Deyəsən, Zaur Mikayılov Əhmədzadənin adamları ilə YOLLAŞA BİLİR... - Biznesmen sədri pul maraqlandırır...
Tarix: 26-01-2022, 11:59 | Çap et
Hələ ötən il Azərbaycanın meliorasiya və su təsərrüfatı sisteminin başına gətirilən biznesmen Zaur Mikayılov bu sahədə mərhələli şəkildə daxili audit yoxlamalarının aparılmasını təşkil edəcəyi barədə məlumatlar yayılmışdı. Lakin sonradan belə yoxlamaların aparılmasından və nəticələrindən heç bir xəbər verilmədi. Quruma tabeli idarə və müəssisələr isə dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl etmədən, satınalma planlarına uyğun olaraq elan olunmuş, keçirilmiş tender və kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verə-verə, habelə satın alınan malların (xidmətlərin) qiymətlərinin şişirtməklə işlərini keçmiş sədr Əhməd Əhmədzadənin döbründə olduğu kimi davam etdirirlər.
Məlum olduğu kimi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin uzun müddət sədri olmuş Əhmədzadə epoxasına 2021-ci ilin aprelndə son qoyuldu. Cəmiyyətə yeni təyin olunmuş Zaur Mikayılovdan gözləntilər çox olsa da, biznesmen-sədr hələ ki, qurumda nəzərəçarpacaq bir dəyişiklik edə bilməyib, yaxud da nail ola bilmir. Amma Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli yerli qurumlarn əvvəlki illərə nisbətən satınalmalar yolu ayrılan xərcləri qismən azaldıblar.
Dövlət satınalmalarının vahid internet portalının bazasında Ağcabədi Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş tender və kotirovka sorğularının nəticələri barədə 2021-ci ildə keçirilmiş 5 tenderin nəticəsi barədə məlumat yerləşdirilib. Halbuki, artıq neçə illərdir bütün dövlət müəssisə və təşkilatları mal materialların və xidmətləri əvvəlcədən tərtib edilmiş satınalma planlarına uyğun olaraq tender və kotirovka sorğusu yolu ilə həyata keçirirlər. Ağcabədi Suvarma Sistemləri İdarəsi də əvvəlki illərdə satınalmaları tender yolu ilə həyata keçirib. Lakin görəsən 2018-2020-ci illərdə sözügedən idarə tərəfindən keçirilmiş keçirilmiş tender və kotirovka sorğuları barədə dövlət satınalmalarının vahid internet portalına nə üçün heç bir məlumat yerləşdirilməyib?
Qeyd etdiyimiz kimi 2018-2020-ci illərdə Ağcabədi Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş tender və kotirovka sorğuları barədə heç bir məlumat yoxdu. Burada nə kimi işlər görülüb, avtomaşın ehtiyyat hissələrinin, mexanizmlərin ehtiyyat hissələrinin, nasosların ehtiyyat hissələrinin satın alınması, sazlama işləri, magistiral kanalların lildən təmizlənməsi və digər saymadığımız işlər hansı üsullarla həyata keçirilib, nə qədər vəsait xərclənib bəlli deyil. Təbii ki, bütün bunlar satınalmalar yolu ilə həyata keçirilib. Amma gizlin şəkildə. İdarənin rəisi Malik Mirzəyevə yaxın adamların adına yaradılmış şirkətlərin hesabına. 2018-2020-ci illərdə burada tender oyunları gedib. Belə ki, idarənin işçilərinin adına, uşaqlarının adına, yaxud da yaxın qohumlarının adına yaradılan müəmmalı şirkətlər tenderlərdə qalib elan edilib. Ayrılan pulların müqabilində görülən işləri isə ancaq kağız üzərində görmək olar.
Burada bir müqayisə etsək lap yerinə düşmüş olar. Məsələn Ağcabədi Suvarma Sistemləri İdarəsi mexanizmlərin, avtomaşınların və nasosların ehtiyyat hissələrinin satın alınması üzrə keçirmiş olduğu açıq tenderdə “KRİSTAL AVTO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 269 521.07 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 21.06.2021-ci il tarixdə elan edib. İndi təsəvvür edin əvvəlki illərdə göstərdiyimiz məqsədlər üçün nə qədər vəsaitlər ayrılıb və hara xərclənib. Bu son 4 ildə 1 milyon manatdan çox dövlət vəsaiti edir ki, onun çox hissəsi təyinatından kənarlaşdırılıb. Çunki, avtomaşınlara ehtiyyat hissələri işçilərin şəxsi vəsaiti hesabına alınır. Tenderin qalibi olan şirkətə isə diqqət yetirin.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KRİSTAL AVTO” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.09.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının QUBA RAYONU, QUBA ŞƏHƏRİ, MUSABƏYOV, ev 26 , qanuni təmsilçisi kimi isə Əhmədxanova Könül Elşad qızı qeyd olunub.
İndi siz deyin tender prosedurundan cəmi 7 ay əvvəl yaradılmış bu MMC-nin analoji işlərdə təcrübəsinin olması, potensialı, maddi-texniki bazası və kadr imkanları kimi hansı şərtlərinə əməl edilib. Və görəsən adıçəkilən MMC-nin qanuni təmsilşisi olan Quba rayon sakini Könül Əhmədxanovanın kənd təsərrüfatı texnikalarına aid hər hansı bir ehtiyyat hissəsindən başı çıxırmı?
Eləcə də cari təmir üçün mal-materialların satın alınması üzrə “AZAM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 14.07.2021-ci il tarixdə bağlanmış 249 926.36 manat məbləğində satınalma müqaviləsi. Ağcabədi Suvarma Sistemləri İdarəsinin təkcə 2021-ci ildə çari təmirə alınan mal-materiallara ayırdığı vəsati gördünüz. Təsəvvür edin indi. Əvvəlki illərdə idarə cari təmirə və mal-materiallara nə qədər vəsait ayırıb. Hardasa 1 milyon manat. Hələ bunun əsaslı təmiri də var. Bütün bunların barədə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirməyib. İndi gəlin görək Ağcabədi Suvarma Sistemləri İdarəsinin işbirliyi qurduğu bu MMC kimə məxsusdur.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZAM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 08.10.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ZAQATALA RAYONU, YUXARI TALA., qanuni təmsilçisi kimi isə Mehdiyev Əhməd Ramazan oğlu qeyd olunub.
Bu MMC 2019-cu ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli idarələrin yalnız 2021-ci ilin 5 ayı ərzində keçirdiyi 700 min manatdan çox məbləği olan tenderlərin qalibi olub. Amma hazırkı günə MMC-nin 4 478.38 manat vergi borcu mövcuddur. Birinin təmir işini görüb, birinə subartezian quyuları üçün ehtiyyat hissələri, digərinə isə mal-material alıb. Açıq mənbələrdə analoji işlərdə təcrübəsi, maddi-texniki bazası barədə isə heç bir məlumat yoxdu.
Bunlardan başqa, Aktualinfo.org-un Ağcabədi Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyi barədə məlumatlara aydınlıq gətirilməsi məqsədi ilə qurumun elektron poçtuna ünvanladığı sorğu cavabsız qaldı. Belə ki, İdarənin Tender Komissiyasının üzvü ilə telefon əlaqəsi saxlayıb, ona sorğuya cavab vermələrini xahiş etdik. Həmin şəxs nə cavab versə yaxşıdır? Onun sizə nə dəxli var, biz bilirik, şirkət bilir. Başqaları niyə bilməlidi ki… Biz bu şəxsə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini xatırlatsaq da, həmin şəxs telefonun o biri başında – onun kimə nə dəxli var- deyib, durdu.
Buradan hansı nəticəyə gəlmək olar? Gəlinən ilk qənaət odur ki, Ağcabədi Suvarma Sistemləri İdarəsində o qədər özbaşınalıq olub ki, qanunlardan belə xəbərləri yoxdu. Bu sözügedən idarədə bütün tender və kotirovka sorğusu prosedurlarında qanunsuzluqlara yol verildiyinə bir işarədir. Həmçinin aşağıda təqdim etdiyimiz nəticələri elan olunmayan kotirovka sorğularında da.
Layihə-smeta sənədlərinin hazırlanması üzrə 09.12.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Mebel avadanlıqlarının alınması üzrə 06.12.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Yaşıllaşdırma işlərinin aparılması üzrə 06.12.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Sazlama işləri və kommunikasiya xidməti üzrə 02.09.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Lahiyə smeta sənədlərinin hazırlanması üzrə 02.09.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Ağcabədi Suvarma Sistemləri İdarəsinin təkcə 2021-ci ildə müxtəlif malların və xidmətlərin satınalması üzrə keçirilmiş tender prosedurlarının nəticələri açıqlanmış, ümumi olaraq 1 244 831 manat məbləğində müqavilələrin bağlanıldığı görsənir. Maraqlıdır görəsən əvvəlki illərin satınalma planlarına daxil edilmiş malların və xidmətlərin satınalmasına nə qədər vəsait ayrılıb və İdarənin Tender Komissiyası bütün bunları ictimaiyyətdən nə üçün gizlədib?
Qeyd etdiyimiz kimi, Ağcabədi Suvarma Sistemləri İdarəsinin Tender Komissiyasının üzvləri yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişlər. Xahiş etsək də açıqlamazlar. Çünki, bu kotirovka sorğularında qalib olan şirkətlərin kimə məxsus olduğu bilinəcək. Amma Tender Komissiyasının üzvünün dediyi kimi: özləri bilirsə kifayət edər, başqa kimə nə dəxli var. Görəsən onlar bunları biznesmen-sədr Zaur Mikayılovdan da gizlədə bilirlərmi?
Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|