MİSİR MƏRDANOVUN İŞDƏN ÇIXARILMASI XƏBƏRİ YAYILDI
Tarix: 14-09-2011, 17:56 |
Çap et
ONUNLA BƏRABƏR 3 MÜAVİNİ DƏ VƏZİFƏSİNDƏN AZAD EDİLİB
Prezident İlham Əliyevin təhsil naziri Misir Mərdanovun öz vəzifəsindən çıxarılması ilə bağlı sərəncam imzalaması barədə xəbər yayılıb. Bu barədə hakimiyyətdə təmsil olunan etibarlı mənbə məlumat verib. Məlumata görə, Misir Mərdanovla bərabər onun 3 müavini də vəzifəsindən azad edilib.
Hələlik bununla bağlı rəsmi məlumat yayılmayıb.
***
ATV-nin yaydığı xəbərdə isə deyilir ki, Təhsil Nazirliyində ciddi kadr dəyişikliyi baş verib. Etibarlı mənbənin verdiyi məlumata görə nazir Misir Mərdanovun əmri ilə nazir müavinləri İsgəndər İsgəndərov, Elmar Qasimov, İradə Hüseynova tutduqları vəzifədən azad olunub.
Nazirlikdən isə kadr dəyişikliyinin olduğunu təsdiq ediblər. Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov isə nazir müavini təyin edilib.
Qeyd edək ki, bu barədə dünən “Azadlıq” qəzeti də məlumat yayıb.