Nazir müavini bu suallara CAVAB VERƏCƏKMİ? - "...bu qədər ziyanları kim ödəyəcək?!"
Tarix: 25-01-2022, 10:06 | Çap et
Biz, dəfələrlə ölkəmizdə olan ekoloji problemləri xəbər portallarımızda işıqlandırmışıq. Amma çox təəssüflər olsun ki, bununla bağlı müsbətə doğru hər hansı bir addım atılmamışdır. DİA.AZ bildirir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.
Daha sonra sayt yazır: "Meşələrimizdə olan "yaşıl terror"un başında Meşələrin İnkişafı Xidmətinin sabiq rəisi Namik Xıdırovun olduğunu deyirdik, sən demə bunun başında Namik Xıdırov cənabları yox, bir başa Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov dayanır. Vüqar müəllimin ölkə ekoloji sisteminə vurduğu ziyanın sayı-hesabı yoxdur. Görəsən, Vüqar müəllimin vurduğu bu qədər ziyanları kim ödəyəcək?! İstərdik ki, həmin cinayətlərin bir neçəsini sadalayıb, birbaşa Vüqar müəllimin özünün bunlara açıqlama verməsini gözləyək:
- Öz dost-tanışlarını Regional Meşə Təsərrüfatları Mərkəzlərində yerləşdirmək; Tələbə yoldaşı Adəm Ismiyevi Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor təyin etdirmişdir. Halbu ki, Adəm ixtisasca bədən tərbiyə müəllimidir və o, həmin vəzifəyə Cəlilabad Rayon İcra Hakimiyyətindən transfer olunmuşdur. Sual olunur Vüqar müəllimə: Ölkəmizdə kifayət qədər meşəçilər olduğu halda, heç soruşsanız belə ağacların cinsini, meşənin funksiyasını bilməyən bir idman müəllimini nə məqsədlə Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor vəzifəsinə təyin etdirmişdiniz ?! Görün, Adəm İsnmiyev də necə arxayınçılıq yaranmışdı ki, sənəti olmayan silahla, vəzifəsindən sui-istifadə edərək qeyri-qanuni (ov qadağan olan yerdə) meşələrdə ki, heyvanların ovuna çıxmışdır və məsələnin üstü açılandan sonra A.İsmiyevə ən yaxşı variant "ərizəni yaz, işdən çıx) Deyilənə görə, Vüqar Kərimov dostu Adəmə deyib ki, narahat olma qoy bir az ara sakit olsun, səni bir başa Nazirliyə yanıma çəkib gətirəcəm; Vüqar Kərimovun Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində "qara kassa"sı olan dostu , el arasında "şpal Sərraf" ləqəbilə tanınan, təhsili olmayan belə Sərraf Quliyevi Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə baş mühafizə mühəndisi vəzifəsinə təyin etdirdi. Sərraf Quliyev bir neçə il bundan öncə Masallıda kı, mebel sexlərinə "şpal" (material) daşıyırdı. Sual: təhsili olmayan və tərçümeyi-halını belə yaza bilməyən bir şəxsi bu böyük vəzifəyə neçə qoyublar?; Vüqar müəllimin yaxını olan iki qardaşı: Yadigar Əmirovu Hirkan Milli Parkına, Ceyhun Əmirovu isə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə sahə rəisi vəzifəsinə təyin etdirdi. Yadigar Əmirov təhsili olmadığı halda bu vəzifəyə neçə gəldi? Ceyhun Əmirov isə Haftoni meşəbəyliyində olan "Beta" şirkətinə verilən icarəyə görə işdən uzaqlaşdırıldığı halda, neçə oldu ki, onu yenidən vəzifəyə gətirdilər?; -Dövriyyədə olan əkinlərin baxımsızlığdan batması və buna görə heç kimin cəzalanmaması. Olmayan əkinlərə saxta naryadların (xidmət, suvarma) yazılması. Batan əkinlərin gizlədilməsi. Faktiki olmayan əkinləri, oldu kimi göstərib 5 il, olmayan təbii bərpaları isə 7 ildən sonra saxta yolla örtülü meşə sahəsinə keçirmələri. Vüqar müəllim gəlib sözügedən əkin və təbii bərpaları göstərsin;
-Dövlət meşə fondu və qeyri-meşə torpaqlarının qazılıb satılması. Bu barədə kifayət qədər əlimizdə sübut olaraq material (videoçəkiliş vı fotoşəkillər) vardır;
-Dövlət meşə fondunda olan torpaqların vətəndaşlara ev yeri və digər tikililər üçün satılması. Son bir ilin sputnikdən çəkilmiş şəkilləri bunun əyani sübutudur; -Dövlət meşə fondunda olan zəbtlərin (ev, ferma, mal-qara tövlələri, istirahət mərkəzləri və s). Hazırda meşələrdə mal-qara saxlanılır və fermaların akt yazmasında dövlətə dəymiş ziyan yazılmır (gizlədilir) ;
-Dövlət meşə fondunda olan torpaqların kənd təsərrüfatı bitkilərin əkmək məqsədilə vətəndaşlara satılması: Məsələn, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzininın Göytəpə meşəbəyliyinin 18 saylı dolayında 40 hektardan çox meşə torpağı qeyri-qanuni yolla kənd təsərrüfatı bitkiləri əkilir;
-Dövlət meşə fondunda 150 hektardan çox meşə torpağın sahibkarlara(ferma sahiblərinə) örüş kimi satılmasıi: Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında 40 hektardan çox yer, Yeyənkənd meşəbəyliyin 16 saylı dolayında 30 hektar və 14 saylı dolayında isə 40 hektardan çox yer örüş kimi , orada olan mal-qara tövlə (ferma) yiyələrinə satılması;
-Dövlət meşə fondunda salınan balıqçılıq gölləri: Yeyənkənd meşəbəyliyində bir neçə göl;
-Saxta qırma sahələri: Sanitar qırma adıyla ağaclar nömrələnir: Bir ağaca iki nömrə, 30 dərəcə mailliyi çox olan yerdə vurulan nömrələr, doluluğu 0.5 dən aşağı olan meşələrdə vurulan nömrələr və seçib "işlik" materiallıq üçün sağlam ağaclara nömrələrin vurulması;
-Mühafizəyə aid olmayan (damğası olmayan) işçilərin meşələrə salıb, saxta yoxlamaların keçirilməsi. Bəzən əmrsiz yoxlama və həmin işçilərin qırıntılara akt da tərtib etməsi; -Saxta yoxlamaların keçirilməsi ; ildə 6 dəfə keçirilən operativ, 2 yaz-payıb və 2 nəzarəti yoxlama;
-İstirahət mərkəzlərinə müqavilələrin bağlanmaması və ya artırılmaması. İstirahət mərkəzlərinin əksəriyyəti müqavilə bağlamaq və vaxtı bitən müqavilələri artırmaq üçün Meşələrin İnkişafı Xidmətinə müraciət etsələr də, çox təəssüflər olsun ki, onlara bildirmişdilər ki, hələlik müqavilə bağlanmır. Deyilənə görə, hər il sözügedən istirahət mərkəzlərindən haqq (dolya) yığılır. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində o dolyanı Abturab Bağırov yığır;
-Qeyri-meşəçi və orta ixtisas təhsillilərin Regional Meşə Təsərrüfatı Mərkəzlərində baş mühəndis və mütəxəssis vəzifələrini tutması. Adını da yalandan qoyullar ki, guya ali təhsilli və məşəçi kadrlar tapa bilmədiyimiz üçün bunları baş vəzifələrə yığmışıq və s".
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|