"Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" .....                     Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq .....                     "Deməli, yaddan çıxmamışam" .....                     ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? .....                     Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada .....                     "ABŞ ilə razılaşmaya hazırıq" .....                     Uduzmuş liderdən “liderlik” dərsi .....                     Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır .....                     İqtisadçıdan həyacan təbili: .....                     Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... .....                     Elmar Məmmədyarov sülh prosesindən danışdı: .....                     “Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. .....                     Jurnalist Nurlan Libre saxlanılıb .....                     Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır? .....                     Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... .....                     Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir .....                     Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək .....                     “Ermənistana yeni Konstitusiya lazımdır” .....                     Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi .....                     Azerinanın kütləvi səfalanma seansları .....                     "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı .....                     Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir .....                     Naxçıvanda 8 şirkət birləşdi .....                     Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi .....                     İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı .....                     Ermənistanda konstitusiya niyə dəyişdirilir? .....                     Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb .....                     İrəvan NƏ ETSİN? .....                     Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir .....                     XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib .....                     Bir gecədə 8 maşını və 6 evi yardılar .....                     Qeyri-sabit hava 4 gün davam edəcək .....                     Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur .....                     Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı .....                     Naxçıvanda 8 şirkət birləşir .....                     Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb .....                     Aİ liderləri Ukraynaya səfər edəcək .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Nübar Ərbil AzTV-dən getdi .....                     Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ .....                 

FHN rəhbərliyində səfi pozanlar kimlərdir? - İTTİHAM VAR
Tarix: 28-03-2017, 10:02 | Çap et
FHN rəhbərliyində səfi pozanlar kimlərdir?
Azərbaycan cəmiyyətində kağız mediası üçün tiraj, inernet mediası üçün İP kütləviliyi yaradan mövzulardan biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlıdır. Bu şəxs hər zaman oxucu auditoriyası üçün maraqlı olmasına rəğmən uzun müddət kölgəyə çəkilib. Mətbuatın “fövqəlsusqunluğu” elə təəssürat yaratmışdı ki, sanki ölkənin ən kristal və şəffaf naziri FHN rəhbəridir və bu strukturun fəaliyyətində heç bir qaranlıq yoxdur. Amma bu yanlış təəssüratdır. Baş verənlərlə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar əsl gerçəklikləri üzə çıxarır. Söhbət K.Heydərovun media qorunmasından, rəqiblərinin bu müdafiə səddini aşmasından və nəhayət nazirin ətrafının da onun rəqiblərinə əks təbliğat üçün əsas verməsindən gedir.
Heydərovun topdağıtmaz imici və rəqiblərə pas verən komanda
K.Heydərov dəridən-qabıqdan çıxıb ki, nazirliyin fəaliyyətindən bir şikayət olmasın, maxinasiya və korrupsiya əməliyyatlarında adı hallanmasın. İnsafən, dünənə kimi fövqəlnazir muradına çatmışdı. Mətbuatda sağdan-soldan döşənən nazirliklərdən fərqli olaraq, FHN barəsində ittihamlara rast gəlinmirdi. Xüsusi qeyd etmək lazımdır ki, K.Heydərov karyeristdir. Nazir yalnız özünə, şöhrətinə və şəxsi keyfiyyətlərinin el arasında piarına resurslarını sərf edir. FHN rəhbəri olduqca ağıllı, dünyagörüşlü və siyasətdə püxtələşmiş məmurdur. İnhisarçı nazir olsa da, onun kurasiyasında olan obyektlərdə insanlara qayğı var, nazirə müraciət edən şəxsin problemi həll olunur, nazirliyin işçiləri heç zaman rüşvət almaz, iş üçün ağız açanın məsələsi düzəlir, obyekt tikdirdiyi yerdə plana düşən tikililərə görə sahibəri ilə hallalaşır, duyğusal adamdır, bəstəkardır və s. ilaxır… Heydərov özü haqda mərhəmətli oliqarx-nazir obrazı formalaşdırıb. Amma artıq bu imic dağılmaqdadır. Bir müddətdir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı mətbuatda bir-birindən rəngarəng materiallar yayımlanır. Saytlarda yayılan bu məlumatlarda nazir korrupsiyada, dövlət əmlakını mənimsəmədə ittiham olunur, ölkədə baş böhrana səbəb olan şəxslərdən biri kimi təqdim edilirdi. İnformasiyaların daha çox şayiə xarakterli olması, faktlara söykənməməsi və qeyri-peşəkar hazırlanmaları da diqqət çəkirdi. Amma daha sonra məsələlər ciddiləşdi, nəinki faktlar ortaya qoyulmağa başlandı, hətta ara-sıra millət vəkilləri, yüksək çinli YAP mənsubları tərəfindən də “fövqəlnazir”in bostanına daş atıldı. Maraqlıdır ki, K.Heydərova qarşı təbliğatda təsirli və inkarolunmaz təbliğata elə onun ən yaxın ətrafı səbəb oldu. Biz bu yazımızda cumhuriyyet.az olaraq komandadan olan səbəbkarlardan ikisi – “fövqəlnazr”in müavinləri Rəfail Mirzəyev və Tapdıq Əmiraslanov haqda məlumatlara diqqət çəkəcəyik.
Surət Hüseynovla həbsxanadan “fövqəlnazir”in sağ əlinədək yol gələn Rəfail Mirzəyev
Kəmaləddin Heydərovlla bağlı mediaya çıxan ilk məlumatların mənbəyi fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyevlə bağlı idi. Bu məlumatlarla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarlar zamanı ilginc faktlarla rastlaşdıq. Məsələn bildirilir ki, R.Mirzəyevin oğlu və kürəkəninə məxsus tikinti şirkətləri FHN-in keçirdiyi tenderlərdə qalib edilərək böyük miqyasda işlər götürürlər: “2012-ci ildə Zaqatala və Balakəndə baş verən zəlzələ zamanı dağılan evlərin təmir-bərpası zamanı da işlər R.Mirzəyevin yaxınlarının şirkətlərinə verilməklə büdcədən xeyli vəsait mənimsənilib. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri dəymiş ziyanı artıqlaması ilə hesablayıblar”. Lakin R.Mirzəyev haqda məlumat bununla bitmir. Son bir neçə ildə FHN-də kadr məsələləri sırf R.Mirzəyevin kurasiyasındadır: “Bu adam isə əvvəllər MTN-in işçisi olub. Namiq Abbasovun vaxtında MTN-in rəsmi iççisi, eyni zamanda Gömrük Komitəsi sədrinin birinci müavini olub. Hətta Gəncədə çalışdığı dövrdə Surət Hüseynovla problemlər yaşayan R.Mirzəyev onun tərəfindən bir neçə sutkalıq həbs də edilib. MTN-də topladığı təcrübəsini istifadə edən R.Mirzəyev nazirliyin mərkəzi aparatında təmizlik və mühafizə işlərinə öz agentlərini yerləşdirib. Xadimələr otaqlarda olan danışıqları, bəzən də sənədləri R.Mirzəyevə çatdırırlar”. Ötən il nazirliyin Maliyyə-iqtisadiyyat Baş İdarəsində 3 milyon manatlıq yeyinti faktı aşkarlanıb: “Nazir Kəmaləddin Heydərovun da bundan xəbəri olub və fakt onu bərk qəzəbləndirib. Bununla əlaqədar Maliyyə-iqtisadiyyat Baş İdarəsində bəzi yüksək vəzifəli işçilər, eyni zamanda idarənin Maliyyə şöbəsinin rəisi Rəsulov Veysəl də işdən uzaqlaşdırılıb. İtən pulun bir hissəsi, daha doğrusu, təxminən bir neçə yüz minlik az qismi qaytarılıb. Amma sonradan nazirliyin yüksək rütbəli şəxsi tərəfindən bu məsələ ört-basdır edilib”. R.Mirzəyevlə bağlı mediada yayılan digər bir məlumatda o da bildirilir ki, o, nazirin digər müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyevi fəaliyyətsiz duruma salıb: “Birinci müavinə yaxınlığı ilə seçilən Yanğından Mühafizə Xidmətinin rəisi, general Füzuli Əsədovla nazir müavini Etibar Mirzəyev arasında soyuq münasibətlər mövcuddur. Halbuki yanğın xidməti faktiki olaraq E.Mirzəyevin kurasiyasındadır. Lakin buna baxmayaraq, xidmət rəisi E.Mirzəyevlə deyil, R.Mirzəyevlə hesablaşır. Bütün məlumatları, hesabatları ona təqdim edir. R.Mirzəyevlə hesablaşmayan yeganə adam Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi general İsrail Əliyevdir. Ümumilikdə R.Mirzəyevə nazirlik daxilində “biət” edən yüksək vəzifəlilər bunlardır: Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi Elşad Hüseynov, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarə rəsi Valeh Abdullayev, idarə rəisi Niyazi Zamanov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Cəbrayıl Xanlarov, Katibliyin rəhbəri Cəfər İbadov.
Sabiq rektorun oğlanlarının yaratdığı problemlər
Lap bu günlərdə Kəmaləddin Heydərovun medianın gündəminə gətirən digər bir müavini isə Tapdıq Əmiraslanovdur. T.Əmiraslanovun tərcümeyi halına diqqət yetirdikdə onun haqqında yaranan təəssürat “gənc və inelektual” kadr kimi görünür: “Tapdıq Əmiraslanov 1978-ci il fevralın 7-də Moskva şəhərində anadan olub. O, 1999-cu ildə ABŞ-ın Hyuston Universitetinin Biznes idarəçiliyi fakültəsini bitirib. Daha sonra 2003-cü ildə Amerikanın St.Tomas Universitetində Biznes idarəçiliyi üzrə təhsil alıb. İxtisası marketinq-maliyyədir. İqtisadi elmlər namizədidir. O, 2003-ci ilin avqust ayından 2004-cü ilin aprelinədək Maliyyə Nazirliyinin Xarici iqtisadi əlaqələr baş idarəsində Baş məsləhətçi, daha sonra həmin idarədə Xarici dövlət borcunun uçotu və icmallaşdırılması sektorunda sektor müdiri və müdir müavini işləyib. T.Əmiraslanov 2007-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyinin Dövlət investisiyaları şöbəsinin, daha sonra Regional inkişaf siyasəti və regionlarla iş şöbəsinin müdiri postuna çalışıb. O, 2009-cü ilin fevral ayından 2013-cü ilin noyabr ayınadək Fövqəladə Hallar Nazirliyinin Katibliyində Katibliyin köməkçisi, 2013-cü ildən nazir müavini təyin olunanadək həmin katiblikdə rəis müavini vəzifəsində çalışıb”. 35 yaşında ölkənin ən güclü nazirinin müavini olan bu gəncin yüksəlişində təhsilindən daha üstün digər bir factor da var: O uzun müddət Tibb Universitetinin rektoru, indiki millət vəkili Əhliman Əmiraslanovun oğludur. Amma cumhuriyyet.az olaraq gənc nazir müavininin tərcümeyi halı ilə bağlı mediada yer alan fərqli iddialara da rast gəldik: “Tapdıq Əmiraslanov Amerikada təhsil alaraq, orda dindar qardaşlarla ünsiyyətdə olub. Ancaq ABŞ-da təhsil alaraq həmin təhsil ocağı ilə paralel BDU-da da təhsil almağı barədə məlumat var. Deyilənlərə görə, bu şəxsin Amerikada ola-ola BDU-da imtahanlarda qiymət almasında Azər Əmiraslanovun müstəsna rolu olub”. Məlumat üçün bildirək ki, Azər Əmiraslanov Tahir Əmiraslanovun qardaşıdır və Azərbaycan Tibb Universitetinin saytında (http://www.amu.edu.az/az/cafedra/628/632) Azər Əmiraslanovun fəaliyyət sahəsinin “Sümük, yumşaq toxuma, dəri və süd vəzisinin şişlərində müxtəlif cərrahi əməliyyatlar” olduğu deyilir. Amma cumhuriyyet.az olaraq bildirək ki, Azər Əmiraslanovun ayrı-ayrılıqda iş adamları ilə şərik olmağı barədə mətbuatda bir çox məlumatlar var. Bu məlumatlardan təsəvvür yarana bilər ki, Azər Əmiraslanov hətta lazım olanda kollektor rolunu icra edir. Məlumatlarda K.Heydərovun müavininin də qardaşının işləri ilə bağlılığı və hazırda “İçərişəhər” metrosu yaxınlığında böyük bir tikintiyə sahib olduğu bildirilir. Elə bu günlərdə mediada yayılan məlumatlarda da Əmiraslanov qardaşlarının milyonluq qalmaqalından söz açılırdı.
***
Mənbəmiz onu da bildirdi ki, FHN-də yaxın vaxtlarda ciddi kadr islahatlarının olacağı gözlənilir: “Vəziyyətin dəyişməsi zərurətə çevrilib. Əks halda, K.Heydərovun müsbət imici zədələnə bilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" - ETİRAZ
Bu gün, 00:23
Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq - GƏLİŞMƏ
Bu gün, 00:15
"Deməli, yaddan çıxmamışam"
Bu gün, 00:11
ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? - Erməni lobbisi açıq şəkildə hücuma keçib...
Bu gün, 00:07
Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada - NƏ BAŞ VERİR?
Bu gün, 00:04
"ABŞ ilə razılaşmaya hazırıq" - Zelenski
Dünən, 23:26
Uduzmuş liderdən “liderlik” dərsi
Dünən, 23:24
Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır - VİDEO
Dünən, 23:22
İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Dünən, 19:02
Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Dünən, 19:00
Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Dünən, 18:58
“Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Dünən, 18:03
Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Dünən, 18:01
Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Dünən, 18:00
Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... - İLGİNC...
Dünən, 17:55
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir - Paris narahatdır
Dünən, 17:54
Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Dünən, 17:50
“Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Dünən, 17:45
Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Dünən, 17:40
Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Dünən, 17:34
"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Dünən, 17:32
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Dünən, 17:30
Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Dünən, 17:28
Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Dünən, 17:23
İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Dünən, 17:22
Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Dünən, 17:18
Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Dünən, 17:17
İrəvan NƏ ETSİN? - AKTUAL
Dünən, 17:15
Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Dünən, 17:10
XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Dünən, 17:07
Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Dünən, 17:02
Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Dünən, 16:58
Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:24
Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Dünən, 16:22
Naxçıvanda 8 şirkət birləşir
Dünən, 16:18
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Dünən, 16:16
Aİ liderləri Ukraynaya səfər edəcək
Dünən, 16:15
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son qiymət
Dünən, 16:12
Nübar Ərbil AzTV-dən getdi - FOTO
Dünən, 16:09
Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ
Dünən, 16:03
Hakerlər kimlərdir? – “Qara papaqlı” və “Ağ papaqlı”ların FƏRQİ
Dünən, 15:52
Baş Prokurorluqda YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 15:43
“Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib - TƏFƏRRÜAT
Dünən, 15:36
SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... - İşçilər CANA DOYUB...
Dünən, 15:35
Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Dünən, 15:21
Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Dünən, 15:12
Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Dünən, 15:07
"Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub
Dünən, 15:06
Alıcılar “Kontakt Home”un məhsullarından da, servisindən də narazıdır - FOTO
Dünən, 14:00
Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru