İnam Kərimovun Yasamal Məhkəməsindən XƏBƏRİ VARMI? - BU NƏDİ BELƏ?!
Tarix: 3-11-2023, 10:09 |
Çap et
DİA.AZ - Azərbaycanda hər şey sanki bir tamaşaya - imitasiyaya çevrilib. Sanki zəmanənin elmi-texniki tərəqqisi fonunda bizlər virtual aləmə o qədər aludə olmuşuq ki, reallıq hissini belə tamamən itirmiş durumdayıq. DİA.AZ bildirir ki, hər sahəmizdə eyni problem, eyni mənzərədir.
Elə məhkəmə sistemimizdə də. İnam Kərimov KTN-dən məhkəmə sisteminə transfer olunda belə zatən ona inanmamışdıq... Ağlar günə qoyulan kənd təsərrüfatını tapdaya-tapdaya məhkəmə sisteminə keçid edən İnam Kərimovun burda Amerika kəf edəcəyini kimsə gözləmrdi. Ona görə də məhkəmələrimizdə fərqli ab-hava gözləntimiz yox idi. Amma belə də yox daha...
DİA.AZ bildirir ki, tanınmış vəkil Əkrəm Həsənovun bir məhkəmədə müşahidə etdiyi fakt əslində hazırki reallığın ən gerçək təzahürüdür... Beləliklə
"Yasamal rayon məhkəməsinin hakimi Vahid Hacıyevin özünəməxsus iclas aparmaq üslubu var. İclas iki hissədən ibarət olur: qeyri-rəsmi və rəsmi. Qeyri-rəsmi hissədə videoçəkilişi qoşmadan tərəfləri ətraflı dinləyir, fikir mübadiləsi aparır. Yəni normal iclasda olmalı olduğu kimi. Rəsmi hissəni isə qısa şəkildə videoçəkilişi qoşmaqla aparır və faktiki olaraq qeyri-rəsmi hissənin nəticəsinə əsaslanaraq mövqe sərgiləyir. Bir növ, əvvəlcə məşq edir, sonra formal iclas keçirir. Görəsən, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası bu nou-hau barədə nə düşünür?"
Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...