«AZERSUN»DA VƏTƏNDAŞLARA NECƏ KƏF GƏLİRLƏR
Tarix: 17-06-2013, 12:34 | Çap et
«BAZARSTORE» MARKETLƏR ŞƏBƏKƏSİNİN MÖHTƏŞƏM «SUPER KART» FIRILDAĞI
DİA.AZ: - «Azersun Holdinq»in bu gün ölkədə ərzaq isğehsalında lider olması faktdır. Təbii ki, bu liderlik həm də qeyri-təbii inhisarçılığa nədən olub. Və bunun arxasında heç də bu holdinqə rəhbərlik edən Abdolbari Goozalın əlahiddə ticari məharəti yox, administrativ rıçaqların yaratdığı şərait dayanmaqdadır.
Elə bunu zaman-zaman və dolayı yollarla Goozalın özü də etiraf edib. Məsələn, bir neçə il əvəl yerli mətbuatda yer alan yazıların birində vurğulanırdı ki, Abdolbari Goozal Azərbaycana gəldiyi zaman cəmi 2 milyon dollar olduğunu, sonradan isə bu varidatını 12 milyarda çatdırdığını hətta «Azersun Holdinq»də çalışan Azərbaycan vətəndaşı olan şəxslərin də yanında etiraf edib.
İndi isə bu holdinq günü gündən çiçəklənməkdə, biznes dairəsini genişləndirməkdədir. Və son zamanlar ərzaq satışı bazarında «BazarStore» şəbəkəsi ilə meydan sulayan «Azersun Holdinq»in bu dükanlar şəbəkəsi ilə bağlı DİA.AZ olaraq nəzərlərimizi cəlb edən bir sıra məqamlar oldu ki, onu da oxucularımızla paylaşmaq fikrinə düşdük.
«BazarStore»nin reklamlarında iddia olunur ki, bu marketlər şəbəkəsi istehlakçılara ucuz məhsullar təklif edir. Amma DİA.AZ-ın apardığı araşdırmalar da təsdiqləyir ki, ilk əvvəl həqiqətən də aşağı qiymətə təklif olunan xeyli sayda mallar tədrici olaraq bahalaşdırılmaqdadır və bu proses günü bu gün də davam edin.
Qeyd edək ki, bu günlərdə «Bazar Store» alıcılarına daha ucuz xidmətin göstərilməsi üçün özünün firma «Super Kart»larını da təqdim etdi. Əslində dünyanın əksər inkişaf etmiş ölkələrində böyük market şəbəkələrinin buk imi xidmətləri mövcuddur. Məsələn, qardaş Türkiyədə də belədir. Amma orada Azərbaycanda, daha dəqiqi «Bazar Store»də olduğundan fərqli olaraq firma kartlarını pulsuz paylamırlar.
«Bazar Store»də isə kartlar pulsuz verilir. Deyəcəksiniz ki, bunun nəyi pisdir… Amma tələsməyin. Pis olanı odur ki, Qardaş Türkiyədə əsasən simvolik qiymətə alıcılara təklif olunan firma kartlarının müqabilində alıcılar həqiqətən də ucuz qiymətə məhsul ala bilirlər, marketin endirim və digər kampaniyalarından istifadə edirlər.
«Bazar Store» də elə özünün reklamlarında belə deyir. Amma DİA.AZ-ın araşdırmalarından aydın olur ki, əslində belə deyil və «Azersun Holdinq»in marketlərində alıcılara əməlli-başlı fırıldaq gəlinir. Hər halda, bütün bu faktlar İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumları üçün «Bazar Store» ilə bağlı tədbir görülməsinə yetərli ola bilər. Amma inanmırıq ki, adıkeçən nazirlik hansısa addımı atsın. Çünki deyilənlərə görə…. Bəli, məhz deyilənlərə görə, nazirlik hər ay «Azersun»dan əməlli-başlı «payını» aldığından nazirliyin antiinhisar xidməti departamentinin əməkdaşları Abdolbari Goozalın işinə müdaxilə etmək kimi bir vərdişə malik deyillər.
Gələk faktlara. Bəli, qeyd etdimiyiz kimi, «Bazar Store»nin əslində güzəştlər və endirimlər, həmçinin müxtəlif kampaniyalar üçün nəzərdə tutulan «Super Kart»ları ilə bağlı alıcılara rəsmən fırıldaq gəlinir. Belə ki, bu kartları alıcılara təqdim edəndən sonra «Bazar Store»də qiymətlər əməlli-başlı bahalaşıb. Yəni məlum olur ki, əslində endirim kartlarını mataha mindirmələri üçün şirkət başbilənləri digər qiymətləri qaldırmaqla prosesdən xətərsiz çıxmağı qəsd ediblər. Xətər nədir, hətta qazanc belə əldə edirlər. Yəni yenə də alıcıların yox, Abdolbari Goozal cənablarının biznes maraqları əsas olaraq nəzərə alınıb.
Bildirək ki, «Bazar Store» marketlərində vətəndaşlara bəzi məhsulların qiymətləri, hədiyyələr və digər bu kimi yeniliklər barədə informasiyaların yer aldığı xüsusi dərgilər təqdim olunur. Həmin dərgilərdən yalnız son üçünü təftiş etmək qərarına gəldik. Və DİA.AZ-ın apardığı araşdırmalardan da aydın oldu ki, «Bazar Store» marketlərində 9 aprel 2013-cü il - 9 may 2013-cü il tarixlərində qüvvədə olan qiymətlərin əks olunduğu 17 saylı dərgi ilə sonuncu tarixdə çıxan, yəni 10 iyun 2013-cü il - 9 iyul - 2013-cü il tarixlərində qüvvədə olan qiymətlərin əks olunduğu 19 saylı dərginin qiymətlərini müqayisə edərkən əməlli-başlı bahalaşma faktı ortaya çıxmış olur.
Məsələn, həmin müqayəsədən aydın olur ki, 2 ay əvvəl alıcılara 2 manat 75 qəpiyə təklif olunan toyuq budu hazırda 2 manat 85 qəpiyə satılır. Qeyd edək ki, əksər mallarda bu şəkildə bahalaşma baş verib. Məsələn, «Pınar» markalı 500 qramlıq plastik qabda olan ketçup 1 manat 12 qəpikə idisə, indii 1 manat 22 qəpikdir. 750 qramlı «Pronto» döşəmə təmizləyicisi 17 saylı dərgidə əhaliyə 4 manat 25 qəpiyə təklif olunurdusa, bu gün 4 manat 75 qəpikdir. Hər halda, hər iki dönəmi müqayisə etdikdə aydın olur ki, son iki ay ərzində «Bazarstore»də əməlli-başlı bahalaşma gedib.
Və əslində bu bahalaşmanın hansı nədənlə baş verdiyini də müəyyən etmək çətin deyil. Yenə də məsələ «Super Kart»larla bağlıdır. Bu yolla «Bazar Store» başbilənləri guya ki, «Super Kart»la daha ucuza mal almağın mümkünlüyünü əxz etməyə çalışırlar. Halbuki «Super Kart»lar olmadan alıcılara daha rahat idi və məhsullar daha ucuz idi.
Yəni bu da ənənəvi endirim fırıldağının təzahürlərindən xəbər verir. Belə ki, ənənəvi olaraq bir çox şirkətlər məsələn, 50 faizlik endirim edərkən, ilk növbədə endirim edəcəkləri mallarının qiymətini 3 dəfə qaldırırlar və sonra da həmin 3 qat rəqəmin üzərindən xətt çəkib, 50 faiz «endirim edərək» eyni malı bu dəfə əslində yarım dəfə bahalaşmış qiymətə alıcıya təklif edirlər.
Hər halda, biz DİA.AZ olaraq bu araşdırmamızda «Bazar Store»də alacılara gəlinən fırıldaq faktlarının bəzilərini ifşa edə bildik. Təbii ki, nəzərimizdən qaçanları da var ki, bunları da daha asan üsullarla dövlətin müvafiq qurumları müəyyənləşdirə bilərlər.
Təbii ki, qarşı tərəfin də faktlarımızla bağlı hər hansı izahatları olarsa, böyük məmuniyyətlə yaymağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|