KORRUPSİYA BU RAYONU ÇÖKDÜRÜB
Tarix: 3-08-2013, 13:42 | Çap et
BİLƏSUVAR SAKİNLƏRİ ALLAH ÜMİDİNDƏ...Biləsuvar rayonunun Xırmandalı kənd sakini, II qrup əlil Maqsud Mustafayevin yerli məmurlardan şikayət məktubunu dərc etmişdik. Bu günlərdə redaksiyamıza M.Mustafayevin daha bir şikayət məktubu daxil olub.
Həmin məktubu olduğu kimi dərc edirik: “Biləsuvar son vaxtlar bir qrup oliqarxın at oynatdığı meydana çevrilib. Bu adamlar təkcə öz ailələrinin təlabatlarını ödəməklə kifayətlənmir, həm də öz qohum-əqrəbalarını, dost-tanışlarını himayələri altına alaraq dövlətin və xalqın sərvətini mənimsəyirlər.
Rayon sakinlərini təsbeh kimi əlində oynadıb, barmağıına sarıyanlardan biri Biləsuvar RİH başçısının birinci müavini, 75 yaşlı Akif Kazımovdur. O, rayondakı abadlıq işləri üçün nəzərdə tutulan maliyyədən tutmuş xırda-para təsərrüfata qədər ayrılan pulların “silinməsinə” nəzarət edir.
Məlum olduğu kimi, Biləsuvar iri kənd təsərrüfatı rayonudur. Əhaliyə pay torpaqları parçalanmış şəkildə verilib. Belə ki, zavalı kəndliyə verilən 1-2 hektarlıq pay torpağının bir hissəsi digərindən 20-30 km aralıda yerləşir. Bu da kəndlini torpaqdan soyudur. A.Kazımov da həmin əraziləri yaxınlarına satır. Onu da qeyd edim ki, A.Kazımov və yaxın çevrəsi (qohum-əqrəbaları) dövlət və bələdiyyə torpaqlarına da müdaxilə edir. Rayonun Babaş və Nərgiz adlanan ucqar torpaqları daha münbit olduğundan artıq neçə illərdir mənimsənilib. Mən hələ İranla sərhəddə yerləşən 500 hektardan artıq olan dəmyə torpaq sahələrini demirəm.
A.Kazımovun torpaqdan əlavə, çoxlu sayda balıq vətəgəsi yaratmaqla da ad çıxarıb. Qeyd etdiyim kimi, rayonun abadlıq işlərinə prezidentin sərəncamı ilə ayrılan pulların mənimsənilməsində Akif Kazımovun “əvəzsiz rolu” var. Dövlət vəsaitini podratçı təşkilatların rəhbərləri ilə şərikli mənimsəyən Akif Kazımov “itkilərin” yerini doldurmaq üçün rayonun idarə və müəssisə rəhbərlərinin, sahibkarların boynuna qeyri-qanuni vergilər yükləyir. Zərbə sonda qara camaata dəyir. Belə olan halda, camaat arasında narazılıq yaranır, dövlətdən incik salınır. Başqa bir misal, Xırmandalı kənd qəbiristanlığına gedən 1,5 km-lik yolun asfaltlaşdırılması nəzərdə tutulduğu halda, A.Kazımovun təkidi ilə işin səmti dəyişdirilərək, onun yaşadığı küçə asfaltlaşdırıldı.
Rayonda digər yeyinti işlərini həyata keçirənlərdən biri də Biləsuvar RİH başçısının aqrar məsələlər üzrə müavini Rafael Quliyevdir. Onun “biznesi” daha rəngarəngdir. Rayondakı əkilməyən və ya şoran torpaqları əkilmiş kimi təqdim edən və rəsmiləşdirən R.Quliyev hər il minlərlə hektar torpaq sahəsi üçün külli miqdarda “dotasiya” alır. Özü də ildə iki dəfə. Bundan başqa, R.Quliyev sahibkarlara torpaqları münbitləşdirmək üçün verilməli olan gübrələrin də “qara bazarda” satışını təşkil etməklə xeyli qazanc götürür.
Rayonun ən varlı adımı isə Biləsuvar Sevarma Sistemləri İdarəsinni müdiri Ədalət Babayevdir. Onun ən böyük “biznesi” isə yanacaqdır. Ə.Babayev bu “biznesi” Suvarma Sistemləri İdarəsinin benzindoldurma məntəqəsinə nəzarət edən Nizami Rəsulovun vasitəsilə həyata keçirir. Dizel yanacağının dövlət satış qiyməti 45 qəpik olduğu halda, idarənin gizli satış nöqtəsində bu yanacağın litri 20 qəpiyə satılır. İdarəyə dövlət tərəfindən ayrılan benzin də mənimsənilir. Satış qiyməti 55-60 qəpik olan bu yanacağın litri də xeyli ucuz - 40 qəpiyə satılır. İdarəyə istifadə üçün verilən elektrod, sement, üzərinə “Azmelsu” yazılmış fəhlə ayaqqabıları bazarda və ya xüsusi dükanlarda işbazlar tərəfindən satılır.
Suvarma Sistemləri İdarəsinə məxsus texnika idarənin işini görmək, yəni şor kanallarını və xəndəkləri lildən təmizləmək əvəzinə, balıq gölləri inşa etməklə məşğuldur. Mənim mətbuatda dərc olunmuş şikayətimdən sonra Ə.Babayev traktorların üzərindəki “Azmelsu” yazısının silinməsi barədə göstəriş də verib. Motorlar işləmədiyi halda, işləyirmiş kimi rəsmiləşdirilir.
İdarənin kadrlar şöbəsinin rəhbəri Kazım İbişov isə işçilərə verilən əmək haqqının üçdə birini yığıb Ə.Babayevə ötürməklə məşğuldur. İdarədə 500-dən artıq adamın işlədiyini nəzərə alsaq, bu məbləğ o qədər də az deyil.
Sonda onu da bildirirəm ki, Ə.Babayev məni zərərsizləşdirmək üçün bir “qoçu” da tutub. Bu “qoçu” idarənin kadrlar şöbəsinin əməkdaşı olan İqbal adlı şəxsdir...”
M.Mustafayev məktubunda qeyd etdiyi ittihamların məsuliyyətini dərk etdiyini və hər kəlməsinə cavabdeh olduğunu bildirir. Məktubunun sonunda əlil aidiyyəti orqanlara müraciət edərək, Biləsuvardakı korrupsiyanı dayandırmağı tələb edir. \ tezadlar \
Yazıda adı hallanan hər kəsi dinləyib mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|