XƏBƏRLƏRDƏN XƏBƏRSİZ FAİQ ŞAHBAZLI...
Tarix: 30-05-2013, 09:13 | Çap et
ŞÜKÜR! DƏRSLİK BİZNESİNİN KRALI ÖZ YERİNDƏDİR..Xeyli vaxtdır sükuta dalmış Faiq Şahbazlının axır ki, səsi çıxdı…
Əcəba, xeyir ola?! Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri haqqında danışıram. Bəli, bəli, həmin Şahbazlıdan - 40 gün öncəyədək gur-gur guruldayan Şahbazlıdan...
Vallah, bu adamın üç gün öncə “Mövqe” qəzetinə dediklərini oxuyub da susmaq olmur: “Mətbuatda mənim haqqımda nə yazdıqlarından xəbərim yoxdur. Güya məni işdən çıxarıblar, yaxud çıxaracaqlar. Mən yerimdəyəm, işimin başındayam...”. Burada qıcıqlandırıcı nə var ki?! Balam, mətbuat da
elə bunu deyir də - “Faiq Şahbazlı hələ də yerində, işinin başındadır!”. Gördünüzmü, burada fərq təkcə şoğərib “hələ də” sözündədir...
O ki, qaldı Faiq müəllimin xəbərlərdən xəbərinin olub-olmaması məsələsinə, şəxsən mən inanmıram ki, o, mətbuatda barəsində yazılanları oxumamış və ya eşitməmiş olsun! Məsələn, doğrudanmı onun diaaz.space saytında yer almış bu sözlərdən xəbəri yoxdur: “Faiq Şahbazlı dərslik siyasətinin biznesə çevrilməsində əsas aparıcı fiqur olmaqla yanaşı, dərslik nəşrinin inhisara alınmasını təşkil edən şəxs kimi ciddi məsuliyyət daşıyır. Eyni zamanda, Faiq Şahbazlı dərsliklərin biabırçı duruma salınmasında da birbaşa cavabdeh şəxsdir”. Hələ bu harasıdır, davamına diqqət yetirin: “Ona qarşı hətta cinayət işi də açıla bilər. Burada söhbət ciddi ittihamlardan gedir” və sair və ilaxır...
Əksinə, Faiq müəllimin indi təbii olaraq, hər səsə, hər şıqqıltıya qulaq verən vaxtıdır! Bəlkə də nazirin daxili telefonunun zəngini hər dəfə eşidəndə o, azı üç dəfə “bismillah!” – deyir. Zarafat iş deyil, təzə nazir qurumda səssiz-küysüz ciddi təmizləmə işlərinə başlayıb. Şahrza Əliyev, Həbib Zərbəliyev, Təranə Hacıyeva kimi “ağır toplar” taxtdan salınırsa, Şahbazlı niyə də narahat olmasın?! Təəccüblənəcək nə var, bütün canlı varlıqlar kimi, insan da özünü, öz mövqeyini qoruma instinktinə, istənilən təsirə əks reaksiya vermək keyfiyyətinə malikdir. Bəzən, hətta bunun üçün ölüm-dirim savaşına çıxanlar da olur. Düşünəcəksiniz ki, nə mövqe, nə savaş, nə ölüm-dirim, adama deyəcəklər ərizəni yaz, cınqırını çıxarmadan yazıb gətirəcək. Ola bilər, bəlkə elə ordaca da yazacaq. Sözüm yox, amma yazana qədər hələ çox naqis işlər tutacaq axı! Baxın, hazırda VI sinif dərsliklərinin nəşri ilə bağlı məsələlərin həll olunduğu məqamdır. Məsələn, nəyə görə ölkənin pedaqoji ictimaiyyəti Misir Mərdanov və Faiq Şahbazlıdan qalma Dərslikləri Qiymətləndirmə Şurasının, onun ekspertlərinin bu dəfə düzgün dərslik seçimi edəcəyinə inanmalıdır? Bu həmin qurum deyilmi ki, əliyül-əla deyib, bəh-bəhlə müsabiqə qalibi elan
elədiyi dərsliklərin nə az, nə çox, düz 18-ni Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ekspertləri “yararsız” elan ediblər?! Necə oldu ki, onlar indi tövbə eləmək qərarına gəldilər?! İnanan lap daşa dönsün! Bir qədər də dözək - bir neçə gündən sonra tender qaliblərinin siyahısına baxanda hər şeyi aydın görəcəyik. Axı bu sahənin bir nömrəli “başbiləni” Faiq müəllim “hələ də yerində, işinin başındadır!”
Bu gün onun başı öz “işinə” o qədər qarışıb ki, hətta TQDK-da dərsliklərin müzakirəsinin davam etdiyini də “yadından çıxarıb”, onun deməyinə görə, hətta mətbuatda yazılanlardan da “xəbəri” yoxdur. Orada isə az qala hər gün onun “işinin” nəticələrini sözün bütün mənalarında, yıxıb sürüyürlər…
Ey gidi dünya! İki ay bundan öncə Faiq müəllimin səsi TQDK-nın iclas zalını tir-tir titrədirdi. Nə yazıq, indi oradakı dərslik müzakirələrinə qatılmaq bir yana, heç “dərslik” kəlməsinin ilk hərfi olan “d”-ni dilinə gətirməyə də “vaxtı yoxdur”...
P.S. Mətbuatın yazdığına görə, 2010-cu ildə “40 pilləkən”dən “Gülüstan” sarayı istiqamətində hərəkət edən “Hyundai Santafe” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən BMW markalı maşınla toqquşub. Nəticədə “Hyundai” dərəyə yuvarlanaraq “Gülüstan” Sarayının arxasına çırpılıb. Avtomobilin sürücüsü ağır yaralanıb. Söylənilənlərə görə, səhərisi gün dərslik naşirlərindən biri həmin şəxsi xəstəxanada ziyarət edib, “əmin ölməyib ki!” deyərək, ona təzə, daha bahalı avtomobilin açarını təqdim edib. Dərslik nəşri işinin belə “sehrli” tərəfləri də var...Mirzə AĞ - DİA.AZ

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
• Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49 |
|
|
|
• “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42 |
|
|
|
• Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40 |
|
|
|
• Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32 |
|
|
|
• Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27 |
|
|
|
• Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22 |
|
|
|
• Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20 |
|
|
|
• SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17 |
|
|
|
|