Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                 

Sabirabad icra hakimiyyətində HƏBSLƏR GÖZLƏNİLİR - Siraqəddin Cabbarovun VAXTI YETİŞİB
Tarix: 6-07-2022, 13:42 | Çap et
Sabirabad icra hakimiyyətində HƏBSLƏR GÖZLƏNİLİR
Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarovla birinci müavini Həsən Həsənovun çətin duruma düşdüyü və vəzifələrindən çıxarılaraq həbs olunmaq təhlükəsi ilə üz-üzə qaldığı deyilir.

Buna səbəb ötən həftə Sabirabad rayon İcra Hakimiyyətinin Şöbə müdiri-baş memar Qasımov Müşviq Vidadi oğlunun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilməsdir.

Civilazerbaijan.com Baş Prokurorluğun yaydığı məlumata istinadla xəbər verir ki, baş memar Müşfiq Qasımov haqqında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, Müşviq Qasımovun FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Quliyev Eldar Musa oğlu və digər şəxslərlə qabaqcadan əlbir olaraq Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə verilməsi, bunun üçün zəruri olan memar rəyi və digər aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış kifayət qədər sübutlar əsasında Müşviq Qasımov və Eldar Quliyevə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib.

Məlumata görə baş memar Müşfiq Qasımovun həbsi Sabirabad icra başçısı Siraqəddin Cabbarovla birinci müavini Həsən Həsənovu çox çətin vəziyyətə salıb. Hətta növbəti həbs ediləcək şəxslərin başçı ilə birinci müavin olacağı ilə bağlı artıq rayonda söhbətlər yayılmağa başlayıb.

Civilazerbaijan.com-a daxil olan məlumatda bildirilir ki, Sabirabadda qanunsuz tikintilərə “nəzarəti”, “icazə”ni icra başçısının birinci müavini Həsən Həsənov həyata keçirdirdi. Tikintiyə “icazə” verilməsi üçün alınan rüşvət birinci müavin vasitəsi ilə icra başçısı Siraqəddin Cabbarova çatdırılırdı.

Son iki ildə təkcə Sabirabad şəhərində 100-ə yaxın qanunsuz obyekt tikilib. “İcazə” qiymətinin isə 5 min manatla 15 min manat arasında olduğu bildirilir. Bu isə o deməkdir ki, Siraqəddin Cabbarovla birinci müavini Həsən Həsənov obyektlərin tikintisinə verilən “icazə”dən yarım milyondan artıq qazanc əldə ediblər.

Sabirabad icra başçısının həbs olunmaq təhlükəsi ilə üz-üzə qaldığı başqa bir məsələ isə Siraqəddin Cabbarovla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılmış cinayət işinin yekunlaşmaq üzrə olmasıdır.

Siraqəddin Cabbarova Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin açılmasının səbəbi isə onun Saatlı rayonunda icra başçısı işlədiyi dövrdə bir çox sahibkarlardan, iş adamlarından və idarə müəsissə rəhbərlərindən müxtəlif yollarla rüşvət alması ilə bağlıdır.

Civilazerbaijan.com-un əldə etdiyi məlumata görə açılan cinayət işində əsas şahidlərdən biri vaxtı ilə Saatlı rayon icra hakimiyyətində Siraqəddin Cabbarovun birinci müavini işləmiş İlham Quliyevdir.

Cinayət işinin istintaqı zamanı İlham Quliyevin sahikarlardan, iş adamlarından və idarə, müəsissə rəhərlərindən rüşvət yığdığını və alınan pulları icra başçısı Siraqəddin Cabbarova çatdırdığını etiraf etdiyi deyilir. Məhz sabiq birinci müavinin hər şeyi etiraf etməsi və Cabbarovun üzünə durması Sabirabad icra başçısın çıxılmaz vəziyyətə salıb.

Əldə etdiyimiz məlumatda bildirilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Saatlı rayonunda idarə və müəsissə rəhərlərindən hər ay məcburi şəkildə yığılan rüşvət məsələsi ilə bağlı açılan cinayət işi artıq yekunlaşmaq üzrədi. Cinayət işində onlarla məmur, sahibkar və iş adamından Saatlı rayon rayon icra başçısının müavini işləmiş İlham Quliyevin davamlı olaraq rüşvət alması sübuta yetirilib. İstintaq zamanı hətta İlham Quliyevin Siraqəddin Cabbarovun üzünə durduğu da deyilir.

Qeyd edək ki, Siraqəddin Cabbarovun hakimiyyətin yuxarı dairələrində əsas himayədarının Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev olduğu deyilir.

Məlumata görə Siraqəddin Cabbarov düşdüyü ağır vəziyyətdən çıxmaq üçün himayədarı Zeynal Nağdəliyevdən kömək istəsədə Administrasiyasının şöbə müdiri ona mənfi cavab verib. Nağdəliyevin icra başçısına kömək etməməsinin səbəbi isə aparatdakı təzə komandanın, başda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin Siraqəddin Cabbarova qarşı mənfi fikirdə olması ilə bağlı olduğu iddia edilir.

Bildirək ki, Siraqəddin Cabbarov ölkədə imkanlı icra başçılarından biri kimi tanınır. Onun məhz rüşvət sayəsində İmişli, Saatlı rayonlarında və Bakı şəhərində çoxsaylı obyektlərinin, mənzillərinin olduğu deyilir.

Buna misal olaraq bildirək ki, Siraqəddin Cabbarovun qızı Qızbəs Cabbarovanın adına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində 9 sot torpaq səhəsində ümumi sahəsi 850 kvadrat metr olan Avtomobillərə texniki xidmət məntəqəsi var. Qızbəs Cabbarovanın adına sənədləşdirilən ərazinin və obyektin hazırkı bazar qiyməti 1 milyon manata yaxındır.

Qeyd edək ki, Siraqəddin Cabbarov 2008-ci ildən 2019-cu ilə qədər Saatlı rayon İcra Hakimiyyətinin başçısı işləyib. Prezidentin 17 may 2019-cu il tarixli Sərəncamı ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

civilazerbaijan.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru