Vəzifə səlahiyyətlərini prezidentin iradlarından sonra xatırlayan məmurun yeri haradır? - İqtidar səfini kimlər pozur?
Tarix: 25-07-2015, 10:16 | Çap et
Ölkəmizdə məmur korpusu ilə bağlı olduqca arzuolunmaz bir tendensiya yaranıb. Tutaq ki, hansısa sahədə həll olunması hava-su qədər vacib olan problem yaranıb, Kütləvi İnformasiya vasitələri mütəmadi olaraq həmin problemlərin işıqlandırılması ilə məşğuldur və s. Amma həmin sahəyə birbaşa məsul olan, problemi həll etmək vəzifə səlahiyyətində olan məmurları hərəkətə gətirmək mümkün olmur. Dəfələrlə müşahidə etmişik ki, sonda ölkə prezidenti İlham Əliyev həmin problemləri qaldırıb, müvafiq dövlət strukturlarının hərəkətsizliyini sərt şəkildə tənqid edib və yalnız bundan sonra məmur ordusu problemlərin həlli istiqamətində hansısa fəaliyyətə keçib.
Belədə ortaya haqlı sual çıxır: Məgər, bütün problemlərin həll olunması üçün Prezidentin müdaxiləsi lazımdırmı? Axı,ölkə prezidenti onsuz da gərgin iş rejimində çalışır, onun iş qrafiki çoxsaylı görüş, qəbullar, danışıqlar və digər tədbirlərlə əhatə olunub. Bu baxımdan prezidentin bütün sahələrdəki ən xırda problemlərin həlli üçün müdaxilələr etməsini gözləmək nə dərəcədə məntiqlidir. Axı, hər bir sahəyə məsul olan məmur ordusu var, bütün müşküllər prezidentin müdaxiləsindən sonra həll olunacaqsa bəs həmin məmurlara nə ehtiyac var? Ümumiyyətlə, vəzifə səlahiyyətlərini prezidentin iradlarından sonra xatırlayan məmur kimə və nəyə lazımdır? Hesab edirik ki, fəaliyyətləri yalnız ictimai narazılıq yaradan belə məmurların nəsibi yumşaq kreslolar deyil, dəmir barmaqlıqlar olmalıdır. Bu günlərdə isə yuxarıda bəhs etdiyimiz halı təkrar yaşamaq zorunda qaldıq. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə dövlət başçısı ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlarla yanaşı hər bir Azərbaycan vətəndaşını narahat edən bir sıra vacib məqamlara da toxunub. Prezidentin müşavirədə çıxışı zamanı xüsusi diqqət yetirdiyi məsələlərdən biri də ölkənin turizm sektorunda müşahidə edilən arzuedilməz vəziyyət olub. Dövlət başçısı bu sahədəki problemlərə toxunaraq turizm obyektlərində, otellərdəki qiymətlərə irad tutub, bu sahə ilə məşğul olan iş adamlarına nəticə çıxarmağı tövsiyyə edib: “Mənə bir siqnal da gəlir ki, bizdə otellərin qiyməti də bahadır, xüsusilə bölgələrdə. İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. İndi Bakıda otelləri şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beş ulduzlu olmayan otellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir”. Prezident daha sonra AZAL rəhbərliyinin fəaliyyətini sərt şəkildə tənqid edərək, qiymətlərin hədsiz bahalılığından söz açmış və bunun ölkəmizin turizm potensialına zərbə olduğunu xatırlatmışdı. "Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı. "AZAL" dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır?" Xatırladaq ki, bu sözləri də Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında səsləndirmişdi. Dövlət başçısı eyni zamanda Vergilər Nazirliyini, yerli icra hakimiyyətlərini də kimlərəsə “krışalıq” etməkdə, sahibkarlardan qanunsuz haqlar toplamaqda ittiham etmişdi. İctimai rəydə birmənalı olaraq müsbət qarşılanan prezidentin bu çıxışından sonra isə fəaliyyətində nöqsanlar olan və adları açıq şəkildə çəkilən dövlət qurumları ciddi şəkildə hərəkətə gəldilər. Həmin dövlət qurumlarının rəsmiləri bir-birinin ardınca xüsusi açıqlamalarla çıxış edərək, göstərilən nöqsanların qısa zamanda aradan qaldırılması üçün fəaliyyətə başladıqlarını bəyan etdilər. Məsələn, təyyarə biletlərinin hədsiz bahalılığına görə tənqid olunan AZAL dərhal ucuzlaşma siyasəti həyata keçirdiyini söylədi və bununla bağlı xüsusi açıqlama yaydı. Dövlət başçısının kəskin çıxışından sonra "Azərbaycan Hava Yolları" QSC-nin bəzi istiqamətlər üzrə biletlərin ucuzlaşdırılması barədə xəbər yayıldı. Qurum bəyan etdi ki, bəzi istiqamətlərdə özünün guya büdcəli sərnişindaşıma xəttini yaradacaq. Şirkətin saytında yer alan məlumata görə, "Azərbaycan Hava Yolları" aşağıda göstərilən istiqamətlər üzrə özünün aşağı büdcəli sərnişindaşıma xəttini (lou-kost istiqamətlər) quracaq: - Bakı-Antalya-Bakı - bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə; - Bakı-İstanbul-Bakı - bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş; - Bakı-Moskva-Bakı - bu ilin oktyabrından başlayaraq hər gün 2 uçuş; - Bakı-Dubay-Bakı - bu ilin oktyabrından başlayaraq hər gün bir uçuş. Bu sadalanan istiqamətlərdə lou-kosterlər üçün səciyyəvi sayılan hava daşımalarının biznes-modeli tətbiq olunacaq. Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq. Bundan əlavə, "Azərbaycan Hava Yolları"nın bütün mövcud reyslərində cari qiymətlərin azaldılmasına yönəlmiş yeni tarif siyasətinin tətbiq olunmasına dair qərar qəbul edilib. Bu tarif siyasəti yeni lou-kost istiqamətlərə şamil olunmayacaq. Beləliklə, bu ilin avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları"nın bütün istiqamətlər üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq. Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək. Bu zaman sərnişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanılacaq. Sual oluna bilər ki, tariflərin ucuz olması üçün mütləq Prezidentmi göstəriş verməli idi? Qiymətləri öncədən ucuz sata bilməzdimi? Axı, dövlət başçısının da bildirdiyi kimi, bu şirkətin bütün xərcləri dövlət büdcəsindən ödənilir. Elə fəaliyyətində ciddi nöqsanlar olan digər dövlət qurumları ilə bağlı da oxşar situasiyadır. Yalnız Prezidentin tənqidlərindən sonra “qollarını çırmalayan” belə məmur korpusunun cəzasız qalması isə cəmiyyət olaraq bizə yeni-yeni problemlərin anonsunu verməkdədir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|