Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                 

GEDİŞİ HAZIRLANAN RAMİZ MEHDİYEVİN QURBANLARI
Tarix: 15-05-2013, 10:00 | Çap et
GEDİŞİ HAZIRLANAN RAMİZ MEHDİYEVİN QURBANLARI
“BOZ KARDİNAL”IN YAP-DAN QOVA BİLDİYİ SİYASİ OLİQARXLARIN SİYAHISI

DİA.AZ: - Heydər Əliyevin 90 illik yubileyi bir çox siyasi məqamların yenidən ortaya çıxmasına təkan verdi. Konkret olaraq 90 illik yubiley daha çox köhnə qvardiyanın narazılığı və hazırda hakimiyyət masasının ətrafında toplaşanların çox hissəsinin onlarla eyni fikirdə olduqlarını göstərdi. Məsələ burasındadır ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisdəki çıxışında «bu salonda Heydər Əliyevin vaxtı ilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər” ifadəsinə millət vəkili Zeynəb Xanlarovanın açıq dəstək verməsi məsələnin mahiyyətini bir qədər də açdı.

Zeynəb xanım “bu adamlar indi də Heydər Əliyevin çörəyini yeyərək Prezident Aparatında otururlar” deməklə ad çəkməsə də, Ramiz Mehdiyevi ünvan olaraq göstərdi. Maraqlıdır ki, spiker Oqtay Əsədov da xalq artistinin dediklərinə reaksiya verərək “Zeynəb xanım, indi ağılları başlarına gəlib” deyərək hardasa onun fikirlərinə təsdiqedici notlarla yanaşdı və bir növ də özünün YAP-ın yaranmasında iştirakının olmadıgını pərdələmək üçün loyal mövqeyə çəkilməyə məcbur oldu. Millət vəkili Arif Rəhimzadə isə Heydər Əliyevdən danışarkən göz yaşlarını saxlaya bilmədi və sanki özünün və YAP-ın bu günkü gününə ağladı. Daha sonra isə Ramiz Mehdiyevə ünvanlanmış bu iradlar silsilə şəkilində bir qədər də qabardı və məntiqi nəticə Sirus Təbrizlinin tərəfindən net şəkildə ortaya qoyuldu. YAP-ın yaradıcılarından olan Sirus Təbrizli nəinki açıq şəkildə baiskar kimi Ramiz Mehdiyevin adını çəkdi, üstəlik onu Heydər Əliyevə dəfələrlə xəyanət etməkdə günahlandırdı. Bu, artıq Ramiz Mehdiyevin ifşasına hesablanmış siyasi aksiya demək idi.

MEHDİYEV YAP-I NİYƏ ZƏİFLƏTDİ, QISQANCLIQ YOXSA QİSASÇILIQ ?

Maraqlıdır, Zeynəb Xanlarovanı son həddə çatdıran məqam nə idi ki, o ittihamın ünvanını göstərməkdən çəkinmədi? Çünki Zeynəb xanım adətən ünvan göstərməzdi... Və ya Arif Rəhimzadəni ağladan səbəb nədir? Axı bu gün nə Heydər Əliyevin hansısa işi yarımçıq qalıb, nə də siyasi geriləmə var. Əslində Arif Rəhimzadəni agladan səbəb yaratdıqları partiyanın və siyasi simaların Ramiz Mehdiyev tərəfindən çıxdaş edilməsidir.Yaxud da uzun müddətdir danışmayan Sirus Təbrizli niyə bomba kimi partladı? Sözsüz ki, bütün bunların arasında rabitənin olmadığını demək və hər şeyin təsadüfə söykəndiyini iddia etmək əsassız olardı.

Hər halda burda kimlərin etiraz bildirməsindən daha çox, onların nəyə etiraz bildirməsi önəmlidir.

DİA.AZ bildirir ki, faktiki olaraq bu gün ölkədə YAP adı altında idieoloji təşkilat qalmayıb. Əgər 90-cı illərdə insanlar “Yeni Azərbaycan” ideyası ətrafında birləşmişdisə, bu gün bu partiyanın hansı ideoloji əsaslara söykəndiyini kimsə tapıb deyə bilməz. YAP artıq kökdən düşmüş pianonu xatırladır və sadəcə olaraq evin içi dolu görsənsin deyə - saxlanıldığı kimi, hakimiyyətə də mövcudluğu lazım olduğu üçün saxlanılır. Heç artıq prezidentliyə namizəd irəli sürülməsi üçün də YAP-ı gözləyən yoxdur, hansısa həmkarlar təşkilatı və ya Ağsaqqallar Şurası bu missiyanı həyata keçirir.

Sözsüz ki, bunun səbəbi YAP kimi nəhəngin kimlərsə tərəfindən qəsdən zəiflədilməsi ilə bağlıdır. Artıq necə illərdir ki, YAP passiv, oyundan kənar vəziyyətə düşmüş oyunçunu xatırladır. Yəni onun proseslərə aktiv müdaxilə etmə imkanı müəyyən səbəblərdən məhdudlaşdırıldığından bu partiya dişsiz canavara bənzəyir. Bu canavarın isə dişlərini bir-bir çıxaran məhz Ramiz Mehdiyev olub. Nə YAP-ın yaranmasında, nə formalaşmasında, nə də şaxalənməsində zərrə qədər də əməyi olmayan boz kardinal bu partiyanın lokomotivlərini siyasi oyunlar və gedişlər sayəsində sıradan çıxarıb.

Bu həmin Ramiz Mehdiyevdi ki, Heydər Əliyev tərəfdarları YAP-ı yaradanda o, Ayaz Mütəllibov üçün yerlərdə Əmək Partiyasının özəklərini təşkil edirdi. (Ayaz Mütəllibovun çox sonralar Bakıya qayıda bilməsi də Ramiz Mehdiyevin əməyidir) Əvəzində isə canını, malını, pulunu, təhlükəsizliyini YAP-ın yaranmasına həsr edənlər sonralar məhz Ramiz Mehdiyev tərəfindən siyasi burulğanlara salınaraq kənara atıldılar. Onları Ramiz Mehdiyevin qurbanları adlandırmaq daha düzgün olar. 2000-ci ildən Heydər Əliyevin səhhətində problemlər yaranan gündən Ramiz Mehdiyevin ambissiyaları, qısqanclıq və qisasçılıq hissi gücləndi və sonrakı illərdə qurbanların sayı durmadan artdı. Məsələ burasındadır ki, istər Heydər Əiyevin, İstərsə də İlham Əliyevin xeyli sədaqətli YAP-çılar sıradan çıxarılıb. Cəmiyyətdə isə belə fikir formalaşdırılırdı ki, bu insanları Əliyevlər vurub. Əslində isə onlar Ramiz Mehdiyev ustalıqla qurduğu kombinasiyalar nəticəsində çıxdaş edildi.

BOZ KARDİNALIN QƏZƏBİNƏ TUŞ GƏLMİŞLƏR

İndi isə gəlin diqqətlə Ramiz Mehdiyevin qurbanlarının siyahısı ilə tanış olaq. Hansı ki, bu siyahıda olanlar hələ qurbanların bir hissəsidir. Yəni siyahıya salınmayanların sayı onlarla, bəlkə də yüzlərlədir ki, onlar Ramiz Mehdiyevin ət maşınından keçirilib və özləri ilə yanaşı ailələri də təzyiqlərə məruz qalıblar. Keçək siyahıya və əvvəlcə “91-lər”dən, daha dəqiqi YAP-ı yaradanlardan, mərhum prezidentin “YAP-ın qaymağı” adlandırığı dövrünün siyasi elitasından başlayaq. Beləliklə,

Sirus Təbrizli
Əli Nağıyev
Rəfael Allahverdiyev
Şahlar Əsgərov
Əli Əlirzayev
Xeyrəddin Qoca
Səfyar Musayev
Əli İnsanov
Asya Manafova
Arif Rəhimzadə
Fikrət İsmayılov
Eldar Abbasov
Zahid Qaralov
Əjdər İsmayılov
Tofiq Abbasov
Əsədulla Qurbanov
Fərəməz Maqsudov.

Bu adamlar YAP-ın emblemindəki ağacın yarpaqları saylırdı. Bu gün isə onların bəziləri vurularaq ev dustağına çevrilib, bəziləri həbsə atılıb, bəziləri isə haqsızlığa dözməyərək vəfat edib. Partiyanın adını qoyan Sirus Təbrizli hakimiyyət üçün arzuolunmaz adama çevrilib. Öz evini Heydər Əliyevə verən Əli İnsanov məhbəsdə çürüyür. Basqı altında Heydər Əliyevi aeroportdan şəxsi maşını ilə qaçıran Rəfael Allahverdiyev təzyiq və təqiblərdən sonra vəfat edib.

Heydər Əliyevin ən sadiq admlarından biri sayılan Fərəməz Maqsudov da haqq dünyasındadır və kimsəsizliyin qurbanıdır. Nə doğum gününü yada salan var, nə də ölüm gününü. Amma Ramiz Mehdiyevin və ya ona yaxın olan birisinin elə bir ad günü olmur ki, qeyd edilməmiş keçsin. Xeyrəddin Qoca, Əli Əlirzayev bu gün maddi imkansızlıqla üz-üzədir. Dünənə qədər parlamentin başında əyləşib vitsespikerlik edən Arif Rəhimzadə isə bu gün Fərəc Quliyevlə birgə parlamentin salonunu bölüşməyə məcburdur və elə bu səbəbdəndir ki, göz yaşlarını da gizlədə bilmir.

Ramiz Mehdiyevin qurbanı olan samballı YAP-çıların siyahısı bununla bitmir. Növbəti qurbanlara diqqət yetirək.

Rza İbadov
Hüseyn Abdullayev
Nizami Xuduyev
Yaqub Əliyev
Abbas Mustafayev və başqaları.

Bu insanlardan bəziləri siyasi sürgündədir, bəziləri isə bir küncə çəkilib taleyləriylə barışmağa məcbur qalıblar. Rza İbadov, Hüseyn Abdullayev, Nizami Xudiyev məhz Ramiz Mehdiyevin «sayəsində» parlamentin qapılarını arxadan örtməyə məcbur oldular və onların yerinə ali qanunverici orqanının qapılarını vaxtı ilə Heydər Əliyevə qarşı ən kəskin mövqe tutanlar açdılar. Heydər Əliyevin zamanında formalaşmış birinci çağırış (1995-2000) parlamentin üzvlərindən demək olar ki, bir neçə nəfər, həm də Fəzail Ağamalı kimiləri çıxmaqla kimsə qalmayıb. Əvəzində isə parlamentin 80 faizi isə Gülər Əhmədovanın timsalında formalaşan və Ramiz Mehdiyevin iradəsinə tabe olan adamlardır.

SON

Görünən odur ki, Ramiz Mehdiyev qisasşılıq və qısqanclıqdan yoğrulan siyasi oyununun şahmat taxtasında piyadaları verib vəzir almadı, əksinə vəzirləri verib piyada aldl. Bu tərsinə gedişlər nəticəsində bir vaxtlar YAP sədri Heydər Əliyevin müavinləri sayılan Sirus Təbrizli, Rafael Allahverdiyev, Əli Nağıyev kimi fiqurları siyasət “peşkalarına” dəyişdi. Bu düşünülmüş şəkildə nəhəng bir partiyanı məhv etmək deyil, bəs nədir?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru