Gədəbəy camaatı inanır ki... - Günəlrin birində Yediyarov cəzalandırılacaq...
Tarix: 27-08-2015, 10:21 | Çap et
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının tətbiq etdiyi yarıtmaz idarəçilik üsulları rayonda daha bir faciənin yaşanmasına səbəb olub. Məlum olduğu kimi, bir müddət bundan əvvəl icra başçısı rayonda gedən bütün işləri dayandırmaq barədə göstəriş vermişdi. Bu xüsusda aldığımız məlumatlarda vurğulanırdı ki, Ramiz Yediyarov yaxın günlərdə vəzifədən alınacağına dair xəbərlərin təsdiqləndiyinə görə bu addımı atıb. Lakin “dondurulmuş” işlərin sırasında rayon üçün strateji əhəmiyyət kəsb edən və təcili başa çatdırılması tələb olunan müəyyən işlər təbii ki, yer almayıblar. Məsələn, Gədəbəyin su və kanalizasiya xətlərinin yenilənməsilə bağlı olan işlər kimi. Yeri gəlmişkən, ötən saylarımızda dərc etdiyimiz materiallarda biz gədəbəylilərin isti yay aylarında susuzluqdan və bu səbəbdən yaranmış antisanitar vəziyyətdən necə əziyyət çəkdikləri barədə açıqlamalar təqdim etmişdik. Hələ ilin əvvəllərində, daha dəqiq desək yanvar ayında Gədəbəydən aldığımız məktublardan birində vətəndaş şəhərdə yaranmış vəziyyəti belə təsvir edirdi: “Qışın oğlan çağında Gədəbəy sakinlərinin acınacaqlı su probleminin nə olduğunu təsəvvür etməkdə yəqin ki, hörmətli oxucular çətinlik çəkmirlər. Bəli, bizim belə bir problemi xalqa “hədiyyə edən” bir icra başçımız var. Cənab Yediyarov barədə yerli sakinlər tərəfindən müxtəlif instansiyalara edilən şikayətlərin nəticəsi olaraq, rayon rəhbəri şəhər sakinlərini su ilə də imtahana çəkdi. Təsəvvür etməkdə çətinlik çəkirsən ki, hər gün rastlaşdığı bu insanların üzünə necə baxır bu başçı. Amma o da məlumdur ki, bizim icra başçısı şəhər sakinləri tərəfə heç gözünün ucu ilə belə baxmır...” Bir müddət sonra, artıq yay aylarında aldığımız növbəti məlumatlarda isə rayonun su probleminin daha da kəskinləşdiyi bildirilir və bu problemi yaradan şərtlərdən bəhs olunurdu. Mənbələr iddia edirlər ki, Gədəbəy Sukanal İdarəsinin rəisi Yaşar Hüseynov müxtəlif maxinasiyalara əl ataraq, idarənin səmərəli fəaliyyətinin təmin olunması üçün ayrılan pulların nağdlaşdırılaraq mənimsənilməsinə şərait yaratmışdır. Təbii ki, bu maxinasiyalar Yaşar Hüseynov tərəfindən heç də özbaşına həyata keçirilməyib. İddialara görə Sukanal İdarəsinin rəisi bu əməlləri birbaşa Ramiz Yediyarovun göstərişləri əsasında icra edib. Elə əldə olunan “gəlilərin” də böyük bir hissəsi məhz başçıya təqdim olunub. Açıqlamalarda bildirilirdi ki, Yaşar Hüseynov bu məqsədlərlə nə maddi-texniki bazaları, nə də tələb olunan insan resursları olmayan müxtəlif saxta firma və MMC-lərin xidmətlərindən yararlanıb. Məhz elə bu səbəbdən də Gədəbəy şəhəri su təchizatı ilə bağlı bir çox ciddi problemlərlə üz-üzə qalıb. Bu xüsusda məlumat verən mənbə ilk növbədə Quldurlu kəndi ərazisində yerləşən və Gədəbəy şəhərini içməli su ilə təchiz etməli olan su təmizləyici stansiya ilə bağlı müəyyən faktları diqqət mərkəzinə çəkmişdi. Belə ki, yayın ortalarında stansiyanın su anbarında yaranmış bir problem Gədəbəy şəhərində ciddi fəsadların əmələ gəlməsinə səbəb olmuşdu. Mənbə bildirir ki, Quldurlu stansiyasındakı anbarda olan su bir müddət əvvəl gözlənilmədən yoxa çıxmışdı. Sonradan məlum olmuşdu ki, su anbarının dibində çatlar əmələ gəlmişdir və su da məhz bu çatlardan sızaraq yerin altına getmişdir. Nəticədə isə Gədəbəy şəhərinin böyük bir hissəsi, o cümlədən Mehdi Quliyev, Mir Cəlal Paşayev, M.Ə. Rəsulzadə və Şəhriyar küçələrində yerləşən binalar tamamilə susuz qalmışdılar. Həmçinin yerli sakinlər tərəfindən xəbər verilmişdi ki, su təchizaının dayandırılması və bu səbəbdən kanalizasiya sisteminin də işlək vəziyyətdə olmaması ərazinin, eləcə də bütün şəhərin sanitar vəziyyəti üçün son dərəcə ciddi problemə çevrilmişdir. Bəzi məlumatlı mənbələr isə, su təchizatının tezliklə bərpa olunmayacağı təqdirdə şəhərdə müxəlif infeksion xəstəliklərin yayıla biləcəyinə dair mütəxəssislər tərəfindən xəbərdarlıq olunduğunu da vurğulayırdılar.Lakin bütün bunlar Gədəbəy şəhərinin su-kanalizasiya sisteminin yenilənməsi işləri ətrafında gedən spekulyativ proseslərlə müqayisədə “kiçik xətalar” təəssüratı bağışlaya bilər. Məlum olduğu kimi, hələ ötən ilin sonlarında Azərbaycan hökumətinin İslam İnkişaf Bankı (İİB) ilə birgə maliyyələşdirdiyi “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanmışdı. Mənbə bildirir ki, bu məqsədlə Gədəbəy rayonuna 54 milyon manat məbləğində vəsait ayrılmışdır. Bu vəsaitlə su təchizatı və kanalizasiya xətlərinin təmiri, eləcə də yeni xətlərin çəkilməsi nəzərdə tutulub. “Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 11500 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 5 kəndinin (Yenikənd, Düzyurd, Arıqdam, Söyüdlü, Qaradağ) 12 min sakini də bu layihə çərçivəsində içməli su ilə təmin olunmalı, ümumilikdə isə layihədən 23 mindən artıq insan faydalanmalıdır. Lakin, bu işlərin icrası başlandığı kimi də qəfil dayanıb. Yalnız bu ilin fevral ayında işlərin davam etdirilməsi mümkün olub. Məsələ bundadır ki, ilkin olaraq işlərin görülməsi üçün bir yapon şirkəti ilə razılıq əldə olunmuşdu. Lakin, iş gəlib maliyyə vəsaitlərinin “bölüşdürülməsinə” çatanda, yaponlar bizim ənənəvi bölgü qaydalarına hörmətsizlik nümayiş etdiriblər. Başqa sözlə desək, yapon şirkəti ona veriləcək sifarişin müqabilində tələb olunan “otkatı” (şirkətin hesabına köçürüləcək məbləğdən nəğd şəkildə geri ödəniləcək rüşvət – red. ) ödəməkdən imtina edib. Nəhayət, Gədəbəy şəhərində yaranmış son dərəcə böhranlı vəziyyət su və kanalizasiya xətlərinin yenilənməsi üzrə işlərin bərpa olunması zərurətini ortaya qoyduqdan sonra, bu ilin fevral ayından etibarən həmin işlər yerli şirkətlərdən birinə həvalə olunub. Maraqlıdır ki, şəhər sakinləri bu şirkətin nə adı, nə rəhbərliyi, nə sahibi, nə də indiyədək hansı layihələrin həyata keçirilməsində iştirakı olması barədə heç bir məlumata malik deyillər. Eyni zamanda da bu şirkət aldığı sifariş üzrə işləri bir sıra ciddi qanun pozuntuları ilə həyata keçirməkdədir. Mənbələr bildirirlər ki, şirkət işlərə cəlb etdiyi usta və fəhlələrlə heç bir əmək müqaviləsi bağlamır. Eyni zamanda da fəhlələrin əməyini qul əməyi kimi dəyərləndirən şirkət rəhbərləri, heç bir təhlükəsizlik tədbirləri də həyata keçirmirlər. Bunun nəticələri isə, çox ağır olur. Yeni aldığımız məlumata görə, 3 gün bundan əvvəl aparılan qazıntı işləri zamanı bədbəxt hadisə baş vermişdir. Belə ki, tikintidə işləyən Tağıyev Rüstəm Cəlal oğlu hansısa işi icra etmək üçün yeni qazılmış xəndəyə düşüb. Bu zaman xəndəyin kənarında qalaqlanmış torpaq qatı sürüşərək, fəhlənin üzərinə tökülüb. Nəticədə Rüstəm Tağıyev hadisə yerində dünyasını dəyişib və onun iki azyaşlı övladı ata qayğısından həmişəlik məhrum olublar. Həm də mənbələr bildirirlər ki, bu, su-kanalizasiya sisteminin yenilənməsi işlərinin gedişində baş verən yeganə bədbəxt hadisə deyil. Məsələn, bir müddət əvvəl daha bir fəhlənin əlləri iri ölçülü kanalizasiya lyukunun qapağı altında qalmışdı. Nəticədə vətəndaş 4 barmağını itirmişdir.
Lakin bütün bunlar Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyini az maraqlandırır. Əgər belə olmasaydı, dövlət əhəmiyyətli layihənin həyata keçirilməsi üzrə işlər belə məsuliyyətsiz və səriştəsiz bir şirkətə həvalə olunmazdı. Yeri gəlmişkən, aldığımız məlumatlarda belə bir məqam da xüsusi olaraq vurğulanır ki, aparılan işlərin gedişində 2014-cü ildə asfaltlanmışbir çox küçələrin yolları qazılaraq bərbad vəziyyətə gətirilir. Əlbəttə ki, su və kanalizasiya xətlərini çəkilişi üçün bu qazıntı işləri qaçınılmazdır. Lakin şəhər sakinlərini belə bir sual düşündürür ki, artıq bir neçə ay sonra qazılacağı məlum olan küçələrə tələm-tələsik asfalt örtüyünün çəkilməsində RİH rəhbərliyinin məqsədi nə idi? Bu sualın yalnız bir cavabı ola bilər ki, o da iş prosesi zamanı vəsaitlərin müəyyən hissəsinin mənimsənilməsinə yaranan imkanla bağlıdır. İndi həmin küçələr ikinci dəfə asfaltlanacaq. Deməli, mənimsəmələr üçün də ikinci imkan ələ düşəcək. Təbii ki, bütün bu özbaşınalıqlar Gədəbəy sakinlərini artıq çoxdan bezdirib. Ramiz Yediyarov isə, hələ də müəyyən havadarlarının və müxtəlif yalanların sayəsində gədəbəylilərə zülm etməkdə davam edir. Lakin Gədəbəy camaatı səmimi qəlbdən inanır ki, ən qısa zamanda ölkə prezidenti tərəfindən bütün bu qanunsuzluqlara son qoyulması və Ramiz Yediyarovun məsuliyyətə cəlb olunması xüsusunda lazımi tədbirlər görüləcəkdir.\\bizimdovr.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
|