MÜBARƏKİN DOLDURDUĞU TÜRMƏLƏR BOŞALIR
Tarix: 14-12-2011, 13:31 |
Çap et
20 MİN SİYASİ MƏHBUS AZAD EDİLDİ
Fevraldan bu yana Misirdə 20 mindən artıq siyasi məhbus azad olunub.
Bu haqda Misirin rəsmi MENA agentliyi Baş nazir Kamal al-Qanzuri'yə istinadən xəbər verib.
Baş nazir deyib ki, siyasi məhbuslardan hələ 70 nəfəri həbsdədir.
Keçmiş prezident Hosni Mubarak'in rəqibləri olan həmin şəxslər 1981-ci ildə ölkədə fövqəladə vəziyyət elan edildikdən sonra həbs olunmuşdular.