RAMİZ MEHDİYEVLƏ PAŞAZADƏNİN GÖRÜNƏN FƏRQİ
Tarix: 20-05-2013, 09:57 | Çap et
RƏSMİ TEHRAN BAKIYA BİLDİRDİ Kİ, DANIŞIQLARDA 3-CÜ TƏRƏFİ İSTƏMİR
DİA.AZ: - Əslində İranda həbs olunan alimimizin və onun sürücüsünün Allahşükür Paşazadənin rəhbərlik etdiyi heyətin səfəri ərəfəsində azad edilməsi rəsmi Tehranın «morze dilində» Bakıya nələrisə çatdırma niyyətlərini də ortaya qoymuş oldu. Xatırladaq ki, Xalidə Xalid və onun sürücüsü Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səfəri zamanı həbs edilmişdi. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin səfəri zamanı isə azad edilir.
Bu, İranın Ramiz Mehdiyevlə danışıqlar masasından hansı ovqatda ayrılmasının və Paşazadə ilə danışıqlar masasına hansı əhvalda oturmasının işarəti idi. Elə Paşazadənin İranda bəh-bəhlə, marçıltı ilə qarşılanmasından da duymaq olurdu ki, İran tərəfi Azərbaycanın dini liderinə jest edir. Amma deyəsən, İranda bir çox mətləbləri unudurlar. Və unudurlar ki, Azərbaycanda dini hakimiyyət mövcud deyil. Əslində heç İranda da dini hakimiyyət yoxdur. Sadəcə olaraq fars millətçiliyi din pərdəsindən sui-istifadə edərək, öz maraqlarını dövlətləşdirib. Necə ki, zaman-zaman qoca rus imperiyası müxtəlif pərdələr maskalanmış şəkildə qarşımıza çıxıb.
Təbii ki, Şeyxin İran səfəri mühüm əhəmiyyət daşıyırdı. Elə Tehrana göndərilən heyətin tərkibindən də bunu sezmək olardı. Hətta tərkibə Mübariz Qurbanlı kimi fəal YAP-çının da daxil edilməsi rəsmi Bakının Tehrana yolladığı növbəti elçi eşalonunun həm də həlleidici danışıqlar masasına əyləşməsini ortaya qoyurdu. Çünki zaman-zaman İranın Azərbaycana qarşı basqılarını, hücumlarını çox sərt formada dəyərləndirən Mübariz Qurbanlı təbii ki, Şeyxin yanında İrana «razılaşmayacaqları təqdirdə yaranaca biləcək situasiyanı» nəzərə alaraq göndərilmişdi. Yəni bizim üzümüz təkcə Şeyxin tüklü simasından ibarət deyil.
DİA.AZ bildirir ki, bu səfər İranla Bakını yalnız seçkiqabağı dönəm üçün əldə edilən «atəşkəslə» diqqətə gələ bilər. Hər halda, bundan artıq nəticənin hasil olacağını iddia edə bilmərik. Hətta «Avroviziya» yarışmasında belə Azərbaycana özünün ən yüksək olan 12 balını göndərən İsraillə Azərbaycanın sıcaq münasibətləri fonunda İranla hansısa dərin anlaşmanın əldə edilməsi imkansızdır. Bunu elə Tehranda da yaxşı başa düşürlər. Tehranın isə ən əsas istəyi rəsmi Bakının Qərbin İranla bağlı planlarında nəzərdə tutulan fəallığını ləğv etməkdir. Çünki dəyişən şərtlərdən də aydın olur ki, ABŞ bu dəfə İranın üzərinə «millətlərin azadlığı» şüarı ilə gəlir.
Əgər Vaşinqton Əfqanıstanın və İraqın fəthi öncəsi Ben Ladenin, nüvə silahının peşində idisə, ərəb ölkələrini bir-birinin ardından «demokratiya mələyi» kimi işğal etdisə, İrana artıq «sənin atom bomban olmamalıdır» hədəsi ilə daxil olmanın qeyri-mümkünlüyünü də anlayıb və ABŞ tərəfinin bu gün İranla bağlı masasında başlıca resept məhz Güney Azərbaycan türklərinin milli azadlıq yolunda mübarizələrinə dəstək aksiyasından ibarətdir.
Bunu yaxşı dərk edən İran tərəfi də gözəl bilir ki, bu prosesdə əsas açar da məhz Bakıdır. Elə buna görə də İrana Bakının izoləsi lazımdır. Bakıya isə 2013-cü il prezident seçkilərini sakit şəkildə yola vermək, həmçinin ABŞ-İran toqquşmasında döyüş meydanına çevrilməmək.
Ramiz Mehdiyev İrana getdi, amma əliboş döndü. Hətta girov belə verdi. Şeyx isə İrana gedər-getməz «nailiyyət» əldə etdi. Bunun bir jest olması şübhəsizdir. Və bu jest həm də İranın artıq Azərbaycanla danışıqlarda arada başqa birisini görmək istəməməsi, birbaşa olaraq Bakı ilə danışmaq niyyətini də ortaya qoymuş oldu. Çünki Ramiz Mehdiyev İranda Azərbaycan dövlətindən daha çox, bir rus canişini olaraq Kremli təmsil edirdi. Bunu Tehrandakılar da anladılar. Və Xalidə Xalidin simvolik həbsi ilə Bakıya işarə elədilər ki, «bizimlə danışığa azərbaycanlı göndərin»…
Danışıqlar hansı nəticəni verib? Hələlik Tehran öz addımını atdı… Bakı nə edəcək? Bunu zaman göstərəcək… Çünki Bakının eyni qaydada məhbəsi dindarlardan boşaltması heç də inandırıcı görünmür. Unutmayın ki, Mehdiyevin səfərində olduğu kimi, bu səfərdə də danışıqlar zamanı Azərbaycan bayrağı gözə dəymədi...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|