Neftçala təhsili dərin problemlər çalasında... - Yayın da öz korrupsiya menyüsü var...
Tarix: 22-09-2015, 08:42 | Çap et
DİA.AZ: - Bu gün ölkənin təhsil sistemində yer almış nöqsanların aradan qaldırılması, bu sahədə həyata keçirilən əsaslı dövlət islahatlarının effektivliyinin artırılması məqsədilə bütün ölkə ictimaiyyəti, o cümlədən kütləvi informasiya vasitələri də prosesləri diqqətlə izləyir və zəruri məqamlarda müəyyən müdaxilələrlə hadisələrin inkişafına təsir göstərməyə çalışırlar. Bu baxımdan mətbuat səhifələrində xüsusən bəzi rayon təhsil şöbələrinin yarıtmaz fəaliyyətlərinin ifşasına yönəldilmiş tənqidi materialların dərci də təqdirə layiq hal kimi qiymətləndirilməlidir. Qeyd etməliyik ki, bu mövzu, redaksiyamıza daxil olan çoxsaylı şikayət məktubları nəzərə alınmaqla, bizim də hər zaman diqqət mərkəzində saxladığımız sahələrdəndir. Kütləvi informasiya vasitələri tərəfindən fəaliyyəti, şəxsi və peşəkar keyfiyyətləri mütəmadi olaraq obyektiv tənqidə məruz qoyulan bu kimi müəssisə rəhbərlərindən biri də Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovdur.
DİA.AZ xəbər verir ki, yeni tədris ilinin başlanması ilə, Neftçalanın əksər təhsil müəssisələrində neqativ hallara da paralel olaraq start verilib. Qeyd olunur ki, bu özbaşınalıqlar ucbatından son bir ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti kəskin olaraq aşağı düşüb. Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Məlumatlara görə Neftçala məktəblərində elə müəllimlər var ki, il boyu “işlədikləri” məktəbə ayaq basmırlar. Amma onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Buna görə də bir çox mənbələr iddia edirlər ki, Əjdər Kərimov demək olar ki, məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır və bu tendensiya artıq yeni tədris ilində də eynilə müşahidə olunmaqdadır. Həmçinin mənbələr RTŞ müdiri tərəfindən rayonun orta məktəblərinə işə müəllim qəbulu zamanı da ciddi qanun pozuntularına yol verildiyini vurğulayırlar. Bildirilir ki, Əjdər Kərimov müəyyən məbləğlərdə rüşvət almaq müqabilində işə qəbul qaydalarını Təhsil Nazirliyi tərəindən qəbul edilmiş formadan çox fərqli şəkildə təyin edə bilir. Daha dəqiq desək RTŞ müdirinin işə götürdüyü bəzi müəllimlər müvafiq test imtahanları verməyə də bilərlər. Həm də bu kadrlar digər həmkarları ilə müqayisədə müəyyən imtiyazlara da malik olurlar. Belə ki, RTŞ müdiri “öz kadrlarını” işlə təmin etmək məqsədilə digər müəllimlərin dərs saatlarından kəsərək, həmin saatları onlara verir. Bu isə təbii ki, Neftçala məktəblərində dərs deyən müəllimlərin maddi rifahlarının yüksəlməsinə qətiyyən xidmət etmir. Digər tərəfdən də, təqdim olunan açıqlamalarda Əjdər Kərimov tərəfindən rayon təhsilinin ehtiyacları üçün ayrılan dövlət vəsaitlərinin də mənimsənilməsi hallarına yol verildiyi bildirilir. Qeyd olunur ki, xüsusilə yay tətili dövründə bir çox məktəblərin təmir olunması bəhanəsilə külli-miqdarda mənimsəmələrə yol verilmişdir. İddialara görə, RTŞ rəhbərliyi bu məqsədlərlə bəzi şirkətlərlə müqavilələr bağlayaraq, vəsaitlərin onların bank hesablarına köçürülməsini təmin etmişdir. Lakin reallıqda bu şirkətlər heç bir iş görməmişlər. Köçürülən pullar isə, nağdlaşdırılaraq müəyyən faiz çıxıldıqdan sonra, yenidən Əjdər Kərimova qayıtmışdır...
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
|