“MÜSƏLMAN QARDAŞLARI” PARLAMENTDƏ
Tarix: 17-01-2012, 12:49 |
Çap et
ONLAR YERLƏRİN 45 FAİZDƏN ÇOXUNU TUTUBLAR
Misirdə “Müsəlman Qardaşları” hərəkatının üzvü parlamentin sədri seçilib.
Məlumata görə, Misirdə keçirilən parlament seçkilərində yerlərin 45 %-dən çoxunu əldə edən, “Müsəlman Qardaşları” hərəkatı tərəfindən yaradılmış Azadlıq və Ədalət Partiyasının baş katibi Məhəmməd Saad əl Katatni parlamentin yeni sədri olub. M. S. Katatninin namizədliyi parlamentdəki bütün partiyalar tərəfindən dəstəklənib. Onun müavinləri postuna Sələfi Nur Partiyası və liberal Vəfd Partiyasının təmsilçiləri seçilib.
Misir parlamentinin yeni sədri müvəqqəti hökumət və Ali Hərbi Şura ilə əməkdaşlıq edəcəyini bildirib.