BƏŞƏR ƏSƏDİN QOŞUNLARI QANLI DÖYÜŞLƏRDƏ
Tarix: 13-08-2013, 11:28 |
Çap et
LAZİQİYYƏDƏ 4 GÜNDÜR ŞİDDƏTLİ TOQQUŞMALAR VARSuriyanın hökumət ordusu 4 gündür, Laziqiyyənin şimal-şərqində silahlıların mövqelərini müxtəli silahlardan hədəfə alaraq onların sahilə doğru irəliləməsinin qarşısını almaq istəyir.
SalamNews-un Əlcəzirə telekanalına istinadla verdiyi xəbərə görə, şiddətli qarşıdurmalar bölgənin Nəbi-Yunis, Kətif-Səhyun və əl-Bəqruqə kənd və qəsəbələrində daha şiddətli olub.
Müxalifət silahlıları son bir neçə gün ərzində Dirazzur əyalətində bəzi nailiyyətlər əldə ediblər. Dövlət ordusu isə Həsəkə, Huma, Laziqiyyə və Dəməşqətrafı əyalətdə silahlıların xeyli sayda üzvünü öldürməyə müvəffəq olub.
əl-Məyadin telekanalının məlumatına əsasən, Dirazzurda gedən qarşıdurmalarda müxalifət koalisiyasının informasıya bürosunun tanınmış üzvü Əmmar Ətiyyə ölüb.
Bu arada, müxalifətin Azad Suriya Ordusu baş qərargahının sədri Səlim idris Türkiyə ərazisindən Laziqiyyəyə keçərək buradakı müxalifət silahlıları ilə görüşüb.