MİSİR MƏRDANOVUN YADİGARLARI TƏHSİL SİSTEMİNİ BELƏ TALAYIR
Tarix: 27-09-2013, 11:52 | Çap et
Sabiq nazir Misir Mərdanovun dönəmində təhsil sisteminin ən problemli məsələlərindən biri də dərsliklərlə bağlı idi. Uzun illərdir Təhsil Nazirliyində (TN) dərslik və nəşriyyat şöbəsinin müdiri vəzifəsində işləyən Faiq Şahbazlının qanuna sığmayan əməlləri nəticəsində hər yeni dərs ilində dərsliklərlə bağlı müxtəlif problemlər üzə çıxır. Misir Mərdanovu əvəzləyən Mikayıl Cabbarov vəzifəsinin icrasına başlayandan sonra nazirlik daxilində bir sıra kadr dəyişiklikləri həyata keçirsə də, nədənsə Faiq Şahbazlıya toxunmadı.
Amma nazir bilməli idi ki, Təhsil Nazirliyinin büdcəsinə divan tutan şəxslərdən biri, bəlkə də birincisi məhz dərslik şöbəsinin müdiridir. Qeyd edək ki, yeni nazirin təyinatından sonra vəzifəsində qalmağı bacaran şöbə müdiri bu dərs ili üçün dərsliklərin hazırlanmasında bəzi maxinasiyalara yol verib. Mikayıl Cabbarov yeni dərs ili başlayanda açıqlama verdi ki, II, IV, VI, VIII, IX və XI siniflər üçün 139 adda 4011000 nüsxə dərslik və müəllim üçün metodik vəsait hazırlanıb, çap edilib və yerlərə çatdırılıb. Nazir VI sinif dərsliklərinin ilk dəfə olaraq kurikulum əsasında hazırlandığını deyib. Digər dərsliklər isə əvvəlki nəşrlər üzərində redaktə işi aparılmaqla çap olunub. Dərslər başlayandan sonra isə məlum oldu ki, şagirdlər arasında dərslik çatışmazlığı var. Məsələnin ictimailəşməsindən sonra nazir mətbuata açıqlama verərək bildirdi ki, əlavə dərsliklər çap olunaraq yerlərə çatdırılıb və problem aradan qaldırılıb. Təəssüf hissi ilə bildirmək istəyirik ki, bu məsələdə Faiq Şahbazlının günahı böyük olsa da, nazir onu cəzalandırmadı. Diqqətinizə çatdıraq ki, TN-in dərslik və nəşriyyatla bağlı olan bütün işlərini Faiq Şahbazlının rəhbərlik etdiyi şöbə yerinə yetirir.
Əldə etdiyimiz məlumatlara görə, 2013-2014-cü tədris ili üçün dərsliklərin hazırlanması məqsədilə dövlət tərəfindən milyonlarla manat vəsait ayrılıb. Şöbə müdirinə sual etmək istəyirik: həmin vəsaitlər hara yoxa çıxıb? Nəyə görə yeni dərs ili başlayan kimi şagirdlər kitab çatışmazlığı ilə üzləşməli idilər? Məgər, dövlət tərəfindən ayrılan vəsaitlə respublika üzrə şagirdlərin dərsliklərini çap etmək mümkün deyildi? İnanmırıq ki, şöbə müdiri bu sualların cavabını verə bilsin. Çünki həyata keçirdiyi maliyyə əməliyyatlarını ört-basdır edə biləcək arqumentlər ortaya qoya bilməyəcək. Biz Mikayıl Cabbarova demək istəyirik ki, nazirliyin dərslik siyasətində yaranan problemlərin birbaşa sorumlusu Faiq Şahbazlıdır. Cənab nazir, siz uzun illər boyu TN-in işini iflic edən Şahrza Əliyevi vəzifədən azad edəndə hər birimiz çox sevinmişdik. Ona görə ki, sabiq şöbə müdiri min cür oyundan çıxaraq dövlətin pullarını mənimsəmişdi. Dərslik şöbəsi müdirinin də bu kimi əyri işlərdə əlinin olması istisna deyil. Hörmətli nazir, yaxşı olardı ki, rəhbəri olduğunuz qurumun imicinə zərbə vuran şöbə müdiri haqqında bir tədbir görəsiniz.
Biz belə məlumatları yazmaqla əslində, sizin işinizin irəliyə getməsinə təkan veririk. Ola bilər ki, siz nazirlikdə fəsad törədən bəzi şəxslərin əməllərindən xəbərdar deyilsiniz. Amma sizi əmin edirik ki, Faiq Şahbazlı özbaşına işlərlə məşğuldur, onun fəaliyyəti tezliklə araşdırılmalıdır. Bu arada, sabiq nazir Misir Mərdanovun komandasından qalan özəl universitetlər üzrə koordinator İlyar Vahabovun da fəaliyyəti nöqsanlarla boldur. Bizə çatan informasiyaya görə, Təhsil Nazirliyinin nümayəndəsi Mikayıl Cabbarovun adından istifadə edərək bəzi özəl ali təhsil ocaqlarının rəhbərlərindən nəysə alır. Bu cür özbaşınalıqları yığışdırmaq lazımdır. TN şefinə çatdırmaq istəyirik ki, həm Faiq Şahbazlı, həm də İlyar Vahabov tutduqları qanunsuz əməllər nəticəsində milyonçuya çevriliblər. Sonda nazirdən xahişimiz budur ki, adıçəkilən şəxslərin fəaliyyətini hərtərəfli araşdıraraq dövlət büdcəsindən yeyilən pulların miqdarını aşkara çıxarsın. Qarşı tərəflərin də cavab haqqını tanıyırıq. \ gundelik-baku \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|