11 saylı Regional Ekologiya İdarəsindən damğa necə oğurlanıb? - İLGİNC İDDİALAR...
Tarix: 2-02-2024, 09:32 | Çap et
Masallı, Yardımlı, Cəlilabad meşələrinin kütləvi şəkildə qırılması ilə bağlı elektron mediada və sosial şəbəkələrdə son aylar adıçəkilən rayon sakinlərinin çoxsaylı şikayətlərinə rast gəlinir. Məlumatlarda sakinlər bu rayonlarda meşələrin kütləvi şəkildə qırılması ucbatından ekoloji vəziyyətin dözülməz olduğunu bildirirlər. Qəribə orasıdır ki, sübut və dəlillərlə yayılmış video faktlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir açıqlama vermir. Sanki bu meşələrin onlara heç bir aidiyyatı yoxmuş kimi.
Məlum olduğu kimi ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də ağacların, meşələrin qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməsinin, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini dəfələrlə bildiriblər.
Bu gün ölkəmizdə yeni yaşıllıqların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsinə, müxtəlif yerlərdə ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq ölkəmizin bəzi böyük meşə massivlərində qanunsuz ağac kəsilmələri hələ də davam etdirilir. Bunun səbəbi nədir? Meşələrin mühafizəsinə birbaşa cavabdeh olan qurumların diqqətsizliyi, yoxsa məmur özbaşınalığı?
Azərbaycanda ana təbiətə biganəlik haradan başlayır? Təbii ki, qeyri peşəkar idarəetmədən və hərislikdən. Qeyd edək ki, sözügedən rayonların meşələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarət dairəsindədir. İdarənin direktoru Nəsimi Nəsibovdur. Onun bu vəzifədə nə vaxtdan çalışması barədə məlumat olmasa da bir diroktor kimi cavabdeh olduğu rayonların meşələrinin talan edilməsi ilə bağlı xəbərlər saysız hesabsızdır.
Yardımlı meşələrinin vəhşicəsinə kütləvi şəkildə məhv edilməsi, Ləzir meşələrinin 1 saylı meşəbəyliyin 2A saylı dolayında yüzlərlə cavan ağac qanunsuz şəkildə meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilərək satılması, Cəlilabad meşəbəyliyinin 1, Göytəpə meşəbəyliyinin 13 və 16 saylı meşə dolaylarında ağacların kütləvi kəsilməsi, Masallı rayonunun Böyük Xocavar kəndindəki meşələrin məhv edilməsi ilə yayılmış və təkzib olunmamış video və foto faktlar da bu qəbildəndi.
Ən son video materiallar isə bu günlərdə sosial şəbəkələrdə eko fəallar tərəfindən yayılıb. Videoda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin binasından N147 saylı damğanın oğurlandığı iddia edilir. Damğanın oğurlanması faktı İdarənin direktoru Nəsimi Nəsibova nələrin bahasına başa gələcək, bu günlərdə aparılan yoxlamalardan sonra bəlli olacaq.
Qeyd edək ki, 11 saylı Regional Ekologiya idarəsinin nəzarətində olan meşələrin kütləvi şəkildə qırılmasının başında məhz direktor Nəsimi Nəsibovun və onun müavini Rahib Ağayevin durduğu barədə bir çox meşəbəyinin yuxarı instansiyalara etdikləri şikayətlərdə də öz əksini tapıb. Məlumatlara görə onların nəzarətində olan meşə massivlərində ağaclar qanunsuz kəsilərək parket, odun kimi satışa çıxarılır. Meşələrdə əsasən qoz, cökə, palıd, vələs ağacları məhv edilir. Sexlərə tikinti materialı kimi daha çox palıd və qoz ağacları satılır. Hazırda Masallı, Yardımlı, Cəlilabad rayonlarında onlarla çox taxta-şalban və qapı-pəncərə sexinə ağaclar məhz 11 saylı Regional Ekologiya İdarəsinin direktor müavini Rahib Ağayevin göstərişi ilə daşındığı bildirilir. Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin direktoru Nəsimi Nəsibov və müavini Rahib Ağayev meşə təsərrüfatı sahəsini özlərinin bir nömrəli gəlir mənbəyinə çevirmişlər. Təbii ki, Nəsimi Nəsibov bu yollarla yığılan pulları təkcə yemir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxslərinə də çatdırır. Nəticədə meşələrin mühafizəsi və bərpası qalıb bir yana, ərazidə ekoloji sistem məhv olunur. Bəs Muxtar Babayev nə edir?
Yuxarıda qeyd etdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə başda Muxtar Babayev olmaqla bütün bu baş verənləri ancaq seyr edirlər. İndi tək nazir kimi deyil, həm də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti kimi. Məlum olduğu kimi Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin 7 yanvar 2024-cü ildə imzaladığı Sərəncamla COP29-un Prezidenti müəyyən edilib. Görək Muxtar Babayev həm nazir, həm də COP29-un Prezidenti kimi bu videolara baxıb necə münasibət göstərəcək.
Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35 |
|
|
|
• Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22 |
|
|
|
• Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19 |
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
|