İSMƏT ABBASOV KƏNLİNİN BAŞINA NECƏ CORAB HÖRÜR
Tarix: 4-06-2013, 10:06 | Çap et
BANK İŞİNİ BİLMƏYƏN KƏNDLİ KTN ŞEFİNİN DOLAŞIQ MAXİNASİYALARINDA
DİA.AZ: - Ötən günlərdə zərərçəkmiş Kredit İttifaqının rəhbəri kimi KTN-nin şefi İsmət Abbasovun və onun yaxın adamı olan “İcraçı Kredit Agentliyi Bank Olmayan Kredit Təşkilatı” MMC - İKA-nın Direktoru Arif Əliyevin qanunsuz hərəkətləri barədə sizə məlumat vermişdik. İndi isə DİA.AZ redaksiyasına İKA-nın analoqu olmayan kredit siyasəti barəsində olduqca ilginc faktlar daxil olub.
Bu barədə DİA.AZ-a göndərilən materialda deyilir: “Qeyd etmək istərdim ki, İsmət Abbasovun göstərişi ilə İKA kredit verərkən aldığı “şapka”ları rəsmiləşdirib, hətta etdiyi əməllərdən çəkinməyərək bu barədə məlumatı nümayiş də etdirir. Belə ki, İKA-nın rəsmi saytında (http://ia-az.net/aze/ ) kənd təsərrüfatı sahəsinə verilən kreditlər haqqında aşağıda qeyd olunan məlumatlar öz əksini tapmışdır:
Məbləğ: 500 — 50.000 AZN Müddət: 12 ay Faiz dərəcəsi: 0% Əvvəlcədən ödəniş: 50% və daha artıq Ödəniş növü: aylıq annuitetlə (hər ay bərabər hissələrlə) Komissiyalar: Kreditin verilməsinə görə — kredit məbləğinin 9.3%-i Kreditin rəsmiləşdirilməsinə görə: kredit məbləğinin 0.5%-i Nağdlaşdırma: 1% (min. 15 AZN)
Kənd təsərrüfatı sahəsinə güzəştli kreditlər verməkdənsə, İKA sıfır faiz dərəcəli kredit adı altında kredit sistemindən başı çıxmayan yoxsul kənd sakinlərini və kiçik sahibkarları aldadaraq onlardan ilkin balansla verilən məbləğin 21 faizi məbləğində əvvəlcədən pul alır. Əvvəlcədən ödənişin 50% və daha artıq olması nə deməkdir? Hansı banklarda və ya bank olmayan kredit təşkilatlarında pul kredit şəklində verilərkən müştərilərdən əvvəlcədən həmin məbləğin 50%-i geri alınır? Onu da qeyd edim ki, pulun 50%-ni əvvəlcədən geri almalarına baxmayaraq, həmin kredit məbləğinin 100%-ni nəzərdə tutaraq komissiyalar, kreditin rəsmiləşdirilməsinə və nağdlaşdırılmaya görə cəmi 10,8% məbləğində əlavə pul alırlar. Məsələn, 10000 manat məbləğində kredit alan müştəri 10,8%-1080 manat komissiya haqqını və 5000 manatı əvvəlcədən Təşkilata ödəməlidir. Əlində 3920 manat məbləğində kredit qalmasına baxmayaraq həmin müştəri 10000 manatın komissiya haqqını ödəyir, eyni zamanda 3920 manatı geri qaytarmaqdansa, ondan 5000 manat (10,8 %-i əlavə edərək) məbləğin geri qaytarılmasını tələb edirlər. Belə ki, İKA sıfır faiz dərəcəli kredit adı altında müştəriləri aldadaraq onlardan ilkin balansla əvvəlcədən ödənilməsi şərtilə 21,6 faiz məbləği mənimsəyir. Bəs niyə görə 0 faizlə verilən kreditlər deməklə əhalini aldadırlar? Yoxsa özlərini bu qədər savadlı və əhalini isə bisavad hesab edirlər? Buradan da görünür ki, onlar aldıqları “şapka”nı rəsmiləşdiriblər. Komissiyalar ilə nağdlaşdırma və kreditin rəsmiləşdirilməsi arasında nə fərq var ki, bunun üçün də müxtəlif adlar qoyaraq kasıb kənd sakinlərini fırıldaqcasına aldadırlar. Bu zamana qədər banklar tərəfindən istifadə olunan və bizim eşitdiyimiz komissiya terminini üç eyni məzmunlu terminlərə bölərək müştərilərdən müxtəlif faiz dərəcəli əlavə haqq toplayırlar. Görünür bu ideyanı onlara uzunmüddət Mərkəzi Bankda və Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Dövlət Agentliyinin Direktoru vəzifəsində işləməsi ilə öyünən və hazırda Maliyyə Nazirliyində Dövlət Borclarının Qaytarılması şöbəsində çalışan və İsmət Abbasovun həmkarı, eyni zamanda İKA-nın Baş Direktoru Arif Əliyevin himayadarı olan deputat Əhməd Vəliyevin qardaşı Razim Vəliyev vermişdir.
İKA utanmadan öz strategiyasında 2015-ci ildə beynəlxalq donor təşkilatları ilə əməkdaşlıqdan bəhs edir. Bunlar hansı əməkdaşlıqdan bəhs edirlər? Halbuki, dünyanın ən böyük donor təşkilatı olan Dünya Bankı iki ildən çoxdur ki, bunlardan üz döndərmiş, layihənin saxlanmasını tələb etmiş və hətta İsmət Abbasovun özündən və çirkin əməllərindən Azərbaycanın rəsmi dairələrinə şikayət edərək tədbir görməyi tövsiyyə etmişdir. Belə ki, İKA Dünya Bankından alınan kreditləri tam büdcəyə geri qaytarmadan özlərinin gəlir əldə etməsi üçün istifadə edir, gələcəkdə isə bu borc hökumətin üzərində qalaraq Azərbaycan xalqı tərəfindən ödənilməlidir.
Bu növ yollarla Dünya Bankından alınan 18,8 milyon ABŞ Dolları məbləğini mənimsəyən, pulun kənd təsərrüfatı sahəsinin kreditləşməsi üçün nəzərdə tutulmasına baxamayaraq, istehlak kreditləri kimi istifadə edən, eyni zamanda qurumu qanunsuz yollarla özəlləşdirən və indi də onları Hökumət evindən çıxararaq izini itirmək istəyən Nazir indi də Aqro Bank yaratmaq niyyətindədir. Demək İsmət Abbasov İKA-nın Direktoru Arif Əliyev və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyin Direktor müavini vəzifəsində çalışan Famil Rüstəmov kimi adamların əli ilə qabaqcadan 50% krediti geri alıb, yalandan 0%-lə vəd verib kasıb kənd sakinlərini yoxsul vəziyyətinə salmaq istəyir.
Ümumiyyətlə dövlətin büdcəsini talayan, beynəlxalq təşkilatlar qarşısında ölkəmizin nüfuzunu aşağı salan, kasıb fermerləri ölkədən didərgin salan, Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Kredit İttifaqlarını və bu gün onlara Prezident İlham Əiliyevin dəstəyi ilə ölkənin müxtəlif layihələrinə cəlb olunan həmin Kredit İttifaqlarını müflis edən Nazir bu əməlləri ilə seçki qabağı kimə nə demək istəyir? Xalqamı, yoxsa dövlət rəsmilərinəmi meydan oxuyur?”
Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|