaşdırılmağımda rol oynayan faktorlardan biri də budur, konkret desək, bütün bunlardan xəbərdar olmağımdır. İnstitutun rektoru Nazim Qasımova bu haqda yazdığım şikayətdən sonra İkram Həsənov mənə qarşı daha da aqressivləşərək “bizim əlimiz uzundur, hara istəyirsən şikayət edə bilərsən” deyə özbaşınalıq edir. Hətta şikayətlər əsasında əvvəlki iş yerimə bərpa oluna biləcəyim təqdirdə belə, mənə böhtan atıb yenidən işdən uzaqlaşdıracağı ilə hədələyir, “hələ sən bura qayıt, bax gör səni nələr gözləyir”, - deyə təhdid edir. Xadimə işlədiyim yataqxananın komendantına isə, başqa işçiləri saat 14:30-da və ya 15:00-da evə buraxdığı halda, məni saat 18:00-a qədər iş yerində saxlamağı tapşırıb. Məqsədin isə mənim heç yerə çıxıb şikayət etməyə vaxt tapa bilməməyimlə bağlı olduğunu deyib. Qeyd etdiyim faktlardan sonra Maral Bayramlı və Rasimə Əliyeva, belə desək, məni qaralamağa, rəhbərlik yanında mənim mənfi obrazımı yaratmağa başladılar. İşdən çıxarılmağımın, İnstitutun yataqxanasına xadimə kimi göndərilməyimin mahiyyətində də bunun durduğuna əminəm: mənim yerimə nöqsanlara görə mühafizəçilikdən çıxarılan, indi isə xadimə kimi çalışan Rasimə Əliyevanı təyin etmək kimi bir niyyət durur.
Hörmətli xanım Mehriban Əliyeva!
Sizə və Səhiyyə naziri cənab Oqtay Şirəliyevə etdiyim müraciətdən və bu müraciətlərin İnstitutun rektoru Nazim Qasımova göndərilməsindən sonra İkram Həsənov və Maral Bayramlı məni İnstituta çağıraraq “Səhiyyə naziri O.Şirəliyev Mehriban Əliyevanın, İnstitutun rektoru Nazim Qasımov isə Səhiyyə nazirinin adamıdır, get hara istəyirsən şikayət et” – dedi. Və eşitdiyimə görə, şikayət ərizəsindən sonra saxta “işçilərin” yerinə işləyənlərin bəzilərini də artıq işdən çıxarıblar. Ərizədən sonra gördükləri “qara” işlərdən biri də xadimə işlədiyim hazırkı yataqxanada məndən fərqli olaraq saat 14:30-da və ya 15:00-da evə buraxılan digər xadimələr də artıq mənim kimi saat 18:00-da işdən çıxırlar. Təbii ki, ərizədən sonrakı bütün bu dəyişikliklər mənim guya böhtançı olmağımı sübuta yetirmək üçün atılan addımdır.
Hörmətli cənab İlham Əliyev, hörmətli xanım Mehriban Əliyeva!
İndiyə kimi bir neçə quruma etdiyim müraciətlər Səhiyyə Nazirliyinə, ordan isə Həkimləri Təkmilləşdirmə İnstituna göndərilsə də heç bir nəticəsi olmayıb. Bütün bunları nəzərə alaraq Sizdən xahiş edirəm ki, olanların araşdırılması və mənim əvvəlki iş yerimə bərpa olunmağım üçün köməklik göstərəsiniz.
Bakı şəhəri, Qaradağ rayonu Qobu Park-2 yaşayış massivi ev 18, mənzil 37-də yaşayan məcburi köçkün Mənsimova Vəfa Məhəmməd qızı Bakı şəhəri, 11 yanvar 2020-ci il //moderator.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
|