11 MƏKTƏB DİREKTORU İŞDƏN ÇIXARILIB
Tarix: 14-09-2011, 18:40 |
Çap et
TƏHSİL SİSTEMİNDƏ “YAŞ SENZİ QAYÇILAMASI” DAVAM EDİR
Sumqayıtda yaşı 65-dən yuxarı olan 11 ümumtəhsil məktəbinin direktoru təqaüdə göndərilib.
Bu haqda APA-ya Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vidadi Bağırov məlumat verib. O, deyib ki, bu tədbirlər qanunvericiliyə uyğun olaraq həyata keçirilib.
Qeyd edək ki, hazırda Sumqayıt şəhərində 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir.
Ümumtəhsil məktəblərindən 4-ü yeni tipli (3 lisey, 1 gimnaziya) təlim-tərbiyə müəssisəsidir.